Milli mətbuatımız ağır, keşməkeşli və şərəfli yol keçib
23.07.2015 [09:26]
Ceyhun Ələkbərov: 140 illik yubileyini qeyd edən Azərbaycan mətbuatı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirilən siyasətin təbliği məsələsində daha aktiv olmalıdır
“Bu gün ermənilərin Qafqazda yürütdüyü işğalçılıq siyasəti, Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin müvəqqəti də olsa torpaq itkisi ilə üzləşməsi, həmçinin, qaçqın və məcburi köçkünlərin pozulan hüquqları ilə bağlı məsələ dünya mətbuatında istənilən səviyyədə işıqlandırılmır”. Bunu “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov deyib.
Bu istiqamətdə jurnalistlərimizin üzərinə böyük məsuliyyət düşdüyünü deyən C.Ələkbərov onu da əlavə edib ki, 140 illik yubileyini keçirən milli mətbuatımız ağır, keşməkeşli və şərəfli yol keçib. O, mətbuatımızın müasir inkişafının Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib: “Ümummilli lider Heydər Əliyevin Azərbaycanda mətbuat üzərində senzuranı ləğv etməsi Onun azad sözə, fikir azadlığına, ümumilikdə jurnalistikaya olan qayğısının nəticəsi idi. Mətbuat tarixində bu cür humanist addımlara görə “Jurnalistlərin dostu” seçilən Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Mətbuat işçilərinin mənzil probleminin həlli, hər il onlarla jurnalistin müxtəlif fərmanlarla təltif edilməsi bunun bariz nümunəsidir”.
Azərbaycanda fikir və söz azadlığının yüksək səviyyədə təmin edildiyini deyən “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov bununla yanaşı onu da vurğulayıb ki, bəzən bu azadlıqdan sui-istifadə edən bəzi dırnaqarası jurnalistlər də tapılır.
Ümumilikdə Azərbaycan mətbuatının bugünkü vəziyyətinin qənaətbəxş olduğunu vurğulayan QHT sədri eyni zamanda, bir vacib məqama da toxunub. O, qeyd edib ki, hazırda dünyada informasiya müharibəsi hökm sürür, ona görə də biz Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində haqqımızın tələbi baxımından mətbuatımızdan daha səmərəli addımlar gözləyirik: “Texnologiya o qədər sürətlə inkişaf edib ki, istənilən informasiya bir dəqiqə ərzində bütün dünyaya yayılır. Böyük dövlətlər kiçik ölkələrə məhz bu vasitə ilə savaş açır. Balaca bir dezinformasiya, məqsədli şəkildə yazılan kiçik məlumat bir çox böyük məsələləri həll edə bilir və ya hansısa dəyişikliyə imza atır. Nəzərə alsaq ki, Azərbaycan da informasiya müharibəsinin aktiv “kart”ıdır, o zaman mətbuat işçiləri bu istiqamətdə ölkə rəhbərliyinin yaratdığı şəraitdən səmərəli yararlanmalıdır. 140 illik yubileyini qeyd edən Azərbaycan mətbuatı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirilən siyasətin təbliği məsələsində daha aktiv olmalıdır. Çünki biz Azərbaycanda sözün və qələmin gücünü yaxşı dərk edirik, əks halda bu mətbuatın 140 il kimi uzun bir tarixi keçmişi olmazdı. Öz növbəmdə mən də Azərbaycan mətbuatına, ölkəmizdə söz, fikir azadlığına neçə belə və daha uğurlu 140 illiklər arzu edirəm”.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

