Əli Kərimlinin növbəti “Facebook” nağılı
12.06.2014 [09:27]
Real siyasi platformada ictimai dəstək qazana bilməyən AXCP sədri virtual məkanda “layk” axtarışına çıxıb
Bu günlərdə AXCP sədri Əli Kərimli “Facebook” sosial şəbəkəsində lağ obyektinə çevrilən yeni bir status paylaşıb. Radikalların nəzarətində olan mətbuat orqanlarının da tirajladığı həmin statusda AXCP sədri Polşanın son 25 ildə keçdiyi demokratiya yolundan danışaraq uğursuz müqayisələr aparır. Son dönəmlərdə partiya sədri kimi “siyasi fəaliyyəti” sosial şəbəkələrdə “komentlər” yazmaqdan, “layklar” etməkdən o yana getməyən Əli Kərimli haqqında bəhs olunan statusda sözün əsl mənasında nala-mıxa vurub.
Partiyası getdikcə marginallaşan, funksionallığını itirən, radikal düşərgənin autsayderinə çevrilən Əli Kərimlinin Polşanın məsələsini “təhlil” etməyə girişməsi və bu istiqamətdə fikirləri bütün ciddi ekspertlər tərəfindən tənqid olunur.
Qeyd olunur ki, AXCP sədri “Facebook” əhlinin, necə deyərlər, “ictimai şüurunu” səhv istiqamətə yönəltməyə hesabladığı statusunda, əslində özünün və təmsil etdiyi radikal düşərgənin qarınağrısı bəhanələrini büruzə verib. Nə qədər qəribə görünsə də, Əli Kərimli ölkəmizin ötən əsrin 90-cı illərinin əvvəllərindəki vəziyyəti ilə indiki durumunu müqayisə edir. Guya o vaxtkı iqtidarın dövründə (keçmiş ittifaq məkanında baş verən ictimai-siyasi proseslərin axarında Azərbaycanda 1992-ci ilin mayında hakimiyyəti mənimsəyən AXC-“Müsavat” iqtidarı nəzərdə tutulur-M.A.) insanlar “demokratiya gölündə” üzürmüşlər, ölkədə demokratiya aşıb-daşırmış, hər tərəfdən “demokratiya mahnıları” eşidilirmiş, insan hüquqları gen-bol təmin olunurmuş, hər kəs istədiyini edirmiş və s. Bu cəhətdən AXCP sədrinin paylaşdığı statusu onun “demokratiya illüziyası” və yaxud “demokratiya nağılı” adlandırmaq daha doğru olardı.
Əli Kərimlinin “demokratiya nağılı”ndan hasil olan nəticə budur ki, radikallar “ah, necə kef çəkməli əyyam idi” xülyasından yaxa qurtara bilməyiblər və hələ də nostalji hisslərlə yaşayırlar. Görünür, “25 il dövlət quruculuğu üçün kifayət qədər uzun bir dönəmdir” deyən Əli Kərimli həm də o qənaətdədir ki, bu uzun dönəmdə təmsil olunduğu AXC-”Müsavat” iqtidarının ölkəni hansı metodlarla idarə etdiyi, ümumiyyətlə, o illərdə baş verənlər insanların yaddaşından silinib və indi “boşluğu” illüziyalarla doldurmaq mümkündür.
Ancaq Əli Kərimli anlamır ya da anlamaq istəmir ki, AXC-“Müsavat” iqtidarının birillik yarıtmaz hakimiyyətinin acı dərslərini Azərbaycan cəmiyyəti həmişə xatırlayacaq. Bir anlığa Əli Kərimlinin mədh etdiyi həmin dövrə qayıdaq. Bu o dövr idi ki, ölkəmiz Əli Kərimlinin özünün də yüksək vəzifə sahibi olduğu AXC-”Müsavat” iqtidarının səriştəsiz rəhbərliyi ucbatından çox çətin vəziyyətə düşmüşdü, Azərbaycanın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyinin əldən çıxmasına real təhlükə yaranmışdı. Həyatın bütün sahələrini tənəzzül çuğlamışdı. İqtisadiyyatdakı gerilik işsizliyə, insanların sosial durumlarının ağırlaşmasına gətirib çıxarmışdı. Müharibə vəziyyətində olan ölkənin ordusunda pərakəndəlik hökm sürürdü. Komandirlərdən biri əsgərlərə “irəli” əmri verəndə digər komandirlərdən “geri çəkilmək” göstərişi gəlirdi. AXC-”Müsavat” iqtidarının hakimiyyəti ələ almasından cəmi 1 il sonra isə ölkə vətəndaş müharibəsinin astanasında dayandı.
Bəs nədən Əli Kərimli öz statusunda vaxtilə təmsil olunduğu iqtidarın dövründə respublikanın ictimai-siyasi, sosial-iqtisadi mənzərəsini şərtləndirən bu kimi cəhətləri “unudur”? AXCP sədri hansı demokratiyadan danışır ki, vaxtilə onun da üzvü olduğu komandanın naziri televiziya studiyasının qapılarını təpiklə açaraq canlı efirdə aranı qatmış, jurnalistə fiziki xəsarət yetirmişdi?
Belə misalların sayı kifayət qədər çoxdur. Ancaq elə bu deyilənlər də Əli Kərimlinin müqayisəsini apardığı məlum zaman kəsiyinin üzərinə çəkmək istədiyi “demokratiya” pərdəsinin yırtılması üçün kifayətdir. Müqayisələr reallığa söykənəndə, həqiqəti əks etdirəndə inandırıcı olur. Əli Kərimlinin “Facebook” nağılına isə çətin ki, kimsə inansın. Çünki bu nağılda AXCP sədri yenə öz ampluasında qalaraq həyat həqiqətlərini təhrif etməyə, yaxın tariximizi saxtalaşdırmağa və baş verənlərin fonunda özünün “qəhrəman” obrazını yaratmağa çalışır. Buna görə də, qaş düzəltmək istədiyi yerdə vurub göz çıxardıb. Onun sosial şəbəkədə paylaşdığı status bumeranq effekti verərək özünü məzəmmət obyektinə çevirib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09

