/ / Regionda sülh və təhlükəsizlik üçün ən böyük təhdid Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzüdür
Regionda sülh və təhlükəsizlik üçün ən böyük təhdid Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzüdür
27.11.2014 [09:43]
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Stokholm Sülh Araşdırmalar İnstitutunda etdiyi çıxışa şərh verib.
H.Hacıyev deyib ki, uğursuz daxili və xarici siyasətə görə öz ölkəsinin ictimaiyyəti qarşısında tamamilə nüfuzunu itirən, beynəlxalq aləmdə isə qeyri-ciddi və etibarsız bir tərəf kimi qəbul edilən Ermənistan rejimi xarici işlər naziri E.Nalbandyanın timsalında yalan və böhtanlarla özünə bəraət qazandırmağa çalışır.
Regionda sülh və təhlükəsizlik üçün ən böyük təhdid Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Ermənistanın hərbi diktatura rejiminin militarist siyasətidir.
Digər dövlətə qarşı hərbi təcavüz və etnik təmizləmə, insanlığa qarşı cinayət, o cümlədən Xocalı faciəsini törədən, dövlət səviyyəsində terror həyata keçirən bir dövlətin - Ermənistanın sülhdən danışmağa və özünü sivil dövlət adlandırmağa heç bir əsasla haqqı yoxdur. Azərbaycana qarşı törətdiyi işğal və təcavüzə görə Ermənistan BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri əsasında bilavasitə məsuliyyət daşıyır.
Münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olması haqqında yalan bəyanatlar verən Ermənistan öz silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması istiqamətində heç bir addım atmır, əksinə Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə və Vyana sənədində nəzərdə tutulmuş öhdəliklərinə zidd olaraq, işğal edilmiş ərazilərdə gizli şəkildə hərbi texnika və şəxsi heyətin cəmləşdirilməsini aparır. 47 min nəfər şəxsi heyət və 3 mindən artıq hərbi texnikanın iştirakı ilə keçirilmiş hərbi təlim bunun daha bir sübutu idi.
Səbəb və nəticə kimi fəlsəfi-məntiqi kateqoriyaların yəqin ki, fərqində olmayan Ermənistan xarici işlər naziri yalnız bəhanələrdən danışmağa üstünlük verir. Səbəb-nəticə kateqoriyalarına əsasən Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğuna görə cəbhədə snayperlər var və hərbi insidentlər baş verir. Ermənistanın işğalı aradan qaldıracağı halda isə snayperlərə ehtiyac qalmayacaq və hərbi insidentlər baş verməyəcək.
Danışıqlar prosesində Azərbaycanın mövqeyi həmişə aydın və qəti olub. Ermənistandan fərqli olaraq, Azərbaycanın mövqeyi BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə və Helsinki Yekun Aktına əsaslanır. Danışıqlar prosesinin mahiyyəti də ondan ibarətdir ki, beynəlxalq hüquq əsasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunsun. Danışıqlar imitasiyası yaradan, öhdəlik verən və sonra ondan qaçan və ümumiyyətlə, danışıqlara kriminal dairələrə məxsus “qumar oyunu” kimi baxan məhz Ermənistandır.
BMT Nizamnaməsinə əsasən özünü müdafiə hüququ olan Azərbaycanın davamlı surətdə artan iqtisadi göstəricilərinə və ümumi daxili məhsulun nisbətinə görə hərbi büdcəsini də artırmaq hüququ var. Ümumi daxili məhsulun 4.5 faizi nisbətində vəsaitin hərbi xərclərə sərf edilməsi Ermənistan kimi yoxsul ölkənin nə dərəcədə hərbiləşməsindən xəbər verir. Əhalisinin 40 faizindən artığı yoxsulluq şəraitində yaşayan, iqtisadi-sosial problemlərə görə kütləvi miqrasiya ilə üzləşən və xarici borcu ümumi daxili məhsulunu bir neçə dəfə üstələyən Ermənistan üçün bu, milli fəlakətdir.
Hərbi ritorikadan danışan Ermənistan xarici işlər naziri yenə də öz ölkəsinin prezidentinin erməni gənclərini qonşu dövlətlərlə gələcək müharibəyə səsləyən çıxışını, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan ərazisinin daha 20 faizinin işğal ediləcəyi və Azərbaycanın mülki obyektlərinə qarşı ballistik raketlərdən istifadə olunacağı barədə açıqlamalarını yəqin ki, yenə unudur.
Xocalı faciəsinin törədilməsində iştirak etmiş Ermənistanın hərbi diktatura rejimi imkanı olsaydı, bu əməllərdən də çəkinməzdi. Amma Azərbaycan silahlı qüvvələrinin qüdrəti qarşısında öz imkanlarını dərk edərək, yalnız böhtan və yalanlarla məhdudlaşır. Guya “xüsusi əməliyyat”ın keçirilməsi barədə düzəldilmiş teatr səhnəsi də Ermənistan rejiminin acizliyinin və cəmiyyətdə itirilmiş nüfuzunun bərpasına yönəlmiş bir uğursuz cəhd idi.
Ölkənin dərinləşən fəlakətinin müqabilində Ermənistan rejimi daşıdığı məsuliyyəti dərk etməli, nəhayət, yalan və özünü aldatmadan əl çəkməli, münaqişənin həllində real addımlar atmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

