Referendum xalqımızın böyük qələbələrindən biri kimi Azərbaycanın tarixinə düşəcək
19.03.2009 [11:24]
Dünən Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Əli Əhmədov referendumun başa çatması ilə əlaqədar mətbuat konfransı keçirib. öncə Novruz bayramı münasibətilə Azərbaycan xalqını, o cümlədən, KİV nümayəndələrini təbrik edən Əli Əhmədov Konstitusiya dəyişikliyi ilə bağlı keçirilmiş referendumun uğurla başa çatdığını bildirib: “Seçki Məcəlləsinin müəyyənləşdirdiyi normaya görə, referendumun baş tutması üçün seçicilərin 25 faizindən az olmayan hissəsinin səsvermədə iştirak etməsi tələb olunur və artıq martın 18-də günün ortalarında seçicilərin referendumun baş tutmasını mümkün edən sayda hissəsi səsvermədə iştirak etmişdi. Yəni, günün ortalarında referendumun baş tutması məlum idi”.
YAP-ın Sədr müavini qeyd edib ki, referendum üzrə səsvermə Azərbaycan vətəndaşlarının yüksək fəallığı şəraitində keçirilib. Onun sözlərinə görə, YAP-ın Azərbaycanın bütün bölgələrindəki seçki məntəqələrində müşahidəçiləri bütövlükdə səsvermənin yüksək fəallıqla keçməsi barədə məlumat veriblər. “Güman edirəm ki, seçici iştirakı da yüksək rəqəmlə ifadə olunacaq. Referendum üzrə səsvermənin yüksək fəallıq şəraitində keçməsi, dəfələrlə qeyd olunduğu kimi, referenduma çıxarılan məsələlərin Azərbaycanın ictimai həyatının bugünkü mərhələsinin irəli sürdüyü tələblərlə, şərtlərlə bilavasitə əlaqədar olduğunu və Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin birmənalı şəkildə bunu dəstəklədiyini bir daha ifadə edir. Azərbaycan vətəndaşları referenduma çıxarılan məsələlərdə dövlətçiliyimizin həm hüquqi dayaqlarının möhkəmləndirilməsi istiqamətində yeni addımların atılması imkanlarını görür, həm də yeni müddəalar nəticəsində insanların hüquq və azadlıqlarının hüdudlarının genişləndirilməsi imkanlarının açıldığını qiymətləndirirdilər. Eynilə də bütün bunların zəminində ümumi inkişaf tendensiyasının daha da sürətləndirilməsi imkanlarının yaradılmasını görürdülər. Bütün bunlar referendumda insanların yüksək fəallıq şəraitində iştirak etməsini təmin edən əsas cəhətlərdir” deyə o, bildirib.
YAP-ın Sədr müavini vurğulayıb ki, “Yeni Azərbaycan” təşviqat qrupu referendumla əlaqədar kampaniyanın, o cümlədən, təşviqat kampaniyasının həm qanunvericiliyə uyğun şəraitdə, həm də yüksək fəallıq şəraitində keçirilməsi üçün bütün zəruri tədbirləri görüb. Təşviqat kampaniyası üçün ayrılan vaxt ərzində “Yeni Azərbaycan” təşviqat qrupu Azərbaycanın bütün bölgələrində seçicilərlə çoxlu sayda görüşlər keçirib: “Bu görüşlərdə əsas etibarilə qarşıya qoyduğumuz məqsəd referenduma çıxarılan məsələlərlə əlaqədar seçicilərlə söhbət edib izahat işləri aparmaq idi. Güman edirəm ki, keçirdiyimiz təxminən 1500 görüş nəticəsində Azərbaycan vətəndaşlarına referenduma çıxarılan məsələlərin mahiyyətini, məzmununu əhatəli şəkildə çatdıra bildik. Digər tərəfdən, bu görüşlər nəticəsində biz, həmçinin, sosioloji sorğu aparmış olduq. çünki, bu görüşlər debatlar, diskussiyalar və fikir mübadiləsi şəraitində keçdiyindən həmin görüşlərdə iştirak edən vətəndaşların referenduma çıxarılan məsələlərlə əlaqədar fikirlərini öyrənmək imkanı qazanırdıq”.
