Hörmüz boğazı, yoxsa Hörmüz “düyünü”?
07.07.2026 [09:39]
Dünya üzrə neft daşımalarının təxminən beşdə birinin həyata keçirildiyi Hörmüz boğazının Yaxın Şərq münaqişəsi dövründə bağlanması dünya bazarlarında yanacaq qiymətlərinin artmasına səbəb olmuşdu. Boğaz bu ilin iyun ayında Tehranla ABŞ Prezidenti Donald Tramp administrasiyası arasında əldə olunmuş atəşkəs razılaşmasından sonra yenidən gəmiçilik üçün açılıb. Bununla yanaşı, İran tərəfi boğazın idarə edilməsində aparıcı rolunu qoruyub saxlayacağını və gəmilərin hərəkətinin tənzimlənməsi üçün “xidmət haqqı”nın tətbiqi ilə bağlı mövqeyini davam etdirir.
İran rüsum tətbiq etməkdə israrlıdır
İranın Pekindəki səfiri Əbdülrıza Rəhmani Fəzli deyib ki, Hörmüz boğazından istifadə üçün “rüsum” müəyyənləşdiriləndə Çin və digər dost ölkələrə xüsusi güzəştlər nəzərdə tutulacaq. İranlı diplomat vurğulayıb ki, bu mühüm su dəhlizi son müharibə nəticəsində İranın milli təhlükəsizliyi ilə bağlı məsələyə çevrilib. Səfir əlavə edib ki, Oman Sultanlığı ilə əməkdaşlıq və koordinasiya şəraitində Hörmüz boğazına dair yeni qaydalar müəyyənləşəcək.
“Əl-Ərəbiyə” telekanalının mənbələri isə Dohada iki ölkə arasında dolayı danışıqların başa çatmasından sonra bildiriblər ki, ABŞ Hörmüz boğazındakı vəziyyətlə bağlı İrana aydın mesajlar göndərib. Mənbələrin sözlərinə görə, ABŞ Hörmüz boğazındakı mövcud status-kvoda hər hansı bir dəyişikliyi rədd etdiyini bildirib. Onlar əlavə ediblər ki, Vaşinqton Tehrana hər hansı bir dəyişikliyin müqavilənin pozulması hesab ediləcəyini bildirib, ABŞ-ın Hörmüzdə vəziyyətə münasibətini və yanaşmasını müqaviləyə sadiqliyinin ilk sınağı hesab etdiyini qeyd edib. Mənbələr əlavə ediblər ki, ABŞ strateji boğazda İranın hərəkətini yaxından izləyir və Tehrana dondurulmuş vəsaitlərin geri qaytarılması ilə bağlı hər hansı bir irəliləyişin anlaşma memorandumuna tam riayət etməsi şərti ilə mümkün olacağını çatdırıb. Bu, İranın ötən həftə ABŞ-ın Hörmüz boğazına hər hansı bir müdaxiləsinə “qətiyyətli və çevik” cavab veriləcəyini bildirməsi və Amerika qırıcı təyyarələrinin su yolu üzərindəki mövcudluğunun regional təhlükəsizliyi təhlükə altına aldığını əlavə etməsindən sonra baş verib.
NATO sammtində “Hörmüz”ün təhlükəsizliyi məsələsi...
Bundan əlavə, ABŞ administrasiyası 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammiti çərçivəsində müttəfiq ölkələrin Hörmüz boğazında təhlükəsizlik məsələsini müzakirə edəcəyini gözləyir. Bu barədə CNN telekanalı mənbəyə istinadla məlumat yayıb. Mənbənin sözlərinə görə, bir sıra NATO müttəfiqləri boğazda təhlükəsizliyin təmin olunmasına dəstək verməyə hazır olduqlarını bildiriblər. Bununla belə, qeyd olunub ki, bütün ölkələrin bu missiyanın icrası üçün zəruri gəmi və texniki imkanları yoxdur.
Amerikalı rəsmi bildirib ki, Vaşinqton sammitdən sonra müttəfiq ölkələrin müdafiə xərclərini artıracağını və döyüş hazırlığını daha da gücləndirəcəyini gözləyir. Bununla yanaşı, “Financial Times” qəzeti iyulun 3-də xəbər verib ki, son bir həftə ərzində Hörmüz boğazından keçən gəmilərin sayı dörd dəfə artıb. Nəşrin qiymətləndirməsinə görə, bu dinamika gəmi sahiblərinin boğazda hərəkətin təhlükəsizliyinə inamının artdığını göstərir.
İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi isə bəyan edib ki, Hörmüz boğazı ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) aid deyil və İranın nəzarətindədir. “Bəhreyn Müdafiə Qüvvələri Fars körfəzi üçün hüquqi nizam və təhlükəsizlik yarada bilməz”, - deyə o bildirib və əlavə edib ki, regionun təhlükəsizliyi müdaxilənin başa çatması, ABŞ ordusunun regiondan çıxarılması, ölkələrin suverenliyinə hörmət və yeni geosiyasi reallıqların qəbul edilməsi ilə təmin edilir. Onun sözlərinə görə, Amerikanın hərbi çətiri altında regionda sabitlik yarana bilməz. K.Qəribabadi bununla CENTCOM-un Bəhreyndə keçirilən görüşün yekunlarına dair bəyanatına cavab verib.
Xatırladaq ki, CENTCOM iyulun 1-də Bəhreynin ev sahibliyi etdiyi regional təhlükəsizlik dialoquna rəhbərlik edib. “CENTCOM komandanı Bred Kuper, Bəhreyn, Misir, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri və Yəməndən olan yüksəkrütbəli hərbi rəsmilər mövcud regional təhlükəsizlik mühiti, müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər”, - CENTCOM-un bəyanatında bildirilib. Qeyd olunub ki, Hörmüz boğazı vasitəsilə ticarətin sərbəst axınına sadiqlik vurğulanıb: “Biz regional tərəfdaşlarımızla çiyin-çiyinə dayanmağa davam edirik. ABŞ və regional tərəfdaşları Yaxın Şərqdə dünyanın ən qabaqcıl raketdən müdafiə çətirini idarə edirlər. Yanvar ayında CENTCOM və region ölkələri məlumatların, təhdid xəbərdarlıqlarının paylaşılması, həmçinin gözlənilməz hallara reaksiya verilməsi məqsədilə yeni Yaxın Şərq Hava Hücumundan Müdafiə koordinasiya bölməsini yaradıb. Bu təhlükəsizlik dialoqu Suriya və Livandan olan hərbçilərin ilk dəfə olaraq ABŞ-ın rəhbərlik etdiyi regional müdafiə konfransında iştirak etməsi ilə əlamətdar olub”.
Tehran boğazda Qərbin hərbi fəaliyyətinə qarşıdır
Eyni zamanda, Tehran Fransa və Böyük Britaniyanın Hörmüz boğazı ilə bağlı birgə bəyanatına cavab olaraq bu strateji dəhlizdə Qərb ölkələrinin mümkün hərbi fəaliyyətinə qarşı xəbərdarlığını yenidən səsləndirib. İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi qeyd edib ki, İran Hörmüz boğazının təhlükəsizliyinə cavabdeh və onun təminatçısı olan ölkə kimi burada istənilən xarici hərbi hərəkətə qarşı xəbərdarlıq edir. Belə ki, boğazın təhlükəsizliyinin təmin olunmasına görə məsuliyyət yalnız sahilyanı dövlətlərin üzərinə düşür. Eyni zamanda, iranlı diplomat əlavə edib ki, Hörmüz boğazı regiondankənar qüvvələrin hərbi nümayiş meydanı deyil və bölgədə gərginlik yaratmağa çalışan tərəflər bunun nəticələrinə görə məsuliyyət daşıyacaqlar.
Xatırladaq ki, bu bəyanat Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makronun Omanın Hörmüz boğazının açıq qalmasının təmin edilməsi istiqamətində London və Parislə əməkdaşlığa razılıq verdiyini açıqlamasından sonra verilib. Onlar bəyan ediblər ki, Hörmüz boğazı qlobal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır və bütün ölkələrin gəmiləri üçün təhlükəsiz naviqasiyanın bərpası beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Məlumatlara görə, Böyük Britaniya və Fransa gələcəkdə boğazın bağlanmasının qarşısını almaq məqsədilə birgə hərbi missiyanın yaradılmasına hazırlaşırlar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00

