/ / YAP Nərimanov rayon təşkilatında Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı “dəyirmi masa” keçirilib
YAP Nərimanov rayon təşkilatında Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı “dəyirmi masa” keçirilib
24.02.2015 [11:17]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı “dəyirmi masa” keçirilib. Tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsini əks etdirən fotosərgi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Xocalı faciəsinin xalqımıza qarşı törədilən ən qanlı hadisələrdən biri olduğunu bildirib. T.Tağıyev Xocalı faciəsinin beynəlxalq müstəvidə bir soyqırımı kimi tanıdılması istiqamətində atılan addımlardan söz açaraq Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bu qətliamın dünyanın bir sıra ölkələri, o cümlədən, Meksika, Kolumbiya, Pakistan, həmçinin, Avropada ilk olaraq Çex Respublikası, ABŞ-ın bir neçə ştatı tərəfindən soyqırımı və ya insanlığa qarşı cinayət kimi tanındığını qeyd edib.
Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu deyən T.Tağıyev Ermənistan tərəfindən ölkəmizə qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasəti, onun ağır nəticələri, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən hadisələr barədə məlumat verib, soyqırımı zamanı törədilmiş vəhşiliklərin insanlığa sığmayan hərəkət olduğunu vurğulayıb.
Çıxış edən Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov 23 il əvvəl baş vermiş bu qətliamla bağlı fikirlərini bildirib. O, vurğulayıb ki, yalnız Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə yenidən qayıdandan sonra Xocalı faciəsinə siyasi qiymət verilib, bu qətliam azərbaycanlıların soyqırımı kimi tanınıb, faciə qurbanlarının ailə üzvlərinə dövlət qayğısı göstərilib. Qeyd olunub ki, bu siyasət Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı çıxış edərək qanlı hadisə zamanı dinc insanlara qarşı törədilən amansızlıqlar barədə danışıb. O, Xocalı faciəsinin erməni daşnaklarının son iki əsrdə Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qətliamın davamı mahiyyətində olduğunu qeyd edib.
“Dəyirmi masa”da, həmçinin, fəal gənclərdən Turizm və Menecmentlik Universiteti Tələbə Gənclər Təşkilatının sədri Ağamir Ağamirov, Kooperasiya Universiteti Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, YAP Nərimanov rayon təşkilatının təlimatçısı Nərminə Yunusova və digərləri çıxış edərək Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, erməni vəhşiliklərini əks etdirən materialların beynəlxalq təşkilatlar qarşısında nümayiş etdirilməsində, bu soyqırımın dünya ölkələri tərəfindən tanınmasında Heydər Əliyev Fondunun xidmətlərini, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyasını xüsusi qeyd ediblər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36

