Avropa Gənclər Forumunun nümayəndə heyəti Gəncədə
30.08.2014 [09:43]
Avropa Gənclər Forumunun nümayəndə heyətinin üzvləri avqustun 29-da Gəncəyə səfərə gəliblər.
AzərTAc xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətində keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları Azərbaycanın bu qədim şəhərinin ictimai-siyasi və mədəni həyatı ilə barədə ətraflı məlumatlandırıb. Gəncənin 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçilməsini dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətinin uğurlu nəticəsi kimi dəyərləndirən İcra Hakimiyyətinin başçısı sonra bu mühüm tədbirə aparılan hazırlıq işlərindən danışıb. Qeyd edib ki, hazırda şəhərdə inşa edilən Gənclər Mərkəzində tamamlanma işləri görülür. 2016-cı ilədək bir çox layihələrin icrası üçün hazırlıq işlərinə başlanılıb. Şəhərin infrastrukturunda başlanan yeniliklərin bir hissəsi başa çatdırılıb.
Görüşdə Avropa Gənclər Forumunun prezidenti Piter Matyasiç çıxış edərək iki il əvvəl Gəncədə olduğunu xatırladıb. Bildirib ki, bu müddətdə burada gördüyü yeniliklər onu çox sevindirir. Xüsusilə Gəncədə gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi təqdirəlayiqdir. Sevindirici haldır ki, gənclərin hər bir təşəbbüsü şəhər İcra Hakimiyyəti tərəfindən dəstəklənir.
Səfərin məqsədini açıqlayan Avropa Gənclər Forumunun prezidenti Piter Matyasiç bildirib ki, nümayəndə heyətinin üzvləri Gəncədə olacaqları müddətdə Avropa Gənclər Paytaxtları Şəbəkəsinin institutlaşması ilə bağlı müzakirələr aparılacaq, “Gəncə Avropa Gənclər Paytaxtı 2016” çərçivəsində görülmüş işlərin monitorinqi keçiriləcək. Bundan əlavə, Avropa Gənclər Paytaxtı ilində yeni təcrübələrin bölüşdürülməsi, Gəncədə fəaliyyət göstərən gənclər təşkilatlarının fəaliyyəti, “Gəncə Avropa Gənclər Paytaxtı 2016” ilə əlaqədar keçirilən tədbirlərdə onların yeri və rolu, gələcək planlar və yeni ideyalar, birgə layihələrlə əlaqədar fikir mübadilələri aparılacaq.
Görüşdə Gəncədə fəaliyyət göstərəcək Gənclər Mərkəzinin gələcəkdə Avropa Şurasının Gənclər Mərkəzi statusu əldə etməsi ilə bağlı müzakirələr, həmçinin, Avropa Gənclər Paytaxtları Şəbəkəsi tərəfindən bu statusun qəbul olunması məqsədilə hazırlanacaq bəyannamə ətrafında fikir mübadiləsi aparılıb.
Sonra Avropa Gənclər Forumunun baş katibi Alan Pall, Braqa şəhərinin gənclər sektorunun rəhbəri De Sousa Santos Carlos Manuel, Saloniki şəhərinin gənclər və idman idarəsinin rəisi Papaioannou Çaralampos, Klij Napoka şəhərinin “Avropa Gənclər Paytaxtı 2015” komitəsinin rəhbəri Floran Mihai Paul və başqaları çıxış edərək gəncəli gəncləri gələcəkdə Avropa Gənclər Forumu ilə əlaqələrin genişləndirilməsi üçün daha fəal olmağa çağırıblar, onları reallaşdırılması nəzərdə tutulan layihələrin icrasında görmək arzusunda olduqlarını bildiriblər.
Sonda Avropa Gənclər Forumunun prezidentinə və nümayəndələrinə xatirə hədiyyələri təqdim olunub.
Həmin gün Avropa Gənclər Forumu nümayəndələrinin “RAMADA plaza” otelində şəhər gəncləri ilə görüşü keçirilib.
Xəbər lenti
Hamısına baxSosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50

