/ / Media azadlığı insan heysiyyətinin və hüquqlarının manipulyasiya aləti kimi istifadə edilə bilməz
Media azadlığı insan heysiyyətinin və hüquqlarının manipulyasiya aləti kimi istifadə edilə bilməz
30.01.2015 [10:07]
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının yanvarın 29-da keçirilən iclasında xorvatiyalı deputat Gvozden Sreçko Fleqonun “Avropada media azadlığının qorunması” adlı məruzəsi geniş müzakirələrə səbəb oldu.
Müzakirələrdə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva deyib: “Dünya sürətlə dəyişir. Bununla yanaşı, bəzi dəyərlər və anlamlar, müəyyən hadisələrə münasibətlər də dəyişir. Bütün bu proseslərlə yanaşı, azadlıq anlamı da dəyişir. Azadlıq deyəndə biz imkanları nəzərdə tuturuq. Təəssüflər olsun ki, bu gün azadlıq prinsipləri müxtəlifdir. Son zamanlar söz azadlığı və din azadlığı arasında ziddiyyətlər var. Bu azadlıqların sərhədləri varmı?
Media azadlığı heç zaman terrorizmə, ekstremizmə aparmamalıdır. Media azadlığı informasiyanın auditoriyaya çatdırılması, baş verən proseslərə münasibət bildirilməsi imkanıdır. Hər bir dövlət bir neçə anlayışı özü üçün müəyyən etməli və bu kimi suallara yenidən cavab verməlidir: Azadlıq nədir? Tolerantlıq nədir? Cinayət nədir?
Mən fəxr edirəm ki, biz ölkəmizdə artıq bu suallara cavab vermişik və anlayışlar bizim üçün heç vaxt dəyişmir. Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynayır və bu sahəyə dövlət tərəfindən dəstək göstərilir. 1998-ci il avqust ayının 6-da Prezident Heydər Əliyevin imzaladığı xüsusi Sərəncamla Azərbaycanda mətbuat üzərindən senzura götürüldü. Həmçinin 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu, digər hüquqi-normativ aktların qəbulu həyata keçirilib. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası” kimi mühüm bir sənəd təsdiq olunub. Konsepsiyaya uyğun olaraq 2009-cu il mayın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan-qəzet və jurnal fəaliyyət göstərir. Lakin təəssüf ki, bəzən nailiyyətlərimizə göz yumulması, hansısa cinayət əməllərinə görə insanların həbs edilməsinin siyasiləşdirilməsi hallarına rast gəlirik. Jurnalist fəaliyyəti heç kimi məsuliyyətdən və ya məhkəmə istintaqından azad etmir. Demokratiya cəzasızlıq demək deyil. Jurnalistika insanlara, cəmiyyətin inkişafına xidmət göstərməli, heç bir zaman biznesə çevrilməməlidir. Şübhəsiz, media azadlığı demokratik cəmiyyətin göstəricisidir. Lakin qanun və etik normaların pozulması demokratiyanın tərkib hissəsinə çevrilə bilməz. Media azadlığı insan heysiyyətinin və hüquqlarının manipulyasiya aləti, təzyiq üsulu kimi istifadə oluna və müəyyən dairələrin maraqlarına xidmət edə bilməz”.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

