Artıq AXCP adlı partiya yoxdur
23.05.2014 [09:22]
“AXCP-nin qarşıdan gələn bələdiyyə seçkilərində iştirak üçün heç 20 nəfər namizədi yoxdur”. Bunu AzNews.az-a Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
O, AXCP-nin sədr müavini Razi Nurullayevin təmsil etdiyi qurumun ofis problemi üzündən bələdiyyə seçkilərinə qatılmayacağı ilə bağlı fikirlərini belə şərh edib: “Mən öncə partiyanın ofis və digər məsələlərlə bağlı gündəmdə qalmaq istəməsi məsələsinə aydınlıq gətirmək istəyirəm. AXCP partiya olaraq öz mövcudluğunu itirib və Azərbaycanda belə bir partiya yoxdur. Bir müddət əvvəl AXCP “Milli şura”ya qoşulmaqla bu qurumun hesabına məşhurlaşmaq istədi, amma alınmadı. Son günlər mətbuatda partiyanın sədri Əli Kərimlinin izlənilməsi ilə bağlı məlumatlar dərc olunur. Bunun effekt vermədiyini görüb, indi də ofis problemlərini ortalığa çıxardıblar”.
S.Novruzov vurğulayıb ki, onlar ofis problemini istədikləri vaxt həll edə bilərlər: “Bunun üçün kimlə istəsələr, müqavilə bağlayıb ofis götürərlər. AXCP-çilərin bu cür məsələləri gündəmə gətirməkdə məqsədi qəzet və jurnalların üz qabığında qalmaqdır. Hesab edirəm ki, digər məsələlər kimi, ofis problemlərini də gündəmə gətirmələri onların ortalığa atdıqları növbəti oyundur. Oyun oynamaqdansa iş görmək lazımdır. Bu, aydın məsələdir ki, AXCP bələdiyyə seçkilərinə qatıla bilməyəcək. Çünki bələdiyyə seçkilərində 20 min adamın namizədliyini vermək lazımdır. Bütün partiyalar kimi AXCP-də bu qədər insanın siyahısını hazırlamalıdır. AXCP-nin bələdiyyə seçkilərində iştirak üçün 20 min deyil, heç 20 nəfər namizədi yoxdur. Bu partiyanı tərk edən insanlar gedib özlərinə partiya yaradırlar. Hazırda AXCP-də Əli Kərimli və cangüdənlərindən başqa heç kəs qalmayıb. Bu cür olan halda da sözügedən partiya seçkidə necə iştirak edə bilər? Bu cür rəzilliyi boynuna ala bilməyən partiya rəhbərliyi müxtəlif bəhanələr gətirib, seçkidə iştirak edə bilməmələrini müxtəlif əsası olmayan məsələlərlə bağlayırlar. Hesab edirəm ki, cəmiyyət yaxşı bilir ki, bunlar boş bəhanələrdir”.
Xəbər lenti
Hamısına baxDünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56

