Sahibə Qafarova: Ermənistan monoetnik ölkə olaraq qalır
01.10.2014 [09:37]
“Neonasizm Avropada geniş vüsət almaqdadır. Əsas xüsusiyyətləri təcavüzkar milliyyətçilik və irqçilik olmaqla o, beynəlxalq hüququn təməl normaları və prinsiplərinin ciddi pozuntularına gətirib çıxarır, nəticədə bəşəriyyət dağıdıcı müharibələr, təcavüzkarlıq və etnik təmizləmələrdən əziyyət çəkir”. Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının sessiyası çərçivəsində dünən keçirilən “Neonasizm təzahürləri ilə mübarizə” mövzusunda müzakirələrdə çıxış edən Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü, AŞPA-nın rasizm və ksenofobiya alt komitəsinin sədri Sahibə Qafarova səsləndirib.
Qeyd edək ki, bu çıxışdan əvvəl Ermənistan nümayəndə heyətinin üzvü Naira Zöhrabyan çıxış edərək ölkəmizlə bağlı qeyri-obyektiv, həqiqətdən uzaq ittihamlar səsləndirib. Sahibə Qafarova isə çıxışında Zöhrabyanın ittihamlarına cavab olaraq vurğulayıb ki, dünyada ən dəhşətli etnik təmizləmələrdən biri Ermənistan tərəfindən 1 milyon azərbaycanlıya qarşı həyata keçirilib. Onun sözlərinə görə, 20 ildən çoxdur ki, bu ölkə Azərbaycan ərazisinin 20 faizini zəbt etməklə onun ərazi bütövlüyünə qəsd edib: “Sözügedən siyasət nəticəsində indiki Ermənistan və işğal olunmuş Azərbaycan ərazilərində bir nəfər də olsun azərbaycanlı yaşamır və indi yaşadığımız XXI əsrdə Ermənistan monoetnik ölkə olaraq qalır”.
Daha sonra Sahibə Qafarova N.Zöhrabyanın hər sessiyada Azərbaycan haqqında yalan fikirlər səsləndirdiyini xatırladaq vurğulayıb ki, Azərbaycanda əsrlərlə tolerantlıq və multikulturalizm mövcud olub. Ölkəmizdə müxtəlif dinlərin və millətlərin nümayəndələri dinc yanaşı yaşamaqdadır: “Bu gün Azərbaycanın ruslar, ukraynalılar, gürcülər və ermənilərdən ibarət olan xristian icması yerli müsəlman icması ilə bərabər hüquqlardan yararlanır. Bir neçə ay öncə ölkə Prezidentinin Fərmanı ilə Azərbaycanda Bakı Beynəlxalq Multikulturalizm mərkəzi təsis edilmişdir. Bu addım multikulturalizm sahəsində ölkədə əsrlərdən bəri toplanmış böyük tarixi təcrübəyə qayğı zərurətindən qaynaqlanır. Həmçinin, bir neçə gün sonra Bakı IV humanitar foruma ev sahibliyi edəcək və multikulturalizm tədbirin əsas müzakirə obyektlərindən olacaqdır”.
Sonda S.Qafarova bir daha vurğulayıb ki, müasir dünyada tolerantlıq və multikulturalizmə praktiki olaraq heç bir alternativ yoxdur: “İnanıram ki, hamımızın ümumi məkanı olan Avropada bunu gerçəkləşdirə bilərik”.
Xəbər lenti
Hamısına baxSosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50