Əli Əhmədovun sözlərinə görə, YAP-ın bütövlükdə qazandığı seçki təcrübəsi referendum üzrə təşviqat kampaniyasında partiyanın bütün seçki resurslarından səmərəli şəkildə, dəqiqliklə istifadə etməsinə imkan verdi. Müəyyənləşdirilmiş proqrama uyğun olaraq, əvvəlcədən təşviqatla bağlı qrafikin hazırlandığını deyən YAP-ın Sədr müavini vurğulayıb ki, kampaniya məhz bu qrafikə uyğun həyata keçirilib: “Bəzən opponentlərimiz bizi tənqid edirlər ki, guya YAP mitinqlər, kütləvi aksiyalar keçirmək imkanında olmadığından bu formatdan imtina edib. Amma bir daha bəyan edirəm ki, biz referendum üzrə kampaniyanın tələblərinə və spesifikliyinə uyğun şəkildə təşviqat kampaniyası qurmuşuq və başlıca hədəfimiz Azərbaycanın Konstitusiyasına təklif olunan dəyişikliklərin mahiyyətinin insanlara çatdırılması olub. Hesab etdik ki, təşviqatın ən başlıca formatı görüşlər, söhbətlər, diskussiyalardır. Və bunu da etdik. Onu da qeyd etmək istəyirəm ki, artıq arxada qalan kampaniyanın nəticələrinin dəyərləndirilməsi bizim seçdiyimiz yolun və təbliğat formatının özünü doğrultduğunu əsaslandırıb. Referenduma çıxarılan məsələlərin insanlara çatdırılması kimi ən vacib vəzifəni layiqincə yerinə yetirə bildik. Bizim opponentlərimiz isə Azərbaycanın bir neçə yerində, təxminən, cəmi 5 görüş keçirdilər. Təsəvvür edin, “Yeni Azərbaycan” təşviqat qrupu bütün bölgələrdə 1500 tədbir keçirib, bizi tənqid edənlər isə cəmi 5 görüş keçiriblər”.
Ə.Əhmədovun fikrincə, bu fakt təşviqat qruplarının malik olduğu resursların fərqini göstərir. O, hesab edir ki, seçicilərlə görüşlər üçün bir sıra resurslarla yanaşı, eyni zamanda, həmin görüşü təşkil edən təşviqat qrupuna və ya partiyaya inam da həlledici rol oynayır: “İnsanların bizə inamı olmasaydı, qısa müddət ərzində Azərbaycanın bütün bölgələrində görüşlər keçirə bilməzdik. Bu tədbirlərin arxasında duran çoxsaylı amillərdən biri də insanların “Yeni Azərbaycan” təşviqat qrupuna inanmasıdır”.
