/ / Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Afinada keçirilən konsertdə Azərbaycan musiqisi yunan tamaşaçıları valeh edib
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Afinada keçirilən konsertdə Azərbaycan musiqisi yunan tamaşaçıları valeh edib
10.06.2014 [09:25]
Milli mədəniyyətimizin inkişaf etdirilməsi və dünyaya tanıdılmasında Heydər Əliyev Fondu misilsiz xidmətlər göstərir. Beynəlxalq aləmdə geniş nüfuza malik Fond mütəmadi olaraq fəaliyyət dairəsini genişləndirir və dünyanın müxtəlif ölkələrində Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı tədbirlər keçirir.
Bu qəbildən növbəti layihə Avropa mədəniyyətinin və ümumiyyətlə, Qərb sivilizasiyasının beşiyi hesab olunan Yunanıstanda reallaşdırılıb.
Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə iyunun 6-da Afinanın “Meqaro Muzikis” Mədəniyyət Kompleksində Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri geniş konsert proqramı ilə çıxış edib.
Konsertdən öncə afinalıların haqlı olaraq “mədəniyyət məbədi” adlandırdıqları və şəhərin ən böyük musiqi kompleksi olan “Meqaro Muzikis”də əsl bayram ab-havası hökm sürürdü.
Konsertdə Yunanıstanın dövlət və hökumət nümayəndələri, Afinada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri və musiqisevərlər iştirak ediblər.
Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev konsertdən əvvəl çıxış edərək, iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə getdikcə gücləndiyini qeyd edib.
Diplomat vurğulayıb ki, tarix, mədəniyyət və adət-ənənələrə olan qarşılıqlı hörmət və marağı nəzərə alaraq Yunanıstanda Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlərə geniş yer verilir.
Qeyd edilib ki, bu konsert son dörd ildə sayca doqquzuncu mədəniyyət tədbiridir və yunanların Azərbaycan incəsənətinə getdikcə artan marağı nəzərə alınaraq, bu silsilədən olan layihələr gələcəkdə də daha geniş formatda davam etdiriləcək.
Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən söz açan səfir Fondun Afinadakı tədbirin reallaşdırılması üçün göstərdiyi dəstəyi məmnunluqla qeyd edib.
“Azərbaycan musiqisi mövsümü”nün ilk tədbirinin geniş informasiya dəstəyi ilə gerçəkləşdiyini diqqətə çatdıran diplomat bildirib ki, xüsusi informasiya bazasında yaradılmış www.azerbaijani-culture.gr saytı Heydər Əliyev Fondu və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətini, eləcə də Yunanıstanda nəzərdə tutulan silsilə tədbirləri geniş işıqlandırmaq məqsədi daşıyır.
Sonra Xalq artisti Teymur Göyçəyevin dirijorluğu ilə Azərbaycan musiqiçiləri konsert proqramı ilə çıxış ediblər.
Klassik musiqi axşamında Azərbaycanın böyük bəstəkarları -Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Cahangir Cahangirov, Niyazi və Vaqif Mustafazadənin əsərləri ilə yanaşı, Astor Piatsolla, Pablo de Sarasate, Ernesto de Kurtis kimi dünya şöhrətli musiqiçilərin əsərləri də səsləndirilib. Tarzən Şəhriyar İmanovun Azərbaycan muğamları və yunan xalqının ən sevimli “Sertaki” rəqsinin sintezindən ibarət kompozisiyası tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Konsertdə xanəndələr Arzu Əliyeva, Məftun Səfərli muğamlarımızı, Azər Rzayev (tenor) Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa ediblər. Orkestrin müşayiəti ilə Murad Adıgözəlzadə (fortepiano), Elvin Qəniyev (skripka), Nicat Məsimov (balaban), Elçin Şirinov (fortepiano) və Şəhriyar İmanov (tar) tərəfindən həm milli, həm də xarici musiqi əsərləri yüksək texnika və məharətlə səsləndirilib.
Konsertdən sonra qonaqlar Heydər Əliyev Fondu tərəfindən son illərdə çap olunmuş müxtəlif nəşrlərlə tanış olublar. Qədim və zəngin Azərbaycan mədəniyyətindən bəhs edən nəşrlər sırasında Azərbaycan Milli İncəsənət Muzeyinə, musiqi alətlərinə, əlyazmalara, xalq tətbiqi sənətinin müxtəlif növlərinə həsr olunmuş kitablar, pop, caz, muğam və klassik musiqilərdən ibarət disklər, eləcə də böyük mütəfəkkirlərimiz Nizami Gəncəvi və Məhsəti Gəncəvinin əsərləri tədbir iştirakçılarına təqdim olunub.
Sonda qonaqlara ziyafət verilib.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

