Azərbaycanda dinlərarası münasibətlər yüksək səviyyədədir
05.09.2014 [09:45]
Sentyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Sabunçu rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirib.
AzərTAc xəbər verir ki, görüşdən əvvəl Mübariz Qurbanlı və Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Sabunçu rayon İcra Hakimiyyətinin binasındakı büstünü ziyarət ediblər.
Tədbiri giriş sözü ilə açan Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev belə görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O, bildirib ki, din xadimlərinin cəmiyyətdə çox böyük bir rolu vardır və bu görüş dini icmaların gələcək fəaliyyəti baxımından böyük önəm kəsb edir. İcra Hakimiyyətinin başçısı qeyd edib ki, ölkəmizdə dinin dövlətdən ayrı olmasına baxmayaraq din hər zaman dövlətə dayağı kimi çıxış edib.
Rayon İcra Hakimiyyətinin başçısı Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda dinə münasibətin tamamilə dəyişdiyini, ölkədə milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını diqqətə çatdırıb. O, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov Sabunçu rayonundakı dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı məlumat verib. O, bildirib ki, əhalinin dini baxışlarının sağlam müstəvidə formalaşdırılması, gənclərin radikal fikirli insanların təsiri altına düşməməsi və din xadimlərimizin bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün maarifləndirici tədbirlərin keçirilməsinə ehtiyac vardır. Bunu nəzərə alaraq müxtəlif rayonlarda dini icmaların nümayəndələri ilə görüşlər keçirilir və fikir mübadiləsi aparılır.
Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bildirib ki, milli adət-ənənələrimizin, dinimizin yad ünsürlərdən qorunması istiqamətində fəaliyyət daha da gücləndirilməlidir. O, qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətləri qanun vasitəsilə nizamlanır. Konstitusiyamızda dini azadlıqla bağlı müddəalar heç də dünyanın ən inkişaf etmiş ölkələrindəkindən geri qalmır. Bizim milli-mənəvi dəyərlərimiz arasında İslam dini xüsusi əhəmiyyətə malikdir və bu mütərəqqi dinin düzgün təbliği prioritet məsələlərdəndir.
Mübariz Qurbanlı vurğulayıb ki, bu gün ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir. Prezident İlham Əliyevin qayğısı ilə ölkədə yeni məscidlər tikilir, dini abidələrimiz bərpa olunur. Bu isə dövlətin dinə olan münasibətinin bariz nümunəsidir.
Komitə sədri son vaxtlar dünyada qeyri-ənənəvi cərəyanların din adından istifadə etməklə öz ideologiyalarını yaymağa çalışmalarından və siyasi məqsədləri üçün istifadə etməyə çalışmalarından söz açaraq bunun qarşısının alınması məqsədilə dini icmaların fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyinə toxunub.
DQİDK-nın sədri ölkədə dini təhsil məsələsinə toxunaraq bunun “Dini etiqad azadlığı haqqında” qanunla tənzimləndiyini qeyd edib. O, deyib ki, qanunda da vurğulandığı kimi, dini təhsil verən insanların mütləq ölkədə dini təhsil almış və səlahiyyət sahibləri olması vacibdir.
Sonda dini icmaların nümayəndələri ilə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41

