Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının illik hesabat konfransı keçirilib
12.03.2015 [12:16]
Şahin Seyidzadə: Fəaliyyətinin bütün mərhələlərində ARGTMŞ dövlətin prioritetlərini dəstəkləyib, dünyanın aparıcı gənclər platformasında Azərbaycanı təmsil edib
Dünən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) illik hesabat konfransı keçirilib. Əvvəlcə dövlət himni səsləndirilib.
Sonra hesabat məruzəsi ilə çıxış edən ARGTMŞ-in sədri Şahin Seyidzadə bildirib ki, qurum 2014-cü ildə fəaliyyətini 3G strategiyası əsasında qurub. ARGTMŞ ötən il dünyanın və Avropanın ən böyük gənclər platformalarının idarə heyətinin iclasına ev sahibliyi edib. Eyni zamanda, təşkilat dünyanın nüfuzlu gənclər platforması olan “Dünya Gənclər Assambleyası”nın idarə heyətinin üzvü seçilib. Təşkilatın strategiyasına uyğun olaraq ARGTMŞ BMT-nin gənclər proqramları çərçivəsində mühüm tədbirlərdə iştirak edib və əməkdaşlıq əlaqələri qurub: “Fəaliyyətinin bütün mərhələlərində ARGTMŞ dövlətin prioritetlərini dəstəkləyib, dünyanın aparıcı gənclər platformasında Azərbaycanı təmsil edib”.
Ş.Seyidzadə diqqətə çatdırıb ki, 2014-cü ildə gənclər təşkilatları institutunun gücləndirilməsi istiqamətində mühüm işlər görülüb və üzv təşkilatların inkişafı üçün bir sıra tədbirlər reallaşdırılıb. ARGTMŞ sədri, həmçinin təşkilatın Dövlət Gənclər Proqramının bir sıra maddələrinin icrası və Azərbaycan gənclər siyasətinə dəstək verilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini də vurğulayıb.
Cari ildə təşkilatın görəcəyi işlərdən də söz açan Ş.Seyidzadə, 2015-ci ilin payızında ARGTMŞ-in Avropa Gənclər Forumunun Məclisinə ev sahibliyi edəcəyini deyib.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli çıxış edərək, gənclər siyasətinin əsas istiqamətlərindən danışıb. Bildirilib ki, gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı, gənclərin məşğulluğunun təmin edilməsi, gənc ailələrə dövlət yadımı kimi məsələlər bu gün dövlətin gənclər siyasətinin əsas mahiyyətini təşkil edir.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasından, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində görülən tədbirlərdən bəhs edib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək dövlət səviyyəsində bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, həyata keçirilən siyasət nəticəsində artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Ölkə gəncləri demokratikləşmə prosesində fəal iştirak edir, bir çox sahələrdə uğurlar qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər.
Sonra ARGTMŞ-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Pərvin Piriyev 2015-ci ildə qurum tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən və kənd yerlərində yaşayan gənclərin inkişafını nəzərdə tutan “Yerli Gənc” Proqramını təqdim edib. Bildirilib ki, proqram “Kənd təsərrüfatı ili” ilə əlaqədar olaraq kəndlərdə insan kapitalının inkişafı zərurəti nəzərə alınaraq həyata keçirilir.
Tədbirdə, həmçinin “Azərbaycan Könüllülük Xidməti” Proqramının ötənilki yekunları barədə hesabat məruzəsi dinlənilib, “İlin könüllüsü” mükafatları təqdim olunub.
Sonra 1995-ci ildən fəaliyyət göstərən ARGTMŞ-in 20 illik konsepsiyası nümayiş etdirilib və BMT Baş katibinin gənclər üzrə elçisi Əhməd Əhləndavinin təbrik məktubu oxunub.
NADİR
Xəbər lenti
Hamısına baxSiyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33

