Rusiya-ABŞ qarşıdurmasının ikinci mərhələsi başlayır?
14.04.2009 [17:10]
Gürcüstanda artıq bir müddətdir ki, davam edən siyasi gərginlik yeni mərhələyə qədəm qoyur. “Məxməri inqilab” zamanı Mixail Saakaşvilinin tərəfində olan bir sıra qüvvələr bu gün Gürcüstan prezidentinin istefasını tələb edir. Paytaxt Tbilisidə 14 müxalifət təşkilatı tərəfindən təşkil olunan birgə etiraz aksiyası artıq günlərdir ki, davam edir. Mitinqin əsas rəhbərləri qismində çıxış edənlər isə Gürcüstanın Dövlət Himninin müəllifi, vaxtilə prezident Mixail Saakaşvilinin fəal tərəfdarı kimi tanınan şair David Maqradze, prezidentliyə keçmiş namizəd Levan Qaçeçiladze və keçmiş spiker, inqilabın memarlarından olan Nino Burcanadzedir. Demokratik Hərəkat - Vahid Gürcüstan Partiyasının lideri Nino Burcanadze 2007-ci ildə baş verən mitinqlər zamanı M.Saakaşvilinin tərəfini tutduğu üçün xalqdan üzr istəyib, bundan sonra mitinqçilərin yanında olacağına söz verib. Maraqlıdır ki, Şevardnadzeni hakimiyyətdən birgə endirən Saakaşvili-Burcanadze ikiliyinin ayrılmasının ardından ikincinin tərəfdarları qatı müxalifət qismində çıxış edir. Əgər Qaçeçiladze hər zaman Rusiyaya yaxın qüvvələrin nümayəndəsi kimi xarakterizə olunurdusa, Burcanadzenin-ABŞ-a yaxın qüvvələrin nümayəndəsinin onunla bir sırada dayanması olduqca böyük müəmma yaradıb. Burcanadzenin Saakaşviliyə müraciəti heç də rusiyapərəstlik kimi təhlil edilə bilməz: “Müharibədə uduzan prezident istefaya getməlidir”.
Göründüyü kimi, Rusiya ilə ötən il apardığı müharibədə uduzması Saakaşvilinin istefası səbəblərindən biri kimi qeyd olunur. Amma həmin dövrdə istər Burcanadze, istərsə də digər qüvvələr tam fərqli mövqe nümayiş etdirirdilər. Bu müharibəyə Gürcüstanın ərazi bütövlüyünün bərpası kimi yanaşanlar, hazırdaqarşıdurmanı siyasi maraqlarının ön sırasına çıxarıblar. “Vahid Gürcüstan Uğrunda Hərəkat” Partiyasının liderlərindən Eka Beseliya da ölkə ərazisinin bir hissəsinin işğalına görə M. Saakaşvilinin məsuliyyət daşıdığını və onun iqtidardan kənarlaşdırılması üçün həlledici mübarizəyə qalxdıqlarını elan edib. Onunla birgə “Yeni sağlar”ın lideri David Qamkrelidze, “Gürcüstan Naminə Alyans”ın lideri İrakli Alasaniya, “Gürcüstanın yolu” Partiyasının lideri Salome Zurabişvili, Xalq Partiyasının lideri Koba Davitaşvili, Leyboristlər Partiyasının lideri Şalva Natelaşvili, məşhur gürcü şahmatçısı Nona Qaprindaşvili və başqaları da bu tələbin tərəfini tuturlar və Rusiya ilə müharibədə uduzduğu üçün Saakaşvilini qınayırlar. Aprelin 9-da Gürcüstan prezidentinə ünvanlanan müraciətdə dövlət başçısından könüllü şəkildə hakimiyyətin konstitusion yolla dəyişməsi barədə qərar qəbul etməsi tələb olunub. Beynəlxalq xəbər agentliklərinin yaydıqları məlumata görə, Gürcüstan prezidenti məsələyə öz münasibətini açıqlayıb. Həm Gürcüstan hökumətinin, həm də müxalifətinin məqsədinin bir- ölkənin azadlığı və bütövlüyü olduğunu deyən Saakaşvili fərqli düşüncələrdən asılı olmayaraq, hamısının bir vətəni olduğunu bildirib: “Bizə vətənimizin birliyi, vətənimiz naminə fəaliyyət lazımdır. Bizə azadlıq uğrunda mübarizəmizin nəticəsi, Gürcüstanın tam azad olması, Gürcüstanın müasir, demokratik, Avropa dövləti kimi sona qədər formalaşması lazımdır”.
