Bakıda Qara Dəniz Ölkələrinin Yayım Tənzimləyici Orqanları Forumunun beşinci iclası keçirilib
11.09.2014 [09:48]
Sentyabrın 10-da Bakıda Qara Dəniz Ölkələrinin Yayım Tənzimləyici Orqanları Forumunun beşinci iclası keçirilib.
AzərTAc xəbər verir ki, 12 üzv ölkənin nümayəndələrinin iştirak etdikləri Forumun iclasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli çıxış edərək bir il ərzində Azərbaycanın quruma rəhbərlik edəcəyini deyib. Sədr elektron media üzrə tənzimləyici qurumun əsas missiyasının qarşılıqlı təcrübə mübadiləsi çərçivəsində əməkdaşlıq etmək olduğunu bildirib.
N.Məhərrəmli Forumda əsasən media maarifləndirilməsi ilə bağlı məsələlərin müzakirə olunacağını söyləyib. O deyib ki, indiki dövrdə medianın rolu getdikcə daha da artır. Həm cəmiyyətin, həm də dövlətin qarşısında medianın məsuliyyəti artdıqca medianı tənzimləyən orqanların da məsuliyyəti artır. Bizim həm ikitərəfli, həm çoxtərəfli, həm də beynəlxalq formatda görüşlərə ehtiyacımız var. Buna görə də bu cür müzakirələri mütəmadi olaraq aparırıq. Bu görüşdə medianın maarifləndirilməsi ilə bağlı aparılan müzakirələr bizə gələcək işlərimizdə kömək edəcək. Forumun əsas məqsədi də ölkələr arasında təcrübə mübadiləsi aparmaq, mövcud problemləri dialoq şəklində həll etməkdən ibarətdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev tədbirdə çıxış edərək elektron media sahəsində region ölkələri ilə və digər dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın müsbət nəticələrindən danışıb. O, Azərbaycanda elektron media sahəsində mühüm uğurlar əldə edildiyini, bununla bağlı ölkəmizdə dünya təcrübəsinin müxtəlif nailiyyətlərinin tətbiq olunduğunu bildirib.
Ərəstun Mehdiyev Forum çərçivəsində tərəfdaş ölkələrlə münasibətlərin, aparılan təcrübə mübadiləsinin önəmini qeyd edib. İclasın əhəmiyyətindən danışan Prezident Administrasiyasının rəsmisi deyib ki, bu toplantıda fikir mübadiləsinin aparılması həm elektron medianın inkişafına öz töhfəsini verəcək, həm də ölkələrimiz arasında ümumi münasibətlərin inkişafına təkan olacaq.
Qara Dəniz Ölkələrinin Yayım Tənzimləyici Orqanları Forumunun baş katibi Hamit Ersoy hər il bütün üzv ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən toplantıların əhəmiyyətini vurğulayıb. O, Forumun 5 illik fəaliyyəti haqqında kitab hazırlandığını qeyd edib.
Daha sonra iclas iştirakçıları “Media maarifləndirməsi” mövzusunda müzakirələr aparıblar.
Tədbirdə təcrübə mübadiləsi ilə bağlı təqdimat da olub.
Xatırladaq ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin yayım tənzimləyici orqanları 2008-ci ilin iyununda qurumun İstanbuldakı baş qərargahında toplanıb və burada Qara Dəniz Ölkələrinin Yayım Tənzimləyici Orqanları Forumunun yaradılmasını elan edən birgə bəyannamə qəbul edilib.
Gələcək əməkdaşlığın və yayım sektorunda əsas məsələlərin müzakirəsi üçün hər il Forumun bir üzvünün dəvəti ilə iclas keçirir.
Xəbər lenti
Hamısına baxSosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41

