İstedadlı və yaradıcı gənclər mükafatlandırılıb
03.02.2015 [18:24]
Fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibətilə “Buta” sarayında istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, mərasimdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin deputatları, Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, müxtəlif sahələrdə fərqlənən gənclər və KİV təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan gəncliyindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov çıxış edərək bildirib ki, xalqımızın Ümummilli lideri Heydər Əliyev daim gənclərə qayğı göstərib, onların kamil şəxsiyyət kimi yetişmələrinə xüsusi diqqət yetirib. Nazir qeyd edib ki, Ulu öndərin Sərəncamı ilə Azərbaycan Gəncləri Gününün təsis edilməsindən artıq 18 il ötür. Bu illər dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğı, onların uğurları ilə yadda qalıb.
Diqqətə çatdırılıb ki, zamanın yeniləşən çağırışlarına uyğun olaraq Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti nəticəsində dövlətin gənclər siyasəti uğurla inkişaf edir, məzmunca zənginləşir və intensivləşir.
Ötən ilin işgüzar, səmərəli və uğurlu olduğunu deyən A.Rəhimov vurğulayıb ki, 2014-cü ildə ilk dəfə Azərbaycan Respublikası Prezidentinin Gənclər mükafatı təqdim edilib. Həmçinin ölkəmizdə Gənclər siyasəti üzrə I qlobal forum keçirilib. Foruma dünyanın 165 ölkəsindən 700-dən artıq iştirakçı qatılıb. Ötən il, eyni zamanda, gənclər sahəsində infrastruktur daha da genişlənib, gənclərə xidmət göstərən müəssisələrin sayı 31-ə çatıb. Bakının Xəzər, Suraxanı və Sabunçu rayonlarında, eləcə də Naxçıvan və Sumqayıt şəhərlərində, Beyləqanda “Gənclər ev”ləri istifadəyə verilib. Azərbaycanda ilk dəfə olaraq Daşkəsən rayonunda Gənclərin Təlim və İstirahət Mərkəzi inşa olunub. Ötən il ölkəmizdə 156 mötəbər, o cümlədən 34 beynəlxalq səviyyəli tədbir keçirilib.
Nazir vurğulayıb ki, cari ilin ilk günlərində Prezident İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiq edilib. A.Rəhimov deyib ki, bu sənədin əməli və rəmzi dəyəri çox yüksəkdir. Strategiya bizim bu günümüzü uzaq 2025-ci illə bağlayır, keçəcəyimiz yolun konturlarını göstərir və 10 il bundan sonrakı Azərbaycanın gənc vətəndaşlarını təsvir edir. Nazir gəncləri bu Strategiyanın reallaşdırılmasında fəal iştirak etməyə çağırıb.
Sonra gənclər üçün Prezident mükafatına layiq görülmüş şəxslər mükafatlandırılıblar. Dövlət gənclər siyasətinin əsas istiqamətləri kimi həyata keçirilmiş müxtəlif tədbirlərdə yüksək nəticə göstərənlər də Gənclər və İdman Nazirliyinin təsis etdiyi “Gənclər mükafatı” ilə təltif olunublar.
Daha sonra 2015-cü il üçün Azərbaycanın “Gənclər paytaxtı” elan olunub. “www.genclerpaytaxti.az” saytında keçirilmiş səsvermənin nəticələrinə əsasən, İsmayıllı şəhəri 2015-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçilib.
Tədbir konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46