Müxalifət liderlərindən Levan Qaçeçiladze prezidentin və onun yaxın ətrafının iş qrafikini pozmaq üçün hər şeyi edəcəklərini deyib. Mühafizəkarlar Partiyasının lideri Kaxa Kukava isə bildirib ki, bundan sonra Tiflisin əsas küçələrini bağlayacaqlar. Bunun qarşılığında isə Saakaşvili istefaya hazırlaşmadığını deyib. Prezident 2013-cü ilə kimi postunu tərk etməyəcəyini bildirərək müxalifətə yenidən dialoq təklif edib: “Yaxın 4 il mənim prezidentlik müddətimdir. Ən asan yol ultimatum dilində danışmaq və başqalarının fikrinin səni maraqlandırmadığı ilə bağlı mövqe tutmaqdır... Amma bu gün bizim dialoq və məsuliyyətin bölüşdürülməsindən savayı yolumuz yoxdur”.
Müxalifətin keçirdiyi mitinqlərin onu narahat etmədiyini bildirsə də, atdığı addımlar Gürcüstan prezidentinin ehtiyatı əldən vermək istəməməsini ortaya qoyur. Belə ki, artıq Saakaşvili məsələnin kökünün Kremldən qaynaqlandığı haqda fikirlər irəli sürür. Məhz o üzdən də xarici işlər nazirini dünən Vaşinqtona yola salan Gürcüstanın dövlət başçısı Ağ Evin yeni sahibini Moskvanın de-marşından xəbərdar etmək istəyir. XİN rəhbəri Qriqol Vaşadzenin əsas missiyası artıq Gürcüstanda anti-ABŞ əhval-ruhiyyəsinin yarandığını və Cənubi Osetiya məsələsinin ABŞ tərəfdarları üçün qara damğaya çevrildiyinə Ağ Evi inandırmaqdır. Səfər çərçivəsində görüşün məhz yeni dövlət katibi Hillari Klintonla nəzərdə tutulması və rəsmi açıqlamalarda Rusiya-Gürcüstan münasibətlərinin müzakirəsinin qeyd olunması bir daha göstərir ki, regionda NATO-Rusiya mübarizəsinin ikinci mərhələsi başlaya bilər.
Bu arada Gürcüstan müxalifətinin liderləri İrakli Alasaniya, İrakli Batiaşvili, Zurab Abaşidze, Qoqa Xaindrava, Nino Burcanadze, Badri Bisadze, Koka Quntsadze və başqaları parlamentin qarşısında baş vermiş insident barədə bəyanatla çıxış ediblər. Müxalifətçilər Tiflis meriyasının təmizlik xidmətinin əməkdaşları ilə birlikdə 50 nəfərə yaxın mülki geyimli və dəyənəklə silahlanmış şəxsin parlamentin binası qarşısında qurulmuş aparaturaları sındıraraq aksiya iştirakçılarına fiziki güc tətbiq etdiklərini deyiblər.
Rəsmi Moskva isə məsələ ilə bağlı hələ də susur. Bir sıra ekspertlər də eyni vaxtda həm Gürcüstanda, həm də Moldovada oxşar hadisələrin başlanmasını Rusiya-ABŞ mübarizəsində ikinci mərhələnin başlanğıcı kimi xarakterizə edir. Beləliklə, artıq iki dövlətin ərazisində Moskva ilə Vaşinqtonun maraqları görüşdü. Hesab isə hər iki ölkədə hələlik heç-heçədir.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26

