Akademik Kamal Abdullayev alimlərlə görüşüb
09.09.2014 [09:37]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, akademik Kamal Abdullayev Azərbaycanın bir qrup alimi ilə görüşüb.
Fondun informasiya təminatı sektorundan AzərTAc-a bildiriblər ki, görüşdə Bilik Fondunun “İlboyu bilik” layihəsi müzakirə edilib. Bilik Fondunun missiyası haqqında alimlərə məlumat verən K.Abdullayev “İlboyu bilik” layihəsinin məqsədi və hədəfləri barədə danışıb. O deyib: “Bu layihə Prezident İlham Əliyevin gənclərimizə himayəçilik etmələri üçün alimlərimizə verdiyi daha bir imkandır. Hər birinizin iştirakı ilə biz bilik cəbhəsində uğurlar qazanacağıq. Mühazirələrdə gənclərlə yanaşı, yerli ziyalılar da iştirak edəcək və layihə o vaxt uğurlu sayılacaq ki, bölgə ziyalıları paytaxt məktəblərində mühazirələr oxuyacaqlar”.
Qeyd olunub ki, sentyabrın 15-də “İlboyu bilik” layihəsi çərçivəsində alimlərimiz, xarici ölkələrin Azərbaycandakı səfirləri müxtəlif rayonlardakı 70-dən çox məktəbdə “Azərbaycan bu gün və sabah” mövzusunda mühazirələr oxuyacaqlar.
Görüşdə müxtəlif elm sahələrini təmsil edən alimlər layihə ilə bağlı arzu və təkliflərini səsləndiriblər.
Akademik Tofiq Hacıyev layihəyə cəlb olunduğuna görə təşəkkürünü bildirib və bölgələrdə maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini vurğulayıb. O deyib: “Kamal müəllimin rəhbərliyi ilə həyata keçirilən işlərin uğurlu nəticələrinin dəfələrlə şahidi olmuşam. İnanıram ki, Bilik Fondu ölkə əhalisinin maarifləndirilməsində əhəmiyyətli rol oynayacaq”.
Professor Yusif Məmmədov təkliflə çıxış edib: “Növbəti mərhələlərdə yerlərdə sorğular vasitəsilə sosial sifarişi müəyyənləşdirsək, daha səmərəli nəticələr əldə edə bilərik”. Alim həmçinin bildirib ki, layihə bitəndən sonra monitorinqlərin aparılması mühazirələrin effektini dəyərləndirməyə imkan verəcək.
Sosioloq alim Əhməd Qəşəmoğlu Bilik Fondunun maarifçiliyə yönəlmiş bütün layihələrində həvəslə iştirak edəcəyini bildirib, alimlərin rayonlarda, ucqar kəndlərdə yerli əhali ilə görüşlərinin cəmiyyətin inkişafına böyük təkan olacağını söyləyib.
General-mayor Kamil Məmmədov “İlboyu bilik” layihəsinin gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsində müstəsna rol oynayacağına əminliyini ifadə edib. “Alimlər bütün mühazirələrində vətənsevərliyi və azərbaycançılığı prioritet kimi götürməlidirlər”.
Sonda alimlərin dərs deyəcəyi şəhər, qəsəbə və kənd məktəblərinin siyahısı elan olunub. Tədbirdə iştirak edən müxtəlif universitetlərin tələbə-könüllülərinə müvafiq tapşırıqlar verilib.
“İlboyu bilik” layihəsinin digər proqramının - “Qardaşlaşmış məktəblər”in icrasına sentyabrın 8-dən başlanıb. Proqramın ilkin mərhələsində Azərbaycanın müxtəlif rayonlarında yerləşən 20 məktəb qardaşlaşacaq.
Bununla yanaşı, Bilik Fondu “Dini abidələrdə tarixin izləri”, “Auditoriya+”, “Ustad və şəyird “, “Docendo discimus”, “Yaradıcılıq fakültələri”, “Epizod”, “Məscidlərdə kitabxana”, “Azərbaycan elmi xaricdə”, “Dünya elmi Azərbaycanda” layihələrini həyata keçirir.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23

