/ / Bakıda “Azərbaycan-Gürcüstan-Türkiyə: Üçtərəfli ittifaq və regional siyasətin gələcəyi” mövzusunda konfrans keçirilib
Bakıda “Azərbaycan-Gürcüstan-Türkiyə: Üçtərəfli ittifaq və regional siyasətin gələcəyi” mövzusunda konfrans keçirilib
18.02.2014 [09:26]
Fevralın 17-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Azərbaycan-Gürcüstan-Türkiyə: Üçtərəfli ittifaq və regional siyasətin gələcəyi” mövzusunda konfrans keçirilib.
AzərTAc xəbər verir ki, konfransda üç strateji müttəfiq arasındakı münasibətlərin bu günü, regional siyasətin müəyyənləşdirilməsinə təsir imkanları, onlara qarşı yönəlmiş çağırışlara cavab vermə mexanizmi və əlaqələrin gələcəyi müzakirə edilib.
Konfransın açılışında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib ki, son illərdə Azərbaycanın Türkiyə və Gürcüstan ilə iqtisadi, siyasi, geosiyasi, humanitar sahələrdə əlaqələri inkişaf edib. Konfransın əsas məqsədi də dövlətlərimiz və xalqlarımız arasındakı münasibətləri müzakirə etmək, əlaqələrin perspektivləri haqqında təhlillər aparmaqdır.
Elnur Aslanov deyib ki, hər üç ölkə son illərdə bir çox dövlətlərin, siyasətçilərin, təhlilçilərin, iqtisadçıların diqqətini cəlb edib. Son on ildə ölkələrimiz yalnız öz xalqlarının deyil, digər xalqların da rifahı üçün həyata keçirdiyi təşəbbüslər, geosiyasi və geoiqtisadi layihələrlə dünya ictimaiyyətində maraq yaradıb. Təbii ki, bu da son illər ərzində hər üç ölkədə aparılan siyasətin nəticəsidir.
Konfransın “ADA” Universitetinin professoru Taleh Ziyadovun moderatorluğu ilə keçən “Üçtərəfli strateji əməkdaşlıq və regional təhlükəsizliyin müasir vəziyyəti” mövzusunda birinci panelində SAM-ın direktoru Fərhad Məmmədov çıxış edərək bildirib ki, bu gün Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı güclü əlaqələr uğurlu xarici siyasətin nəticəsidir.
Qara Dəniz Strateji Araşdırmalar Mərkəzinin direktoru Yalçın Sarıkaya deyib ki, Azərbaycan, Gürcüstan və Türkiyə son 10 il ərzində müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir.
Gürcüstanın Siyasət Mərkəzinin direktoru Karneli Kakaçia hər üç ölkə arasında nümunəvi dostluq əlaqələrinin olduğunu söyləyib.
Konfrans işini “Müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri” mövzusunda xüsusi sessiya, “İqtisadi potensialın inkişafı: enerji, daşınma və investisiya layihələri”, “Üçtərəfli strateji əməkdaşlığın gələcəyi” mövzularında panel iclasları ilə davam etdirib.
Xüsusi sessiyanın məruzəçiləri Türkiyənin Müdafiə Sənayesi Katibliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəhbəri Yakup Taşdelen və Gürcüstan Müdafiə Nazirliyinin “Delta” Hərbi-Elmi Texniki Mərkəzinin direktoru Uça Dzodzuaşvili olub.
Konfransın ikinci panelində İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov, “Turkish Policy Quarterly” jurnalının baş redaktoru Nigar Göksel və Gürcüstan Universitetinin professoru Akaki Tsomaia çıxış ediblər.
Üçüncü paneldə isə SAM-ın baş elmi işçisi Cavid Vəliyevin, Türkiyənin Kadir Has Universitetinin professoru Mitat Çelikpalanın və Gürcüstan Strateji Araşdırmalar İnstitutunun prezidenti, bu ölkənin sabiq xarici işlər və ədliyyə naziri Eka Tkeshelaşvilinin məruzələri dinlənilib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00

