/ / Ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə Pakistanın Dera İsmayil Xan ərazisinin (Tayfalar ərazisi) Tank bölgəsində “Heydər Əliyev Su Təchizatı layihəsi”nin açılış mərasimi keçirilib
Ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə Pakistanın Dera İsmayil Xan ərazisinin (Tayfalar ərazisi) Tank bölgəsində “Heydər Əliyev Su Təchizatı layihəsi”nin açılış mərasimi keçirilib
06.05.2014 [09:10]
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə Pakistanın Dera İsmayil Xan ərazisinin (Tayfalar ərazisi) Tank bölgəsində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə inşa edilmiş “Heydər Əliyev Su Təchizatı layihəsi”nin açılış mərasimi keçirilib.
Mərasimdə Pakistan parlamenti sədrinin sabiq müavini, Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun üzvü Fəysəl Kərim Kundi, Xayber Paxtunxva əyalət hökumətinin təmsilçiləri, əyalət assambleyasının deputatları, ətraf kəndlərin ağsaqqalları, media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun üzvü Fəysəl Kərim Kundi Pakistanın mütəmadi olaraq terrordan əziyyət çəkən və iqtisadi inkişafdan geri qalan regionunda Heydər Əliyev Fondu tərəfindən belə aksiyanın keçirilməsi faktını yüksək qiymətləndirərək, Fondun prezidenti Mehriban xanım Əliyevaya ərazi sakinlərinin adından dərin minnətdarlığını bildirib. O, Azərbaycan tərəfinin bu addımını, sözün əsl mənasında, dostluq və qardaşlıq münasibətinin göstəricisi olduğunu vurğulayıb. Bildirilib ki, “Heydər Əliyev Su Təchizatı layihəsi” içməli su sarıdan əziyyət çəkən və daim təhlükə ilə üzləşən bölgə sakinləri üçün böyük dəstəkdir.
Daha sonra F.K.Kundi Pakistan və Azərbaycan arasında mövcud dostluq və qardaşlıq münasibətlərindən danışıb, 2013-cü ildə Azərbaycana səfəri zamanı ölkəmiz haqqında əldə etdiyi təəssüratlarını mərasim iştirakçıları ilə bölüşüb.
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov xalqlarımız arasındakı xoş münasibətlər barəsində ətraflı məlumat verib. Mərasimin Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində keçirildiyini deyən səfir Ümummilli liderin həyat və fəaliyyəti haqqında geniş söhbət açıb. Qeyd edib ki, Heydər Əliyevin xatirəsi Azərbaycan xalqı tərəfindən daim əziz tutulur və Heydər Əliyev Fondu Ulu öndərin doğum günü ilə bağlı ölkəmizdə və xarici dövlətlərdə genişmiqyaslı layihələr həyata keçirir. Səfir Pakistanın müxtəlif əyalətlərində birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə səhiyyə və təhsil sahələrində silsilə humanitar yardım proqramlarının həyata keçirildiyini bildirib.
Bölgə sakinləri adından danışan Mahammad Ecaz yüz illər boyu ərazinin quraqlıqdan ciddi əziyyət çəkdiyini bildirib, indiyədək bölgə əhalisinin içməli suya olan tələbatını 10 kilometr uzaqlıqda yerləşən yağış suyu kollektorundan istifadə hesabına ödədiklərini vurğulayıb. M.Ecaz “Heydər Əliyev Su Təchizatı layihəsi”nin həyata keçirilməsi nəticəsində on minlərlə əhalinin keyfiyyətli içməli su ilə təchiz edildiyini bildirib. O, bu günün bölgə sakinləri üçün əsl bayram olduğunu qeyd edərək Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan xalqına və dövlətinə minnətdarlığını bildirib.
Su təchizatı sisteminin tikintisini həyata keçirən AIMS İnkişaf Qrupunun prezidenti Əhməd Xan mərasim iştirakçılarına “Heydər Əliyev Su Təchizatı layihəsi”nin texniki imkanları haqqında məlumat verərək qeyd edib ki, dərinliyi 700 metrdən artıq olan quyudan gün ərzində 150 tondan çox içməli su çıxarılacaq. Əhməd Xan bildirib ki, su ehtiyatı, fasiləsiz elektrik təchizatı qurğusu və supaylayıcı sistemdən ibarət “Heydər Əliyev Su Təchizatı layihəsi” bölgədə yaşayan 40 min sakini içməli su ilə təmin edəcək.
Mərasimin sonunda səfir D.Şikarov tədbirə qatılmış Xayber Paxtunxva əyalətinin jurnalistlərinə müsahibə verib. Müsahibədə səfir Azərbaycan-Pakistan dostluğu, Azərbaycanın dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun, həmçinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin fəaliyyəti haqqında ətraflı məlumat verib.
Xəbər lenti
Hamısına baxSosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50

