Türkiyə hökuməti Azərbaycanın maraqlarına zidd siyasət aparmamalıdır
09.04.2009 [16:26]
Parlamentin İqtisadi Siyasət Komitəsinin dünənki iclasında “Xüsusi iqtisadi zonalar haqqında” Qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Bundan öncə isə komissiya üzvləri Azərbaycan Prezidentinin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını müsbət qiymətləndiriblər. Eləcə də, Türkiyə-Ermənistan münasibətləri ilə bağlı fikirlərini bildiriblər. İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, dövlət başçısı Təhlükəsizlik Şurasının iclasında dövlətçiliyimiz üçün mühüm olan istiqamətlər barədə öz mövqeyini ifadə edib: “Azərbaycan Prezidentinin mövqeyini cəmiyyətimiz birmənalı şəkildə dəstəkləyir. Son zamanlar Türkiyə və Ermənistan arasında sərhədlərin açılması barədə məlumatlar haqlı olaraq ictimaiyyəti narahat edib. ABŞ prezidentinin Türkiyə-Ermənistan münasibətləri haqqında fikirləri də narahatlıq yaradır. Bütün bunlar barədə biz Azərbaycan cəmiyyətini təmsil edərək dövlət başçımızın mövqeyini dəstəkləyirik. Dəfələrlə ölkəmizə qarşı ikili standartların şahidi oluruq. Buna baxmayaraq, Azərbaycanın milli maraqları hər şeydən üstün tutulmalıdır”. Z.Səmədzadə məsələ ilə bağlı Milli Məclisdə təmsil olunan siyasi partiyaların və kütləvi informasiya vasitələrinin bəyanatlarını da təqdir edib. O deyib ki, ölkəmizin haqq işi xalqımız tərəfindən dəstəklənir. Komitə sədri parlamentdə qanunvericilik işlərinin də milli maraqlarımıza uyğun qəbul olunduğunu bildirib. Z.Səmədzadənin sözlərinə görə, bəzi xarici ekspertlər, hətta xüsusi iqtisadi zonalar haqqında qanun qəbul edilməsinə qarşı çıxıblar: “Amma biz beynəlxalq təcrübədən çıxış edərək bu qanunu qəbul edirik. Qanunun qəbulundan sonra Nazilər Kabineti xüsusi iqtisadi zonaların yaradılması istiqamətində tədbirlər görəcək”.
Komitənin üzvü, millət vəkili Vahid Əhmədov təklif edib ki, Türkiyə-Ermənistan münasibətlərinə dair məsələ Milli Məclisin müzakirəsinə çıxarılsın: “Parlamentdə təmsil olunan siyasi partiyalar yaranmış vəziyyətlə bağlı birgə mövqe bildirsələr də, bütövlükdə, məsələ Milli Məclisin müzakirəsinə çıxarılmalıdır. Azərbaycanla Türkiyə qardaş dövlətdir, bütün beynəlxalq təşkilatlarda Türkiyə ölkəmizin mövqeyini dəstəkləyir. Amma Türkiyənin AKP hökumətinin siyasəti arxadan zərbə kimi başa düşülməlidir. ABŞ prezidentinin də fikirləri onu göstərdi ki, o, Türkiyə-Ermənistan sərhədlərinin açılmasının tərəfdarıdır. Ağır iqtisadi şəraitdə olan Ermənistan Rusiya tərəfindən silahla təchiz olunur. Sərhədlər açılandan sonra isə Türkiyə də Ermənistanı iqtisadi cəhətdən təchiz edə bilər. Türkiyə unutmamalıdır ki, Mərkəzi Asiyaya çıxışı Azərbaycan vasitəsilədir”. Millət vəkili yaranmış vəziyyətlə əlaqədar Milli Məclisin qərar qəbul etməsini təklif edib.
Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı da qeyd edib ki, Ermənistanda terror, narkobiznes dövlət siyasətinin tərkib hissəsidir: “Belə olan halda, terrora məruz qalan ABŞ-ın Ermənistanı dəstəkləməsi, uydurma soyqırımı iddialarını tanımaq istəməsi başadüşülən deyil. Başa düşürük ki, Türkiyəyə qarşı xarici təzyiqlər var. Amma Türkiyənin bu təzyiqlər qarşısında geri çəkilməsi bağışlanmazdır”.
Millət vəkili Nazim Məmmədov isə Türkiyə-Ermənistan münasibətlərinin Milli Məclisin müzakirəsinə çıxarılmasını məqsədəuyğun saymayıb. Onun sözlərinə görə, bəzi xarici qüvvələrin Türkiyənin Azərbaycanla münasibətlərinin pozulmasında maraqları var: “Buna görə də, diqqətli olmalıyıq. Türkiyə rəsmiləri bəyan ediblər ki, Azərbaycanın maraqlarına zidd addım atmayacaqlar. Hər halda, bu məsələdə müəyyən qədər gözləməliyik. Milli Məclisin sədri Oqtay Əsədov məsələyə münasibət bildirib. Ona görə də, parlamentdə geniş müzakirələrin aparılmasına ehtiyac yoxdur. Amma bu yöndə ictimai müzakirələr davam etməlidir”.
Komitə sədrinin müavini çingiz Əsədullayev də N.Məmmədovun təklifini dəstəkləyib: “Əlbəttə sərhədlərin açılması Azərbaycanın maraqlarına zidd olan məsələdir. Türkiyənin dövlət və hökumət başçıları bəyan ediblər ki, Ermənistanla aparılan danışıqlarda Azərbaycanın maraqları qorunur. Danışıqların gedişi bizə geniş izah edilməlidir. Ona görə də, məsələyə ehtiyatlı yanaşmalıyıq”.
Komitə üzvləri çıxışlarında “Xüsusi iqtisadi zonalar haqqında” Qanun layihəsinin üçüncü oxunuşa təkmil formada çıxarıldığını bildiriblər. Qeyd edək ki, bu qanun Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması və idarə edilməsi ilə bağlı hüquqi və iqtisadi münasibətləri tənzimləyir, həmin zonalarda sahibkarlıq fəaliyyətinin təşkili qaydalarını müəyyənləşdirir. Millət vəkili Əli Məsimli böhran şəraitində neftdənkənar sahələrin inkişaf etdirilməsini vacib hesab edir. Bu cəhətdən xüsusi iqtisadi zonaların yaradılması önəmlidir.
Millət vəkili V.Əhmədovun sözlərinə görə, dünyada 600-ə yaxın iqtisadi zonalar var. Bu zonalar investorlar üçün cəlbedici olmalıdır. O, qeyd edib ki, ilkin şəraitdə dövlət xüsusi zonaların yaradılmasına maliyyə ayırmalıdır. Bu işi yalnız investorlar həyata keçirməməlidir.
Komitənin sədri Ziyad Səmədzadə millət vəkillərinin təkliflərinin nəzərə alınacağını bildirib.
Sonda qanun layihəsinin Milli Məclisin müzakirəsinə çıxarılması tövsiyə olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

