İvari Padar: Azərbaycan bazarı estoniyalı sahibkarlar üçün maraqlıdır
05.09.2014 [09:44]
Estoniya ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əlaqələr yaxşı səviyyədədir.
Bunu AzərTAc-ın müxbirinə müsahibəsində Estoniyanın kənd təsərrüfatı naziri İvari Padar bildirib.
Estoniyalı nazir qeyd edib ki, iki ölkənin kənd təsərrüfatı nazirlikləri rəhbərlərinin qarşılıqlı səfərləri sayəsində Estoniya ilə Azərbaycanın əməkdaşlığı xeyli fəallaşıb. 2012-ci ildə Estoniyanın ovaxtkı kənd təsərrüfatı naziri Xelir-Valdor Seyederin Azərbaycana səfəri çərçivəsində aqrar sahədə əlaqələr müzakirə edilib. 2013-cü ilin yazında isə Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev Tartuda keçirilən “Aqroforum Baltikum” beynəlxalq konfransında iştirak edib. Bu ilin mayında Estoniya Kənd Təsərrüfatı Nazirliyinin balıqçılıq təsərrüfatı siyasəti və beynəlxalq əməkdaşlıq üzrə vitse-kansleri Olavi Petron Bakıda səfərdə olub. O, 20-ci Azərbaycan Beynəlxalq qida sənayesi sərgisində və 8-ci Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak edib.
İvari Padarın sözlərinə görə, daha sıx əməkdaşlıq həmişə arzu edilən haldır, “lakin ölkələrimizin coğrafi uzaqlığını nəzərə alaraq demək olar ki, hazırda müntəzəm əlaqə var”. Nazir yaxın gələcəkdə Estoniya ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq yaranacağına ümid etdiyini söyləyib.
Estoniyanın aqrar nazirliyinin başçısı qeyd edib ki, kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı üçün çox böyük perspektivlər var.
Estoniyalı nazir vurğulayıb: “İki ölkənin nazirlikləri arasında əməkdaşlıq haqqında müqavilənin layihəsi hazırdır. Layihə son razılaşdırma mərhələsindədir. Ümid edirəm ki, bu müqavilənin imzalanması Estoniya ilə Azərbaycan arasında daha səmərəli əməkdaşlığa təkan verəcəkdir”.
İvari Padar bildirib ki, Azərbaycan bazarı eston sahibkarlar üçün, eston mallarının əksəriyyəti üçün müstəqil yeni bazar kimi maraqlıdır. Üstəlik, iki ölkənin məhsullarının spesifikası nəzərə alınmaqla onların bazarları bir-biri üçün maraqlı olacaqdır. Məsələn, Estoniyanın süd, ət və balıq məhsulları, Azərbaycanın meyvələri, şirə və konyak məhsulları qarşılıqlı maraq doğuracaqdır.
İvari Padar deyib ki, Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovu Estoniyada qəbul etməyə şad olar. Nazir deyib: “2015-ci ilin aprel ayında Tartu şəhərində yuxarıda adını çəkdiyimiz “Aqroforum baltikum” illik konfransı keçiriləcəkdir. Həmin forum belə bir səfər üçün münasib olardı”.
Xəbər lenti
Hamısına baxSosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41

