Moskvada “Azərbaycan muğamı ensiklopediyası”nın təqdimatı olub
18.04.2015 [10:09]
P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Raxmaninov salonunda Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş “Azərbaycan muğamı ensiklopediyası”nın təqdimatı olub. Kitabın redaksiya kollegiyasının sədri və baş redaktoru Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır.
Təqdimat UNESCO nəzdində Beynəlxalq Musiqi üzrə Ənənəvi Şuranın (ICTM) iştirakı ilə təşkil edilmiş və Moskva Dövlət Konservatoriyasının 150 illiyinə həsr olunmuş “Dünya xalqlarının musiqisi: tədqiqat problemləri” VII Beynəlxalq elmi konfransı çərçivəsində keçirilib.
Azərbaycanın Əməkdar incəsənət xadimi, ensiklopediyanın müəllifi və tərtibçisi Sürəyya Ağayeva bu mühüm layihəyə misilsiz yardıma və dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.
S.Ağayeva nəşrin ümumi konsepsiyasından, onun strukturundan və buna qədər olan ensiklopediyalardan fərqi barədə danışıb. O, ilk dəfə dərc edilmiş və xüsusi dəyər kəsb edən materiallar üzərində ətraflı dayanıb, eyni zamanda vurğulayıb ki, ensiklopediyada Azərbaycan və xarici musiqişünasların bir neçə nəslinin üzərində işlədiyi məlum baza informasiyası toplanıb və sistemləşdirilib. Nəşrdə qədim not yazılarının, orta əsrlərə dair traktatlardan ayrı-ayrı musiqi parçalarının, qədim musiqi alətlərinin, arxiv fotoşəkillərinin və s. təsvirləri olan çoxsaylı illüstrasiyalar yer alıb.
Kembric Universitetinin (Böyük Britaniya) professoru Yurgen Elsner, ICTM-nin türk mədəniyyətləri musiqisinin öyrənilməsi üzrə tədqiqat qrupunun direktoru Raziyə Sultanova, ICTM-nin “Makam” tədqiqat qrupunun rəhbəri Aleksandr Cumayev (Özbəkistan), sənətşünaslıq doktoru Gültəkin Şamilli (Moskva), nəşrin redaktoru, “Bolşaya Rossiyskaya Ensiklopediya” nəşriyyatının musiqi redaksiyasının müdiri Olqa Frayonova dünya musiqi elmi üçün bu son dərəcə əhəmiyyətli nəşrin işıq üzü görməsi münasibətilə Sürəyya Ağayevanı təbrik edib və ensiklopediyanın rus dilində buraxılmasına görə ona təşəkkür ediblər. Bunun sayəsində dünyanın müxtəlif ölkələrinin rusdilli tədqiqatçıları da bu musiqi xəzinəsindəki biliklərdən istifadə edə biləcəklər. Ensiklopediyanı ingilis və ərəb dillərinə tərcümə etmək də tövsiyə olunub.
Alimlər qeyd ediblər ki, onlar Azərbaycanda muğam sənətində əsl dirçəliş hiss edirlər. Ümidvar olduqlarını bildiriblər ki, bu ensiklopediya mukam, makoma, raqi sənətinin inkişaf etdiyi ölkələr üçün gözəl örnək olacaq.
Sonda Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova çıxış edərək bildirib ki, Azərbaycan muğamının 2003-cü ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən sonra ölkəmizdə muğam sənətinin saxlanılması və inkişafı üzrə böyük işlər görülüb, Beynəlxalq Muğam Mərkəzi inşa edilib, müntəzəm beynəlxalq festivallar keçirilir, muğamla bağlı yeni materiallar çap olunur, köhnələri təkrar nəşr edilir və bir çox başqa işlər görülür. “Azərbaycan muğamı ensiklopediyası” bu işin mühüm tərkib hissəsidir və bütün layihənin elmi fikrini müvəffəqiyyətlə tamamlayır.
N.Axundova gözəl tərtibatda “Qarabağ xanəndələri” disk və materiallar nəşrini Moskva Konservatoriyasının kitabxanasına hədiyyə edib. Nəşr Heydər Əliyev Fondunun və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi sayəsində işıq üzü görüb.
Təqdimat mərasimi Əməkdar artist Valeh Rəhimovun ifasında Azərbaycan muğamlarının səslənməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxGündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19