Müxalifətin seçicilərlə çoxsaylı görüşlər keçirə bilməməsinin məhz onlara inamın olmaması ilə bağlı olduğunu deyən YAP-ın Sədr müavini qeyd edib ki, səsvermənin nəticəsi və yüksək seçici fəallığı bütün reallığı əks etdirir: “Səsvermənin gedişi “Yeni Azərbaycan” təşviqat qrupunun təyin etdiyi 5 mindən yuxarı məntəqədə daimi fəaliyyət göstərən müşahidəçilər və 370 nəfər respublika üzrə müşahidəçilər tərəfindən izlənilib. Müşahidəçilərimiz hər bir məntəqədə səsvermə başlanan andan sona çatana qədər prosesi izləyiblər. İstəyirəm bu sahədə də “Yeni Azərbaycan” təşviqat qrupunun və opponentlərimizin formalaşdırdığı təşviqat qruplarının fəaliyyətlərində olan fərqləri nəzərinizə çatdırım. Müxalifətçi təşviqat qruplarının təyin etdiyi müşahidəçilərin sayı 300 nəfərə də çatmır. Belə bir məlumatı bizə hər bir məntəqədə fəaliyyət göstərən müşahidəçilərimiz veriblər. Müxalifətin təşviqat qrupları öz müşahidəçilərinin sayının azlığını bir müşahidəçinin bir neçə məntəqəyə getməsi ilə ört-basdır etməyə çalışıblar. Yəni, müxalifətin bir müşahidəçisi 3-4 məntəqəyə gedib qeydiyyata alınmağa cəhd göstərərək effekt yaratmaq istəyir ki, guya müxalifətin həmin məntəqələrdə daimi müşahidəçisi var. Məsələn, müxalifətdən olan müşahidəçi Osman Kazımov 9 saylı Binəqədi seçki dairəsinin 28, 31 saylı məntəqələrində, həm də 10 saylı seçki dairəsinin 28 saylı məntəqəsində müşahidəçi kimi qeydə alınıb. Yaxud, Şəhla Hacıyeva 9 saylı Binəqədi seçki dairəsinin 27, 28, 31 saylı məntəqələrində müşahidəçi kimi qeydiyyata alınıb. Mən bu faktları ona görə demirəm ki, müxalifətin resurslarının az olduğunu mətbuatın diqqətinə çatdıraq. Ona görə bu məlumatları açıqladım ki, əgər sabah müxalifət partiyaları seçki məntəqələrində “çoxsaylı” müşahidəçilər adından bəyanatlar səsləndirəcəklərsə, bu bəyanatların ciddi əsaslara malik olmadığını nəzərinizə çatdırım. Mənim sadaladığım misallar onu göstərir ki, müxalifətin müşahidəçilərindən heç biri hər hansı məntəqədə əvvəldən axıra qədər prosesləri izləməyiblər. Ona görə də, onların hansısa məntəqəyə konkret nə qədər seçici gəlməsi ilə bağlı fikir söyləməyə əsasları yoxdur. Əgər söyləyəcəklərsə, bu, onların sadəcə uydurmalarından başqa bir şey olmayacaq”.
YAP-ın Sədr müavini deyib ki, beləliklə, Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli kampaniya başa çatdı: “Bu kampaniya Azərbaycanda demokratik dəyərlərə hörmətin ciddi ənənələrə söykəndiyindən xəbər verir. Bu, Azərbaycan vətəndaşlarının iqtidara böyük hörmətinin və ehtiramının növbəti nümayişi kimi qəbul oluna, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin insanlarımız tərəfindən dəstəklənməsi kimi dəyərləndirilə bilər. Təbii ki, bütün bunların hamısı bir çox amillərlə yanaşı, ölkəmizdə keçirilən referendumla əlaqədar səsvermənin yüksək seçici fəallığı şəraitində baş tutmasından xəbər verir. Hesab edirik ki, referendum səsverməsi nəticəsində Azərbaycanın Konstitusiyasına ediləcək müvafiq dəyişikliklər Əsas Qanunu daha da təkmilləşdirəcək, ictimai münasibətlərin təkmilləşdirilməsi imkanlarını daha da genişləndirəcək. Beləliklə də, Azərbaycanın daha böyük sürətlə inkişafı üçün hüquqi konstitusion bazanın yaradılması istiqamətində yeni əhəmiyyətli addımın atılmasının şahidi olduq”.
Əli Əhmədov referendumun uğurla başa çatması münasibətilə bütün Azərbaycan seçicilərini təbrik edib. O, qeyd edib ki, bu, xalqımızın böyük qələbələrindən biri kimi Azərbaycanın tarixinə düşəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
21 Yanvar 23:51
Dünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Gündəm
21 Yanvar 22:35
Dünya
21 Yanvar 22:26
Gündəm
21 Yanvar 22:13
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54

