Soyqırımı qurbanlarının xatirəsi yad edilib
01.04.2009 [11:52]
Dünən 31 mart soyqırımı günü münasibətilə Azərbaycanlıların və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Fəxri Xiyabanda anım mərasimi keçirib. Tədbir iştirakçıları mart ayının 31-də Bakını erməni daşnaklarının işğalından müdafiə edərkən şəhid olmuş türk əsgərinin şərəfinə ucaldılmış abidənin önünə əklil qoyub, tər güllər düzüblər.
Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin bölmə müdiri Qafar Əliyev söyləyib ki, “çox təəssüf ki, düşünülmüş şəkildə ermənilər tərəfindən zaman-zaman Azərbaycan xalqının başına gətirilən müsibətlər hələ də dünya ictimaiyyəti tərəfindən öz siyasi, hüquqi qiymətini tapmayıb. Lakin bunun əksi olaraq erməni xisləti dünya ictimaiyyətini aldadaraq, onların türklər tərəfindən soyqırımına məruz qaldıqlarını beynəlxalq aləmə sırımağa çalışırlar”.
Qafar Əliyev ermənilərin azəri türklərinə qarşı törətdikləri soyqırımının tarixi köklərindən danışıb və bu soyqırımının məhz üçüncü dövlətlər tərəfindən dəstəkləndiyini vurğulayıb. O, XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri mərasim iştirakçılarının diqqətinə çatdırıb: “ötən əsrin əvvəllərində erməni daşnakları Azərbaycanın bütün bölgələrində, o cümlədən, şəhər və kəndlərində 50 mindən artıq dinc əhalini qətlə yetiriblər. Azərbaycan xalqına qarşı zorakılıq çar Rusiyasının dövründə, yəni I Pyotrun həyata keçirmək istədiyi qətllərin davamı kimi qiymətləndirilir”.
Keçirilmiş anım tədbirində Azərbaycanlıların və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov da erməni millətçilərinin xalqımıza qarşı törətdiyi qeyri-insani faciələrdən danışıb. İ.İsmayılov bildirib ki: “XX əsrin əvvəllərində soyqırıma məruz qalan Azərbaycan xalqının yeganə ümid yeri qardaş Türkiyə dövləti olub. Həmin vaxt Anadolu türkləri azəri türklərinin başına gətirilən müsibətlərə biganə qala bilməzdilər. Azərbaycanlılıra qarşı törədilən soyqırımının qarşısını almaq üçün Nuru Paşanın xüsusi xidməti olub”.
Daha sonra anım mərasimində iştirak edən Türkiyədən gəlmiş qonaqlar da 31 mart soyqırımı ilə bağlı öz fikirlərini mərasim iştirakçılarına çatdırıblar.
RAMİL
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

