/ / Eldar İbrahimov: Həyata keçirilən iqtisadi strategiya ölkə iqtisadiyyatının davamlı artımını təmin edir
Eldar İbrahimov: Həyata keçirilən iqtisadi strategiya ölkə iqtisadiyyatının davamlı artımını təmin edir
16.04.2014 [09:13]
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar ilin birinci rübündə ölkəmizin dinamik inkişafını daha da sürətləndirib və bütün iqtisadi sektorlarda yüksək artım əldə olunub. Həyata keçirilən iqtisadi strategiya ölkə iqtisadiyyatının davamlı artımını təmin etməklə yanaşı, Azərbaycan xalqının maddi rifahının durmadan yaxşılaşmasını da şərtləndirib. 2014-cü ilin birinci rübünün sosial-iqtisadi yekunları bu faktı bir daha təsdiqləyir”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) İqtisadi məsələlər komissiyasının sədri, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, ötən dövr ərzində əldə olunmuş sosial-iqtisadi inkişaf göstəriciləri ölkəmizin dünya iqtisadiyyatında baş verən böhran meyillərindən kənarda qalmasını şərtləndirməklə yanaşı, qarşıdakı illər üzrə uzunmüddətli inkişafının təmin edilməsini özündə ehtiva edir.
“2014-cü ilin ötən dövrü ərzində Azərbaycanda liberal iqtisadi sistemin daha da dərinləşdirilməsi, diversifikasiya siyasətinin genişləndirilməsi, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə yönündə uğurlu addımlar atılıb. O cümlədən, qeyri-neft sektorunun inkişafını sürətləndirən məqsədyönlü tədbirlərin həyata keçirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması və yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi Azərbaycan iqtisadiyyatının sıçrayışlı inkişafını təmin edib” - deyə, komissiya sədri vurğulayıb. E.İbrahimov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin mənzərəsini aydın şəkildə təsvir edib.
Komissiya sədri qeyd edib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün də zəruri tədbirlər görülür. Onun fikrincə, aqrar sahənin inkişafı ilə əlaqədar bu il ərzində də mühüm işlərin görülməsi nəzərdə tutulur. E.İbrahimov bildirib ki, aqrar bölmə ölkə əhalisinin ərzaqla etibarlı təminatının əsas bazasıdır. Onun sözlərinə görə, bu səbəbdən də ölkə Prezidenti bu sahənin inkişafına dair məsələləri xüsusi vurğuladı.
“Qeyd etdiyim istiqamətdə də zəruri addımlar atılır. Belə ki, bölgələrdə əsasən emal, kənd təsərrüfatı maşınqayırma və qarışıq yem istehsalı sənayesi sahələrinin inkişafı üçün müəssisələr tikilib istifadəyə verilir. Fermerlər arasında könüllülük əsasında birgə təsərrüfatçılığın təşviqi, kənd təsərrüfatı məhsullarının istehsalı, satışı, tədarükü, emalı və s. ilə məşğul olan kooperativlərin, assosiasiyaların, cəmiyyətlərin, birliklərin yaradılmasının dəstəklənməsi, habelə aqrar sahədə informasiya-məsləhət xidmətlərinin təşkili ölkəmizin aqrar siyasətinin əsas prioritetlərindəndir. Hesab edirik ki, aqrar sektorun inkişafı siyasətinin bu istiqamətləri hörmətli Prezidentimizin iri təsərrüfatlar yaradılması haqqında verdiyi tapşırığa tam uyğundur və onların uğurla həyata keçirilməsi üçün kənd təsərrüfatı kooperasiyalarının yaradılmasına böyük ehtiyac var” - deyə, E.İbrahimov vurğulayıb. Nazirlər Kabinetinin iclasında ölkə Prezidentinin ekologiyanın qorunması, yaşıllıqların artırılması məsələsinə dair də tapşırıqlar verdiyini xatırladan komissiya sədrinin fikrincə, bu amil Milli Məclisdə “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsinin qəbul olunmasını zəruri edir.
Nardar
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

