Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tiflisdə azərbaycanlıların soyqırımına həsr olunmuş seminar keçirilib

Tiflisdə azərbaycanlıların soyqırımına həsr olunmuş seminar keçirilib

01.04.2009 [11:46]

Tiflis Dövlət Universitetində Heydər Əliyev Fondu tərəfindən yaradılan “Azərbaycanın dostları auditoriyası” klubunda “Azərbaycanda 31 Mart 1918-ci il hadisələri” mövzusunda elmi seminar keçirilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə keçirilən seminarı giriş sözü ilə açan səfir Namiq Əliyev tədbir iştirakçılarına 91 il bundan əvvəl erməni daşnaklarının əli ilə törədilmiş qanlı soyqırımı haqqında ətraflı məlumat verib. Universitetin professoru, tarix elmləri doktoru Quram Lordkipanidze isə “Azərbaycanda və Gürcüstanda 1918-ci ilin mart hadisələri” mövzusunda məruzə ilə çıxış edib. O, vaxtilə Bakıda yaşamış və orada ailə qurmuş ata-anasının bu hadisələr barədə acı xatirələrini iştirakçılarla bölüşüb. Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxuliya “Daşnaksutyun və etnik erməni ərazisinin yaradılması” mövzusunda, tarix elmləri doktoru, professor Quram Papatskiri isə “Cənubi Qafqaz 1918-ci ildə və bu bölgədə sabitliyi pazan qüvvələr” adlı məruzə ilə çixiş ediblər. Sonda seminar iştirakçılarına Aydın Balayevin Tiflisdə çapdan çıxmış “Azərbaycanda 1918-ci ilin mart hadisələri” adlı kitabı paylanıb.

Paylaş:
Baxılıb: 1182 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31