/ / Nur Xolis: Azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıda bilməməsi böyük ədalətsizlikdir
Nur Xolis: Azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıda bilməməsi böyük ədalətsizlikdir
21.10.2015 [10:00]
Oktyabrın 20-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov ölkəmizdə səfərdə olan İndoneziya Respublikasının İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolis ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Bayram Səfərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, ağır nəticələri, Dağlıq Qarabağın azərbaycanlı icmasının fəaliyyəti haqqında məlumat verib. O, Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin - Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını qonağın diqqətinə çatdırıb. B.Səfərov ermənilərin azərbaycanlılara qarşı tarixən törətdikləri soyqırımı cinayətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacib məsələ olduğunu vurğulayıb.
Qeyd edilib ki, bu gün Azərbaycanda məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət göstərilir. Bu qəbildən olan insanların problemləri yüksək səviyyədə həll edilir. Lakin bütün məcburi köçkünlərin bir arzusu var - ata-baba torpaqlarına qayıtmaq.
Problemin həlli istiqamətində fəaliyyət göstərməli olan beynəlxalq təşkilatların hələ də ikili standartlarla çıxış etdiklərini deyən B.Səfərov vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll olunmalıdır. Biz bu istiqamətdə böyük dövlətlərdən, eləcə də bu məsələ ilə məşğul olan qurumlardan qətiyyətli mövqe gözləyirik.
Nur Xolis deyib ki, Dağlıq Qarabağ və ətraf rayonlardan olan qaçqın və məcburi köçkün insanların hüquqlarının pozulması, onların öz doğma torpaqlarına qayıda bilməməsi böyük ədalətsizlikdir. Münaqişənin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması mütləq şərtlərdəndir. O, İndoneziya parlamentinin illik hesabatına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd bənd daxil edildiyini diqqətə çatdırıb. Bunların içərisində Xocalı faciəsinin soyqırımı kimi tanınmasının da yer aldığını vurğulayıb.
Görüşdə çıxış edən İctimai Birliyin idarə heyətinin üzvləri Rövşən Rzayev və Elman Məmmədov Ermənistanın təcavüzkar siyasətindən, münaqişənin həlli ilə bağı tutduğu qeyri-konstruktiv mövqedən, Azərbaycan dövlətinin məcburi köçkünlər üçün yaratdığı şəraitdən danışıblar. Onlar problemin həlli istiqamətində beynəlxalq ictimaiyyətin daha qətiyyətli mövqe tutmasının zəruriliyini vurğulayıblar.
Görüşdə Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev də iştirak edib.
* * *
Həmin gün İndoneziyanın İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolis Xocalı soyqırımının şahidləri ilə görüşüb.
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov qonağa soyqırımı haqqında ətraflı məlumat verib. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş dəhşətli faciə XX əsrdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş növbəti kütləvi qırğın olmaqla bərabər, həm də Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı yönəlmiş terror siyasətinin tərkib hissəsidir. Beynəlxalq hüququn norma və prinsiplərinə əsla məhəl qoyulmadan həyata keçirilən bu soyqırımı aktı xalqımızın azadlıq və müstəqillik istəyini məhv etməyə yönəldilmişdi.
Görüşdə iştirak edən səfir Tamerlan Qarayev deyib ki, “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində İndoneziyada da tədbirlər keçirilib. Bu il Xocalının anım günündə İndoneziyanın 30-dək məscidində “Qarabağın son azanı” səsləndirilib. İnsan haqlarının müdafiəçisi olan Nur Xolisin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazıları dərc olunub.
Digər çıxış edənlər Xocalı soyqırımının həm bəşəriyyətə, həm də insanlığa qarşı yönəlmiş ən qəddar cinayətlərdən biri olduğunu vurğulayıblar.
Xocalı faciəsinin görüşdə iştirak edən şahidləri başlarına gələn müsibətlərdən, yaşadıqları ağrı-acılardan danışıb, bu qətliamın beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı kimi tanınmasının vacibliyini bildiriblər.
Nur Xolis səfərinin yekunu olaraq araşdırdığı və topladığı məlumatlar hesabına XX əsrin ən dəhşətli qətliamı olan Xocalı soyqırımı ilə bağlı kitab yazacağını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

