/ / Beynəlxalq Əmək Konfransının Cenevrədə keçirilən sessiyasında Azərbaycanda məşğulluq probleminin həlli ilə bağlı görülən işlərdən danışılıb
Beynəlxalq Əmək Konfransının Cenevrədə keçirilən sessiyasında Azərbaycanda məşğulluq probleminin həlli ilə bağlı görülən işlərdən danışılıb
10.06.2014 [09:04]
İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının 103-cü sessiyası keçirilir.
Sessiyanın iyunun 6-da keçirilən plenar iclasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Mehbalıyev “Məşğulluğun strateji məqsədləri” mövzusunda çıxış edib. Bu barədə AzərTAc-a AHİK-dən məlumat verilib.
S.Mehbalıyev deyib ki, bu sessiyanın gündəliyinə əhalinin məşğulluğuna, eyni zamanda, qeyri-formal iqtisadiyyata dair məsələlərin daxil edilməsi inkişafın müasir mərhələsində də aktual olaraq qalmaqdadır. Bu gün dünyada 200 milyon işsiz var. Bu göstəricinin artım meyli və son 5 il ərzində işsizlərin sayının 30 milyon artması narahatlıq doğurur. Bununla yanaşı, təcrübə göstərir ki, sosial tərəfdaşların məqsədyönlü birgə işi nəticəsində iqtisadi artımı təmin etmək, əhalinin rifah halını yüksəltmək, əmək bazarında gərginliyin azaldılmasına nail olmaq mümkündür.
S.Mehbalıyev bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasında ölkə vətəndaşlarının məşğulluğunun təmin olunmasının hüquqi əsasları təsbit edilib. Ölkəmizdə məşğulluq probleminin həllində BƏT-in ratifikasiya olunmuş 60 konvensiya və tövsiyəsi, Avropa Sosial Xartiyasının, Avropa Sosial Təminat Kodeksinin əsasnamələri və digər beynəlxalq sənədlərin rolu böyükdür. Azərbaycan Respublikasında aparılan sosial-iqtisadi siyasətin əsas istiqamətləri əmək hüquqlarının qorunması, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə əməli tədbirlərin həyata keçirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, vətəndaşların maddi, sosial, mənəvi və digər maraqlarının təmin edilməsidir. Bu sahələr üzrə aparılan məqsədyönlü iş Azərbaycana insan inkişafı sahəsində dünyada ən tərəqqipərvər ölkə olmaq imkanı yaradıb.
AHİK sədri diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nın məqsədi əlverişli siyasi, iqtisadi, sosial və institusional mühitin yaradılması əsasında əhalinin səmərəli məşğulluğunun təmin edilməsidir. Respublikada həmkarlar ittifaqlarının iştirakı ilə işlənib hazırlanmış Əhalinin Məşğulluq Strategiyası, kiçik və orta sahibkarlığa dəstək üzrə Dövlət proqramları, iqtisadi artım və yoxsulluğun aşağı salınması, regionların inkişafı və digər mühüm sənədlər əmək bazarında gərginliyin azaldılması üçün yaxşı zəmin yaradıb. Bütün bunlar, eləcə də ölkə rəhbərliyinin siyasi iradəsi ötən 10 ildə Azərbaycanda əksəriyyəti daimi olmaqla 1,2 milyon yeni iş yerinin yaradılmasına imkan verdi. Bu istiqamətdə işlər davam etdirilir, yeni müəssisə və obyektlər yaradılır, işsizliyin səviyyəsi durmadan aşağı düşür və hazırda bu, 5 faiz təşkil edir. Bu da iş axtaranlar arasında normal rəqabət yaradır.
S.Mehbalıyev deyib: “Yuxarıda göstərilən rəqəmlərə əsasən belə nəticəyə gəlmək olar ki, Azərbaycan əhalisi işlə təminatda o qədər də gərginlik yaşamır. Lakin etiraf edilməlidir ki, bu gün əsas məsələ layiqli işlə təminatdır, yəni, layiqli əməkhaqqı, layiqli əmək şəraiti, sosial müdafiə və s. Bu problemin bir çox sualları layiqli əmək üzrə ölkə proqramlarında əksini tapmışdır”.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

