Azərbaycan və Şimali Osetiya-Alaniya arasında əməkdaşlıq haqqında saziş imzalanıb
04.02.2015 [10:03]
Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikası hökumətinin sədri Sergey Takoyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Biznes Mərkəzində Azərbaycanın son 10 ildə əldə etdiyi sosial-iqtisadi uğurlarını əks etdirən sərgi ilə tanış olub.
Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev nümayəndə heyəti ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycanın Rusiya Federasiyası və onun federal subyektləri ilə əlaqələrin genişləndirilməsinə önəm verdiyini bildirib, Rusiya ilə Azərbaycan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulmuş Azərbaycan-Rusiya əlaqələrinin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Rusiya arasında möhkəm hüquqi baza mövcuddur. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Hazırda Azərbaycanda Rusiya kapitallı şirkətlər, Rusiyada isə Azərbaycan şirkətləri uğurla fəaliyyət göstərirlər. Son 5 ildə 5 mindən çox iş adamının iştirakı ilə 30-dan artıq iqtisadi tədbir keçirilib.
Tədbirdə bildirilib ki, indiyədək 14 iclası keçirilmiş Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsinə öz töhfəsini verir. Azərbaycan və Rusiya Federasiyası, eləcə də onun əksər federal subyektləri, o cümlədən Şimali Osetiya-Alaniya Respublikası arasında uğurlu əməkdaşlıq vardır. Rusiya Federasiyasının 4 subyekti ilə ölkəmiz arasında hökumətlərarası komissiya fəaliyyət göstərir, bir sıra subyektləri ilə isə iqtisadi-ticarət, elmi-texniki və mədəni sahələrdə sazişlər imzalanıb. Azərbaycan və Rusiya arasında ənənəvi regionlararası forumlar keçirilir və belə tədbirlər ikitərəfli əməkdaşlığın inkişafında faydalıdır. Azərbaycan və Rusiya Federasiyası arasında, o cümlədən Şimali Osetiya-Alaniya Respublikası ilə əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial var.
Sənaye, kənd təsərrüfatı, turizm, İKT, logistika və digər sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarının müzakirə olunduğu görüşdə nazir Şahin Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə də məlumat verib.
Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu və münaqişənin regional əməkdaşlığın inkişafına ən ciddi təhdid olduğunu vurğulayıb.
Sergey Takoyev Azərbaycan-Rusiya əməkdaşlığının genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli olacağını bildirib. Takoyev Azərbaycanın Rusiyanın federal subyektləri, o cümlədən Şimali Osetiya-Alaniya Respublikası ilə əməkdaşlığının genişlənməsindən məmnunluğunu ifadə edib.
Görüşün sonunda Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikası hökumətinin sədri Sergey Takoyev imzalayıblar. Sənəddə iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də təhsil, səhiyyə, gənclər siyasəti, turizm, mədəniyyət, idman və sosial-mədəni həyatın digər sferalarında Azərbaycan Respublikasının və Şimali Osetiya-Alaniya Respublikasının müəssisə, təşkilat və qurumlarının əlaqələrinin inkişafı, iqtisadiyyata və sosial infrastruktura qarşılıqlı investisiya qoyuluşu kimi məsələlər öz əksini tapıb.
Sonra İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, qida, tikinti, turizm və digər sahələrdə fəaliyyət göstərən iş adamları da iştirak edib.
İşgüzar görüşdə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Rusiya arasında müxtəlif istiqamətlərdə əlaqələrin uğurla davam etdiyini, biznes forum və işgüzar görüşlərin iş adamları arasında əməkdaşlığın genişlənməsində, ölkələrimizin biznes və investisiya potensialının təqdim olunmasında əhəmiyyətini vurğulayıb, sahibkarları fəal əməkdaşlığa dəvət edib.
Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikası hökumətinin sədri Sergey Takoyev iş adamlarının yaradılmış əlverişli imkanlardan yararlanmaqla əlaqələrini daha da genişləndirmələri üçün böyük potensialın olduğunu xatırladıb.
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizin biznes və investisiya mühiti barədə məlumat verib. Şimali Osetiya-Alaniya Respublikasının turizm, sahibkarlıq və investisiya siyasəti nazirinin müavini Aleksandr Kokaev isə təqdimatında təmsil etdiyi federal subyektə investisiya qoyuluşu imkanlarını Azərbaycan iş adamlarının diqqətinə çatdırıb.
Tədbir çərçivəsində iş adamlarının sualları da cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35

