/ / Beynəlxalq Atçılıq Federasiyası Baş Assambleyasının iştirakçıları Heydər Əliyev Mərkəzində olublar
Beynəlxalq Atçılıq Federasiyası Baş Assambleyasının iştirakçıları Heydər Əliyev Mərkəzində olublar
16.12.2014 [10:04]
Beynəlxalq Atçılıq Federasiyası (FEI) Baş Assambleyasının iştirakçıları Heydər Əliyev Mərkəzində olublar.
Azərbaycan Atçılıq Federasiyasından AzərTAc-a daxil olan məlumata görə, qonaqlara bildirilib ki, Mərkəzin fəaliyyəti Ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və böyük liderin irsinin geniş tədqiqinə yönəlib. Binası nadir memarlıq nümunələrindən biri olan Mərkəz Azərbaycan tarixi və mədəniyyətinin dünyada təbliği ilə yanaşı, elm, təhsil, iqtisadiyyat və digər sahələrdə araşdırmaların, müxtəlif beynəlxalq konfransların, tədbirlərin ünvanı kimi də tanınıb.
Qonaqlar Heydər Əliyev Muzeyi, eləcə də “Azərbaycan inciləri: tarixin axarında”, “Mini Azərbaycan” sərgi zalları ilə yaxından maraqlanıb, həmçinin hazırda Mərkəzdə nümayiş etdirilən Bernar Buffenin fərdi sərgisi və “Fly to Baku. Müasir Azərbaycan incəsənəti” sərgisi ilə də tanış olublar.
Heydər Əliyev Mərkəzinin binasının qeyri-adi arxitekturasına və burada Azərbaycan və dünya mədəniyyətinin tanıdılması baxımından təqdim olunan ekspozisiyalara heyran qaldıqlarını bildirən qonaqlar təəssüratlarını bölüşüblər.
Harold Makqahern (İrlandiya Atçılıq Federasiyası): “Mən gördüklərimə heyran oldum! Heydər Əliyev Mərkəzinin binası öz bədii-memarlıq və mühəndislik həllinə görə həqiqətən unikaldır. Müasir texnologiyalar və Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı materiallar mənə sizin gözəl ölkəniz haqqında daha çox şey öyrənmək fürsəti verdi”.
Cozefina Findiq (İngiltərə Atçılıq Federasiyası): “Heydər Əliyev Mərkəzi haqqında çox eşitmişəm və bilirəm ki, bu il bina dizayn sahəsində dünyada ən yaxşı layihə hesab olunaraq, 2014-cü ilin “Design of the Year” mükafatına layiq görülüb. Amma bu gözəlliyi öz gözlərimlə görəndə məndə sadəcə heyranedici təəssürat yarandı. Burada insan özünü evindəki kimi rahat və sərbəst hiss edir. Ümumiyyətlə, Azərbaycan haqqında məndə ən xoş təəssüratlar yarandı - bura qədim tarixi və qonaqpərvər insanları olan gözəl ölkədir”.
Corc Diqneres (Yunanıstan Atçılıq Federasiyası): “Heydər Əliyev Mərkəzi Şərqlə Qərbin birləşdiyi Bakıya xüsusi gözəllik və cazibə verir. Məndə təkcə ekspozisiyalar xoş təsir yaratmadı, həm də ilk dəfə valehedici “Auditorium” gördüm”.
Mark Revyu (Belçika Atçılıq Federasiyası): “Mən Avropanın bir sıra şəhərlərində olmuşam və xeyli mərkəzlər görmüşəm, amma Heydər Əliyev Mərkəzi məndə binasının öz orijinal dizayn həlli ilə xüsusi təəssürat yaratdı. Demək olar ki, bir dənə də düz xətt yoxdur, binanın forması isə yuxarıya dalğavarı yönəlmə və torpaqla hamar birləşmədən ibarətdir. Bu, sadəcə fantastikdir!”.
Fransiska Ploqaromakes (Hollandiya Atçılıq Federasiyası): “Heydər Əliyev Mərkəzinə səfər yaddaşımda uzun müddət Azərbaycanın tarixinə çox maraqlı səyahət kimi qalacaq. Təkcə bir səfərlə nadir eksponatlar, maketlər, ölkənin tarixini və mədəni irsini əks etdirən fotoşəkillər, orta əsrlər dövrünün pulları, zərgərlik, gil və mis məmulatları, Quran, Bibliya və Tövratın qədim əlyazmaları, milli geyim nümunələri, gözəl xalılar və musiqi alətlərini görmək mümkün oldu. Mənim təəssüratlarım gözəldir!”.
Xatırladaq ki, dekabrın 11-14-də Bakıda Beynəlxalq Atçılıq Federasiyasının ali orqanı olan Baş Assambleyanın illik iclası keçirilib. İclasda Federasiyanın 350-dən çox nümayəndəsi və 110 ölkədən fəxri qonaqlar iştirak edib.
Qonaqların Bakı şəhəri ilə yaxından tanışlığı üçün şəhər turları təşkil olunub. Gəzintilər Xalça Muzeyini, Dövlət Bayrağı Meydanını, Heydər Əliyev Mərkəzini və Qala Tarixi Muzey Kompleksini əhatə edib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28

