/ / Bahar Muradova: Avropa Parlamentinin qətnaməsi Azərbaycana qarşı “qara piar”ın tərkib hissəsidir
Bahar Muradova: Avropa Parlamentinin qətnaməsi Azərbaycana qarşı “qara piar”ın tərkib hissəsidir
20.09.2014 [10:30]
“Avropa Parlamentinin (AP) qəbul etdiyi qətnaməni birtərəfli, qərəzli, qeyri-obyektiv və Azərbaycana qarşı “qara piar”ın tərkib hissəsi hesab edirəm”. Bu barədə Trend-ə Milli Məclis sədrinin müavini Bahar Muradova AP-nin Azərbaycanda insan hüquqlarına dair qəbul etdiyi qətnamə ilə bağlı deyib.
Vitse-spiker AP kimi nüfuzlu təşkilatın belə bir sənəd qəbul etməsini yolverilməz adlandırıb: “Mən təəssüf edirəm ki, AP-nin bir qrup deputatı növbəti dəfə Azərbaycandakı demokratiyanın vəziyyətinə dair ciddi şəkildə “narahat olublar” və təcili şəkildə belə bir qətnamənin qəbulunu vacib biliblər. Bunun hansı dairələrə lazım olduğu onlara daha çox bəllidir. Amma biz də az-çox təxmin edirik ki, Azərbaycana qarşı belə bir qətnamənin qəbulunda hansı dairələr maraqlıdırlar. Qətnamənin mətni, orada göstərilən “faktlar” haqqında heç nə demək istəmirəm. Orada Azərbaycan ictimaiyyətindən adıçəkilən şəxslər, onların fəaliyyəti, Azərbaycandakı nüfuzu, imici bizə bəllidir. Onların arasında Azərbaycanın milli maraqlarının əleyhinə, ziyanlı fəaliyyətlə məşğul olanlar var. Onlar AP kimi mötəbər və beynəlxalq qurumla rəsmi əlaqələri olan bir dövlətlə - Azərbaycanla olan münasibətlərini, bu günədək keçilmiş yolu, əldə edilmiş nailiyyətləri, perspektivdə bizi gözləyən çox pozitiv məqamların heç birini bura salmağı lazım bilməyiblər. Qətnamə ayrı-ayrı fərdlərin hüquqi tarixçələrini siyasi aspektdən istifadə etmə xarakteri daşıyır. Bu da təbii ki, yolverilməzdir. Çünki belə bir təşkilat bu cür sənədləri qəbul edərkən balanslı yanaşma, ən azından bitərəf, obyektiv olduğunu göstərməlidir. Bu sənədin məzmunundan, orada əksini tapan məsələlərdən aydın şəkildə görünür ki, bunların heç biri gözlənilməyib. Görünür, kimlərəsə növbəti dəfə Azərbaycana qarşı “qaralama kampaniyası” çərçivəsində belə bir üsuldan istifadə etmək lazım gəlib”.
B.Muradova qeyd edib ki, Azərbaycanın bərabərhüquqlu üzvü olduğu AŞ, AŞ PA, ATƏT və digər beynəlxalq təşkilatlar və qurumlarda daim belə məsələləri gündəmə gətirməyə çalışıblar. Lakin Azərbaycanın iştirakı ilə çoxsaylı müzakirələr keçirilib və nəticədə heç də Azərbaycandakı vəziyyətin bu sənədlərdə göstərilənlərlə adekvat olmadığı və müsbət mənada tam fərqli olduğu qəbul olunub. İndi isə həmin qurumlardakı bəd niyyətlərini həyata keçirə bilməyən qruplar bu dəfə ağırlıq mərkəzini AP-yə köçürüblər: “Hətta orada çıxış edənlərin arasında müsbət fikirlər söyləyənlər olubsa da, onları nəzərə almayıblar. Bu qətnaməni birtərəfli, qərəzli, qeyri-obyektiv və Azərbaycana qarşı “qara piar”ın tərkib hissəsi hesab edirəm. Bunlar “Azərbaycanda ayrı-ayrı şəxslərin hüquqları pozulur” deyə dünyaya car çəkirlər, amma Avropanın özündə bütün millətlərin, xalqların, miqrantların hüquqları pozulur, hüquqazidd hərəkətlər baş verir, fəaliyyətlər, ifadə azadlığı məhdudlaşdırılır. Avropa və ABŞ-da fəaliyyət göstərən elə həmin QHT-lərin bir çoxu məhz onların özündə mövcud olan qanunların tələblərinə uyğun bir sıra məhdudiyyətlərə məruz qalırlar. Mən çox istərdim ki, bizim avropalı həmkarlarımız Avropa regionuna daxil olan ölkələrdəki ümumi durumu müzakirə edəydilər və müqayisəli şəkildə qiymət verəydilər. Ayrıca bir ölkədə 3-4 məsələni götürüb yalnız o prizmadan bu ölkəyə münasibət sərgiləməyə nə var ki?! Ona görə də mən burada həm erməni lobbisi, həm türk düşmənçiliyi, həm İslamofobiya, həm də başqa mədəniyyətləri qəbul etməməzlik və dözümsüzlük əlamətləri görürəm. Bundan əlavə, görünür, Azərbaycanın davamlı inkişaf yolunda olması, istər Dağlıq Qarabağ problemi, istərsə enerji məsələlərində, istərsə də regional maraqların toqquşması prosesində müstəqil iradə ortaya qoyması, müstəqil siyasət yeritməsi, heç kimin dediyi ilə oturub-durmaması bir sıra dairələri qıcıqlandırır və onlar da bu şəkildə öz düşmənçiliklərini büruzə verirlər”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

