/ / Leyla Əliyeva: “National Geographic” jurnalı ölkəmizdə ekoloji maarifləndirmə istiqamətindəki işlərə mühüm töhfə verəcək
Leyla Əliyeva: “National Geographic” jurnalı ölkəmizdə ekoloji maarifləndirmə istiqamətindəki işlərə mühüm töhfə verəcək
04.09.2014 [09:41]
Heydər Əliyev Mərkəzində “National Geographic Azərbaycan” jurnalının təqdimatına həsr olunan tədbir keçirilib.
AzərTAc xəbər verir ki, altmış milyondan çox oxucusu olan “National Geographic” jurnalı artıq sentyabr ayından Azərbaycan oxucularına doğma dilimizdə təqdim edilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın dəstəyi ilə çap olunan “National Geographic Azərbaycan” ətraf mühitin qorunması və bu sahədə maarifləndirmə ilə yanaşı, ölkəmiz barədə, eləcə də Azərbaycan elmi və turizmi haqqında məlumatların yayılmasına da xidmət edəcək.
“Ətraf mühit problemləri bu gün millətindən, dilindən, dinindən, irqindən asılı olmayaraq hər kəsi eyni məqsəd - təbiəti qorumaq istiqamətində birləşdirir. “National Geographic” jurnalı təbii fəlakətlər, qlobal istiləşmə, atmosferin çirklənməsi, müxtəlif fauna növlərinin məhvi təhlükəsi və digər ekoloji problemlər barədə daim məlumatlandırmaqla ətraf mühitin və planetimizin qorunmasına öz töhfəsini verir. Bu gün Azərbaycan bölgədə ekoloji təşəbbüslərə görə liderdir. İnanıram ki, Azərbaycan dilində yeni fəaliyyətə başlayan “National Geographic” jurnalı ölkəmizdə ekoloji məlumatlandırma və maarifləndirmə istiqamətindəki işlərə mühüm töhfə verəcək”, - deyə Leyla Əliyevanın müraciətində bildirilir.
Qeyd edək ki, “National Geographic Azərbaycan” jurnalı “Garant Holding” və ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin birgə layihəsi nəticəsində işıq üzü görüb. “Garant Holding”in idarə heyətinin sədri Anar Məmmədov dünyada böyük nüfuza sahib olan jurnalın Azərbaycana gətirilməsi və doğma dilimizdə nəşr edilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın böyük rolu olduğunu qeyd edib və dərginin ölkəmizdə öz ətrafında geniş auditoriya toplayacağını deyib.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

