Ölkəmiz ATƏT PA-da uğurla təmsil olunur
07.07.2026 [11:10]
Hazırda dövlətlərarası münasibətlərin inkişafında və beynəlxalq platformalarda parlament diplomatiyasının rolu olduqca önəmlidir. Bu mənada, ölkəmizin parlament diplomatiyası müstəvisində yürütdüyü xarici siyasət priorotet təşkil edir.
Parlament diplomatiyasının nailiyyətləri...
Son illərdə həyata keçirilən parlament diplomatiyası nəticəsində Azərbaycanın beynəlxalq münasibətlər sistemində və beynəlxalq platformalarda mövqeyi daha da möhkəmlənib. Artıq Azərbaycanda beynəlxalq və regional təşkilatların parlament şəbəkələrinin toplantılarının keçirilməsi ənənəsi formalaşıb. Son zamanlar parlament diplomatiyası çərçivəsində Azərbaycan bir çox beynəlxalq səviyyəli tədbirlərə və toplantılara ev sahibliyi edib. Eyni zamanda dünyanın ən müxtəlif ölkələrinin parlament nümayəndələri ölkəmizə səfər edir. Dünya ölkələrinin parlamentləri ilə sıx əməkdaşlıq və dostluq münasibətləri formalaşır. Təbii ki, bu cür əlaqələrin qurulması ölkələr arasında münasibətlırin inkişafına xidmət etməklə yanaşı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin beynəlxalq platformalarda dəstəklənməsində təsirli amildir.
Hazırda Milli Məclis bir çox nüfuzlu təşkilatların -Parlamentlərarası İttifaq, MDB PA, Asiya PA, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı, GUAM PA, TÜRKPA, NATO PA və s. işində fəal təmsil olunur. Məhz bu təşkilatlar çərçivəsində aparılan uğurlu əməkdaşlıq fəaliyyəti nəticəsində vaxtilə Ermənistanın apardığı işğalçılıq siyasətini ifşa edən qərarlar qəbul edilib.
Azərbaycanın parlament diplomatiyasının beynəlxalq miqyasda nüfuz qazanmasının göstəricilərindən biri də Milli Məclisin ATƏT Parlament Assambleyasında uğurlu təmsilçiliyidir. Qeyd edək ki, Milli Məclis uzun illərdir bu təşkilatla əməkdaşlıq edir. Hazırda ölkəmiz ATƏT PA-da 6 millət vəkilindən ibarət nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyətinə deputat Qaya Məmmədov rəhbərlik edir.
Yeri gəlmişkən, hazırda Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının Niderlandın Haaqa şəhərində keçirilən 33-cü illik sessiyası işində iştirak edir. Beynəlxalq hüququn aliliyi, sülh və əməkdaşlıq ilə bağlı məsələlərin müzakirə olunduğu sessiyada nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov çıxış edib. O, çıxışında beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması sahəsində vəziyyətin qeyri-qənaətbəxş olmasının əsas səbəbləri sırasında ikili standartları və selektiv yanaşmanı vurğulayıb. Azərbaycan nümayəndə heyətinin rəhbəri dövlətlərin suverenliyi və suveren bərabərliyi prinsiplərinin ali dəyərlər kimi daim qorunmalı və onlara hörmət edilməli olduğunu diqqətə çatdırıb.
Q. Məmmədov informasiya texnologiyalarından istifadənin genişləndiyi, o cümlədən süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə beynəlxalq hüququn rəqəmsal məkanda tətbiqinin və bu müstəvidə dövlətlərin rəqəmsal suverenliyinin qorunmasının zəruriliyini bildirib. Nümayəndə heyətinin rəhbəri ölkəmizdə yeni texnologiyalardan istifadə sahəsində təhlükəsizlik, inkişaf və insan hüquqları arasında optimal nisbəti qoruyan mütərəqqi siyasət və fəaliyyətlərdən bəhs edib.
Deputat ATƏT məkanında qabaqcıl təcrübə kimi Azərbaycanda Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə rəqəmsal sahədə müfəssəl konsepsiyanı və qurumlararası yanaşmanı özündə ehtiva edən Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti haqqında məlumat verib, bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
ATƏT məkanında təhlükəsizliyin təmini zəruridir
Nümayəndə heyətinin üzvü, deputat Sevinc Fətəliyeva ATƏT Parlament Assambleyasının Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər üzrə Ümumi Komitəsinin iclasında çıxış edib. O bildirib ki, demokratiya, insan hüquqları və humanitar məsələlər beynəlxalq hüquqdan və onilliklər ərzində ATƏT məkanında təhlükəsizlik və əməkdaşlığın əsasını təşkil edən ortaq prinsiplərdən ayrı nəzərdən keçirilə bilməz: “Bu gün regionumuz silahlı münaqişələr, humanitar böhranlar, məcburi köçkünlük və artan qütbləşmə kimi ciddi çağırışlarla üz-üzədir. Bu çağırışlar təkcə institutlarımızı deyil, bizi birləşdirən prinsiplərə sadiqliyimizi də sınağa çəkir. Onlar bir daha göstərir ki, davamlı təhlükəsizlik yalnız siyasi və ya hərbi vasitələrlə təmin oluna bilməz. Bunun üçün beynəlxalq hüquqa hörmət, səmərəli dövlət institutları, insan hüquqlarının etibarlı müdafiəsi və davamlı dialoq zəruridir”.
S.Fətəliyevanın sözlərinə görə, demokratiya güclü institutlara əsaslanır: “İnsan hüquqları onların səmərəli müdafiəsini tələb edir. Humanitar fəaliyyət həmrəyliyə söykənir. Bütün bunların təməlində isə beynəlxalq hüquqa hörmət dayanır. Məhz buna görə də ortaq prinsiplərimiz ardıcıl, qərəzsiz və vicdanla tətbiq edilməlidir. Yalnız belə yanaşma iştirakçı dövlətlər arasında etimadı möhkəmləndirə və ortaq institutlarımıza inamı gücləndirə bilər”. Deputat qeyd edib ki, Azərbaycan üçün bu prinsiplər abstrakt anlayışlar deyil. Onlar davamlı sülhün qurulması və beynəlxalq öhdəliklərin insanların həyatında real nəticələrə çevrilməsi üçün praktik fəaliyyət istiqamətidir.
Bu gün Azərbaycan nümayiş etdirir ki, postmünaqişə dövrünün bərpası yalnız infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır. Bu, ilk növbədə insan ləyaqətinin bərpası, icmaların dirçəldilməsi və insanların sülh və təhlükəsizlik şəraitində yaşaması üçün imkanların yaradılması deməkdir. “Hazırda regionumuzun davamlı sülhə nail olmaq üçün real imkanı var və hesab edirik ki, diqqətimizi məhz bu imkana yönəltməliyik. Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsinə sadiqdir. İnanırıq ki, dialoq, qarşılıqlı hörmət, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə tam hörmət davamlı sülhün, insan təhlükəsizliyinin və regional əməkdaşlığın ən etibarlı təməlidir”, - deyə S. Fətəliyeva vurğulayıb.
Qeyd edək ki, ATƏT Parlament Assambleyasının 33-cü illik sessiyası iyulun 10-dək davam edəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55

