Azərbaycan hökumətinin UNİCEF ilə işgüzar əməkdaşlığı bundan sonra da uğurla davam etdiriləcək
11.06.2014 [09:15]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov BMT-nin Uşaq Fondunun (UNİCEF) nümayəndəliyinin ölkəmizdə fəaliyyət müddəti başa çatmaqda olan rəhbəri Mark Herevardla görüşüb.
Komitənin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, görüşdə Baş nazirin müavini Əli Həsənov UNİCEF-in Azərbaycanda fəaliyyətə başladığı vaxtdan, xüsusilə son beş ildə bu beynəlxalq qurumun ölkəmizdəki nümayəndəliyinin rəhbəri kimi Mark Herevardın təmsil etdiyi təşkilat ilə Azərbaycanın birgə uğurlu fəaliyyəti, yaradılan işgüzar əməkdaşlıq istiqamətində səylərini yüksək qiymətləndirib. Qeyd edib ki, UNİCEF xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin salınmış qaçqın və məcburi köçkün uşaqların hüquqlarının müdafiəsi, onların sağlamlıqlarının qorunması, təhsil problemlərinin həlli istiqamətində müvafiq proqramlar həyata keçirib.
Bildirilib ki, nümayəndəliyin ilk proqramları humanitar ehtiyacları və milli prioritetləri əhatə etsə də sonralar bu, müxtəlif illəri əhatə edən ölkə proqramları ilə əvəz olunub, Azərbaycan Respublikasının uşaqlarla bağlı dövlət siyasətinin, xüsusilə qaçqın və məcburi köçkün uşaqların sosial-müdafiə hüquqlarının təminatı sisteminin güclənməsinə töhfələrini verib.
Dövlətimizin daxili siyasətində uşaq problemlərinin mühüm yer tutduğu bildirilən görüşdə vurğulanıb ki, Azərbaycan bir sıra beynəlxalq təşkilatların, o cümlədən UNİCEF-in yaxın tərəfdaşıdır. Bu əməkdaşlıq ölkədə uşaqların inkişafı ilə bağlı mühüm layihələrin həyata keçirilməsinə və təcrübə mübadilələrinin aparılmasına təkan verir. UNİCEF ilə işgüzar əməkdaşlıq uşaqların inkişafına dəyərli töhfələr verməklə yanaşı, onların maraqlarının təmin olunmasına yönəlib.
Rəhbərlik etdiyi qurumun fəaliyyətinin müsbət qiymətləndirilməsinə, UNİCEF tərəfindən həyata keçirilən layihələrə verilən dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirən Mark Herevard Azərbaycanın uşaq hüquqlarının müdafiəsi sahəsində bir çox uğurlara imza atdığını deyib. O, ötən müddətdə Azərbaycan ilə əməkdaşlığı, uşaq hüquqlarının müdafiəsində birgə və səmərəli səylər göstərilməsini yaxşı nümunə kimi dəyərləndirib və bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.
Baş nazirin müavini Əli Həsənov Mark Herevarda Azərbaycanda səmərəli fəaliyyətinə görə təşəkkürünü bildirib və Afrika ölkəsinin regional nümayəndəliyinə direktor müavini təyin olunması münasibətilə onu təbrik edib, gələcək fəaliyyətində uğurlar diləyib.
Görüşdə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Rəşid Mustafa da iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

