Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə bağlı elmi-praktiki konfrans keçirilib
30.09.2014 [09:19]
Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Naxçıvan Muxtar Respublikası 90: innovativ, davamlı inkişaf modeli” mövzusunda elmi-praktiki konfrans keçirilib.
AzərTAc xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 14 yanvar tarixli Sərəncamının icrasını rəhbər tutaraq təşkil olunub.
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov konfransı açaraq Azərbaycanın keçdiyi inkişaf yolundan, ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlardan, qədim tarixə malik Naxçıvanın müstəqil Azərbaycan Respublikasının qurulmasında və inkişafında oynadığı roldan danışıb. Rektor qeyd edib ki, Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda, şərəfli yol qət edib.
Sonra Naxçıvanın 90 illik tarixi, muxtar respublikanın inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunub.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov tədbirdə “Naxçıvan 90: mədəni, iqtisadi sosial dirçəliş” mövzusunda məruzə ilə çıxış edib. F.Heydərov bildirib ki, çoxəsrlik dövlətçilik ənənələri olan Naxçıvan həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşadıb, yetirdiyi çoxlu sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatına əvəzsiz töhfələr verib. Naxçıvan, eyni zamanda, Azərbaycan xalqına böyük şəxsiyyət, Ulu öndər Heydər Əliyevi bəxş edib.
Naxçıvanın müasir inkişafının Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən F.Heydərov vurğulayıb ki, Ümummilli lider fəaliyyətinin bütün dövrlərində Naxçıvana diqqət və qayğısını əsirgəməyib. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan çox böyük uğurlar əldə edib. Buraya təbii ki, Naxçıvanın da dinamik inkişafını əlavə etmək lazımdır. F.Heydərov muxtar respublikanın sənaye, ixrac potensialından, həyata keçirilən uğurlu infrastruktur layihələrindən söhbət açıb.
“Azərbaycan dövlətçiliyinin tarixində Naxçıvanın muxtariyyətinin rolu” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası tarixən çox mürəkkəb və kəşməkəşli inkişaf yolu keçib. Tarix boyu Naxçıvan müxtəlif imperiyaların maraq dairəsində olsa da, heç bir işğalçı ordu naxçıvanlıların iradəsini qıra bilməyib. Ölkəmizin dövlətçilik tarixində mühüm rol oynayan Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-cı illərində Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə mühüm mərhələ təşkil edib. Muxtariyyət statusu bölgənin tarixi taleyində əhəmiyyətli rol oynayıb, təhlükəsizliyin təmin olunmasında vacib amil kimi çıxış edib.
Bildirilib ki, Naxçıvan gündən-günə gözəlləşir, abadlaşır, inkişaf edir, müasir şəhərə çevrilir. Naxçıvan Şərq ağırlıqlı Qərb düşüncə və mədəniyyətini özündə əks etdirən bir diyardır.
Konfransda, həmçinin AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik, Milli Məclisin deputatı İsmayıl Hacıyev “Naxçıvanın muxtariyyət statusu”, Dövlət İdarəçilik Akademiyasının elmi təşkilat şöbəsinin müdiri Rəcəb Rəhimli “Naxçıvan Muxtar Respublikasının səmərəli idarəçilik sistemi davamlı inkişafın təminatçısıdır”, Milli Məclisin deputatı, DİA-nın beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının professoru Musa Qasımlı “Naxçıvanlıların ərazi bütövlüyü uğrunda mübarizəsi (1918-1920)” mövzularında məruzələrlə çıxış ediblər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09

