Eldar İbrahimov: Yararsız torpaqlar icarəyə verilə bilər
11.10.2014 [10:52]
Bir müddət öncə kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə açıqlamasında Azərbaycanın bəzi ərazilərindəki torpaqların bir hissəsinin Rusiyaya icarəyə verilməsi məsələsinin gündəmdə olduğunu bildirmişdi.
Nazirin bu sözü jurnalistlər tərəfindən torpaqların Rusiyaya verilməsi kimi anlaşılıb. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Modern.az-a açıqlamasında məsələni belə şərh edib: “Bu məsələdən indi xəbər tutmuşam. Əvvəla, Heydər Əsədov kənd təsərrüfatı naziri kimi çox təcrübəli və ağıllı insandır. Onun fikri, sadəcə olaraq, jurnalistlər tərəfindən düzgün anlaşılmayıb. Mən məsələdən xəbərdar olandan sonra Heydər Əsədovun çıxışına qulaq asdım. Çıxışını izləyəndən sonra o qənaətə gəldim ki, məsələ heç də jurnalistlərimizin qeyd etdiyi kimi deyil. Bir sözlə, Heydər Əsədovun açıqlaması yanlış anlaşılıb. Öncə torpağın icarəyə verilməsinin hansı anlam daşıdığına diqqət edək. İcarəyə verməyin özü müvəqqəti bir haldır. Burada icarə müqaviləsi bağlanır. O müqavilədə göstərilir ki, torpaq müəyyən müddətə icarəyə verilir. Bu sistem dünyanın hər yerində var. Məndə olan məlumata görə, Azərbaycanın iş adamları Rusiyada, Belarusda və bir çox yerlərdə 100 hektarlarla torpaq icarəyə götürüb, becəriblər. Bu, torpaqları kiməsə vermək kimi başa düşülməməlidir. Bunu siyasiləşdirməyə ehtiyac yoxdur. Ölkələr bir-biri ilə müqavilə bağlayıb, torpaqlar icarəyə götürür. Bir daha demək istəyirəm ki, torpağı becərirlər, kənd təsərrüfatı məhsulları istehsal edirlər. Tutaq ki, bu kənd təsərrüfatı məhsulunun satışı da razılaşma yolu ilə həll edilir. O fikirlə razı deyiləm ki, kimsə deyə ki, “biz torpağı Rusiyaya veririk”. Torpaqları heç kəs Rusiyaya vermir. Birgə müəssisə yaradıb işlədə bilərlər. Hamımız birmənalı şəkildə başa düşməliyik ki, icarə müqaviləsi müəyyən müddət üçün nəzərdə tutulur”.
Eldar İbrahimovun sözlərinə görə, iki dövlət arasında bağlanan icarə müqaviləsi pozula da bilər.
“Bizim azərbaycanlı iş adamlarımız Rusiyada, Belarusda torpaqları icarəyə necə götürüblər? Belə çıxır ki, Azərbaycan Rusiya, Belarus torpaqlarını alıb, yoxsa onlar torpaqlarını azərbaycanlılara satıb?! Bunu bu formada siyasiləşdirməyə ehtiyac yoxdur. Rusiya öz bazarlarını bizim üzümüzə açıb.
Onu da deyim ki, Heydər Əsədov o torpaqların icarəyə verilməsini rəva görür ki, onlar yararsız, şoranlaşmış torpaqlardır. Həmin torpaqlarda çoxlu iş aparılmalı, sərmayə qoyulmalıdır. Torpağa investisiya qoyub, yararlı edəcəklərsə, bunun nəyi pisdir. Əkək, becərək, bir yerdə də məhsul götürək və bir yerdə də məhsulu bölək. Burada qəbahətli heç nə yoxdur. Heydər Əsədovun fikirlərinə don geyindirmək lazım deyil. Rusiyanın o qədər torpaqları var ki, ruslar heç öz torpaqlarını becərə bilmirlər. Heydər Əsədovun fikri odur ki, yararsız torpaqlarımızı yararlı etmək şərti ilə bu torpaqlar icarəyə verilə bilər”.
Sonda müsahibimiz onu da bildirib ki, artıq Rusiya ilə Azərbaycan arasında torpaqlarla bağlı delimitasiya prosesi başa çatıb: “Bundan sonra Azərbaycanın hər hansı bir ərazisi nə Rusiyaya verilə bilər, nə də, əksinə. Bunu birdəfəlik bilməmiz lazımdır”.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

