/ / Əli Əhmədov: Ulu öndər Heydər Əliyevin ideyaları milli iradənin ifadəsi, milli özünüdərkin fundamental əsası kimi qəbul olunur
Əli Əhmədov: Ulu öndər Heydər Əliyevin ideyaları milli iradənin ifadəsi, milli özünüdərkin fundamental əsası kimi qəbul olunur
11.12.2014 [10:26]
“Azərbaycan xalqının Heydər Əliyev kimi lider yetişdirməsi fenomenal hadisədir. Heç bir xalq milli qürur mənbəyinə çevrilmiş övladını unuda bilməz. Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi böyük oğlu Heydər Əliyev milli düşüncəmizin tərkib hissəsi, Azərbaycanın inkişafına işıq saçan əbədi bir mayakdır”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.
Əli Əhmədov bildirib ki, Heydər Əliyev fenomeni bütün dövrlər və nəsillər üçün əbədilik statusunu qazanıb desək, yəqin səhvə yol vermərik. Onun sözlərinə görə, Azərbaycan tarixinin Heydər Əliyev dövrü təkcə sürətli inkişaf, yüksəliş anlayışları ilə səciyyələnmir. Bu, daha çox mahiyyətcə yeni dövrün, yeni tarixin formalaşması anlamına uyğun gəlir.
“Heydər Əliyev Azərbaycanın qədim və çoxəsrlik tarixinin yeni dövrünü, daha dəqiq desək, Azərbaycanın yeni tarixini yaradıb. Və heç şübhəsiz, bu dövrə, bu tarixə Heydər Əliyevin adı birdəfəlik həkk olunub. Onu da ayrıca vurğulamaq ədalətli olardı ki, Heydər Əliyev zamanın gərdişinin meydana çıxardığı və bu səbəbdən tarixilik statusu qazanmış lider olmamışdır. Onun tarixi rolu və xidmətləri daha çox, bəlkə də belə demək doğru olar ki, müstəsna halda qeyri-adi istedadı və liderlik energetikası ilə əlaqədardır. Tarix isə dahi insanları unutmur. İnsanlar Heydər Əliyevi ona görə unutmurlar ki, onların həyatında baş vermiş müsbət dəyişikliklər məhz Ulu öndərin adı, müəyyən etdiyi siyasətlə birbaşa bağlıdır. Heydər Əliyev hər bir azərbaycanlı üçün onun fərdi həyatını dəyişdirən dahi şəxsiyyət olaraq qavranılır və dəyərləndirilir. Heydər Əliyev həm də ona görə yaşayır və daim yaşayacaq ki, O, həmişə ən möhkəm tellərlə xalqa bağlı olub, xalqla nəfəs alıb, güc və qüdrət mənbəyi xalq olub. Sağlığında hər bir azərbaycanlı Heydər Əliyevdə öz istəklərinin, arzularının ifadəsini görüb. İndi isə Ulu öndərin ideyaları milli iradənin ifadəsi, milli özünüdərkin fundamental əsası kimi qəbul olunur. Heydər Əliyev böyük bir dövrdür. İnanıram ki, Azərbaycan tarixinin Heydər Əliyev dövrü uzun zaman davam edəcək. Bu inam Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin möhtəşəm uğurlarına, xalqın Prezidentə etimadının və dəstəyinin böyüklüyünə istinad edir”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20

