Bakıda keçirilən beynəlxalq konfransda Xocalı soyqırımının ağır nəticələrindən danışılıb
25.02.2014 [09:33]
Fevralın 24-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri açan Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası idarə heyətinin üzvü, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı Xocalı faciəsinin ağrılı nəticələrindən danışıb.
Bildirilib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ermənilər tərəfindən Azərbaycana böyük həcmdə maddi və mənəvi ziyan dəyib. Azərbaycanın işğal edilmiş 20 faiz ərazisində Ermənistan tərəfindən şəhər və kəndlər, infrastruktur dağıdılıb, qarət və talanlar törədilib. Eyni zamanda, torpaqlarımızın işğal altında saxlandığı 20 il ərzində iqtisadiyyata, ətraf aləmə, fauna və floraya, tarixi-mədəni sərvətlərə amansız zərbələr dəyib. Bu ziyanın hesablanması prosesi gedir. Beynəlxalq təcrübəyə uyğun olaraq dəyən ziyan araşdırılır və müvafiq qiymətləndirmə aparılır.
Sonra erməni silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən söhbət açan filim nümayiş etdirilib.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov beynəlxalq konfransda çıxış edərək deyib ki, Xocalı soyqırımı XX əsrdə törədilmiş ən qəddar faciədir. Bu beynəlxalq konfransda həm bu faciənin, həm də Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycana vurulmuş ziyanın beynəlxalq səviyyədə qiymətləndirilməsi məsələlərinin müzakirəsi çox önəmlidir.
Əli Həsənov qeyd edib ki, Xocalı faciəsi bir günün faciəsi deyil, bu soyqırımı ermənilərin son 200 il ərzində Azərbaycan türklərinə qarşı apardığı ədalətsiz, çirkin mübarizənin nəticəsidir. Yüz ildən artıqdır ki, dünyada fəaliyyət göstərən erməni diasporu türklərə qarşı qətl və terror aksiyaları həyata keçirməklə məşğuldur. Bu bədnam siyasət XX əsrdə daha intensiv xarakter alıb. Azərbaycan torpaqlarının işğalı və Xocalı soyqırımı bunun əyani təsdiqidir.
Artıq Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinə kifayət qədər məlumat çatdırılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası bu istiqamətdə işi daha da fəallaşdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqları ilə xarici ölkələrdəki səfirliklərimiz, diplomatik nümayəndəliklərimiz bu işə fəal şəkildə qoşulublar. Artıq görülmüş işlər öz nəticəsini də verir, hazırda dünyanın 3 ölkəsində Xocalı soyqırımı ilə bağlı abidə ucaldılıb. Bir sıra ölkələrdə Xocalı soyqırımına dair qətnamələr qəbul olunub, o cümlədən ABŞ-ın bir çox ştatında Xocalı soyqırımı tanınıb.
Vurğulanıb ki, bu gün Azərbaycan dövləti kifayət qədər güclüdür. Prezident İlham Əliyevin səyləri və yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz bütün dünya ictimaiyyətinə tanıdılıb. Azərbaycanın tolerant, sülhsevər bir ölkə olduğu bütün dünyaya sübut edilib.
Əli Həsənov bildirib ki, Azərbaycan güclü orduya sahibdir. Bu gün Azərbaycan ordusu işğal edilmiş bütün torpaqlarımızı azad etməyə qadirdir.
Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsinin beynəlxalq səviyyədə aparıldığını deyən Baş nazirin müavini bu ziyanın artıq 300 milyard dolları ötdüyünü bildirib. Vurğulanıb ki, qiymətləndirmə başa çatandan sonra Azərbaycan bu ziyanın Ermənistan tərəfindən ödənilməsini tələb edəcək.
Çıxış edən baş prokurorun müavini - hərbi prokuror Xanlar Vəliyev bildirib ki, 1988-ci ildən bəri Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı törədilən soyqırımları, cinayətlər və deportasiyalarla bağlı prokurorluqda 3 istiqamətdə istintaq aparılır. Birinci istiqamət Xocalı, Meşəli, Qaradağlı və s. yaşayış məntəqələrində azərbaycanlılara qarşı törədilmiş cinayət əməlləri araşdırılır. İkinci istiqamət ermənilər tərəfindən nəqliyyat vasitələrində, metrolarda və müxtəlif yerlərdə törədilmiş terror aktları ilə bağlıdır. Üçüncü istiqamət isə, əsir və girov götürülmüş insanlara qarşı törədilmiş cinayətlərdir.
Tədbirdə çıxış edən Moldova Qiymətləndiricilər Birlikləri Assosiasiyasının prezidenti Dmitriy Tereburke deyib ki, işğal nəticəsində Azərbaycana dəyən ziyanın hesablanması istiqamətində beynəlxalq qiymətləndirmə standartlarına əsasən beynəlxalq ekspertlərin iştirakı ilə aparılan işlərdən xəbərdardır və bunu təqdir edir.
Almaniya Bundestaqının üzvü Volkan Baran Xocalı soyqırımının tanıdılması istiqamətində aparılan işləri yüksək qiymətləndirib. İyirmi iki il əvvəl Almaniyada yaşayan türklərin Xocalı soyqırımı ilə bağlı yetərincə məlumatlı olmadığını vurğulayan V.Baran hazırda bu istiqamətdə davamlı iş aparıldığını diqqətə çatdırıb.
Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Xalq yazıçısı Çingiz Abdullayev və başqaları çıxış edərək Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması istiqamətində görülmüş işləri yüksək qiymətləndiriblər.
Xəbər lenti
Hamısına baxDünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00

