/ / Vladimir Medinski: Rusiya ilə Azərbaycanı təkcə müqavilə deyil, həm də nazirliklər və regionlar səviyyəsində daimi sıx fəaliyyət bağlayır
Vladimir Medinski: Rusiya ilə Azərbaycanı təkcə müqavilə deyil, həm də nazirliklər və regionlar səviyyəsində daimi sıx fəaliyyət bağlayır
21.06.2014 [11:15]
Rusiyanın Mədəniyyət Nazirliyində “Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində 2014-2016-cı illər üçün əməkdaşlıq proqramı” imzalanıb. Sənədi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Rusiyanın mədəniyyət naziri Vladimir Medinski imzalayıblar.
Nazir Əbülfəs Qarayev idarələrarası əməkdaşlıq proqramının imzalanmasından sonra jurnalistlərə bildirib ki, iki dövlət arasında humanitar siyasət sahəsində əməkdaşlıq haqqında dövlətlərarası müqavilə mövcuddur. Bu müqavilə elm, mədəniyyət, təhsil və digər sahələri əhatə edir. Ə.Qarayev deyib: “Ümidvarıq ki, iki ildən sonra biz yenə də müqavilə imzalayacağıq və birgə səylərimizi bu müqavilə çərçivəsində davam etdirəcəyik”.
Azərbaycan ilə Rusiya arasında dövlətlərarası və mədəniyyətlərarası səviyyədə qarşılıqlı münasibətlərin həmişə yaxşı və səmərəli inkişaf edən münasibətlər olacağına əminliyini bildirən Ə.Qarayev deyib: “Bunun üçün biz işimizi planlaşdırmalıyıq”.
Rusiyanın mədəniyyət naziri Vladimir Medinski bildirib: “Rusiya ilə Azərbaycanı təkcə müqavilə deyil, həm də istər nazirlik, istərsə də regionlar səviyyəsində daimi sıx fəaliyyət bağlayır. Bir sıra regionlar Azərbaycanın mədəniyyət müəssisələri ilə birbaşa çox səmərəli işləyirlər”.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Bakıda keçirilən Ümumdünya Forumunda iştirakından söz açan Rusiya naziri vurğulayıb ki, Forumda Prezident İlham Əliyev kimi MDBMİ-ni bitirən bir neçə dövlət başçısı və müxtəlif ölkələrin nazirləri iştirak ediblər. V.Medinski deyib: “Prezident İlham Əliyev MDBMİ-də mənə beynəlxalq münasibətlərin tarixindən mühazirələr oxumuşdur”.
Rusiyanın mədəniyyət naziri vurğulayıb ki, ölkələrimiz arasındakı münasibətlər bundan sonra da genişlənəcək və möhkəmlənəcək.
Bildirilib ki, iki dövlətin ərazisində sərgilərin, habelə teatrların və ifaçılıq kollektivlərinin qastrollarının təşkil edilməsi, kinematoqraf sahəsində qarşılıqlı fəaliyyətin dəstəklənməsi, ixtisasartırma üçün şəraitin yaradılması, müəllimlərinin yaradıcılıq təcrübələrinin öyrənilməsi, mədəni irsin qorunub saxlanılmasına və bərpa edilməsinə dair informasiya mübadiləsi idarələrarası əməkdaşlıq proqramının prioritet vəzifələridir.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46

