Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Biz gözdən əlil vətəndaşlara xüsusi həssaslıqla yanaşmalı və onları başa düşməliyik”

“Biz gözdən əlil vətəndaşlara xüsusi həssaslıqla yanaşmalı və onları başa düşməliyik”

03.12.2014 [09:52]

“Bu, çox mühüm tədbirdir. Biz gözdən əlil vətəndaşlara xüsusi həssaslıqla yanaşmalı və onları başa düşməliyik. Bu konfransın keçirilməsi düzgün qərardır və gələcəkdə belə tədbirlərin keçirilməsini məqsədəuyğun hesab edirəm”.
Bu sözləri “Görmə qüsurlu şəxslərin dərc olunmuş əsərlərə əlyetərliliyinin müəllif-hüquq problemləri” mövzusunda Beynəlxalq konfransın işində iştirak etmiş Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov AzərTAc-a eksklüziv müsahibəsində deyib.
S.Novruzov qeyd edib ki, konfransın beynəlxalq statusunu nəzərə alaraq orada xarici ekspertlərin də iştirakı təmin edilib. S.Novruzov müsahibəsinin sonunda deyib: “Belə konfrans bu sahədə beynəlxalq təcrübəni öyrənməyimizə imkan verir. Xarici ekspertlərin rəyi dinlənilib. Onlar gözdən əlillər üçün problemlərin həlli sahəsində öz təcrübələrini bölüşüb, rəylərini bildiriblər. Bundan başqa, aidiyyəti nazirliklərin nümayəndələri tədbirdə bu sahədə görülmüş işlər barədə məruzələrlə çıxış ediblər. Belə hesab edirəm ki, bu sahəyə aidiyyəti olan lazımi strukturlar gözdən əlillərin hüquqlarına dair qanunların təkmilləşdirilməsi istiqamətində dəyişikliklər edilməsi barədə Milli Məclisin müvafiq komitələrinə öz təkliflərini verməlidirlər”.

Paylaş:
Baxılıb: 768 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31