Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AYİB nümayəndələri Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində olublar

AYİB nümayəndələri Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində olublar

16.04.2009 [16:46]

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə dəstəyi ilə Bakı Fond Birjasında həyata keçirilən “Kapital bazarları üzrə treninq” layihəsinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
Layihə çərçivəsində ABŞ-ın Financial Markets International (FMI) şirkətinin nümayəndələri çarlz Siqer, Con Hardi və Ceremi Krips Bakı Fond Birjası ilə tanış olub, Milli Depozit Mərkəzi, yerli broker şirkətləri və digər təşkilatlarla bir sıra görüşlərin nəzərdə tutulduğunu qeyd ediblər.
Görüşdə yerli fond bazarının mövcud durumu, qiymətli kağızlar bazarı infrastrukturunun inkişafı sahəsində əməkdaşlıq imkanları və layihəyə dair  Ehtiyacların Qiymətləndirilməsi Hesabatının hazırlanması geniş müzakirə edilib, layihənin növbəti mərhələlərində xarici ekspertlər tərəfindən müvafiq mövzular üzrə treninqlərin aparılmasının məqsədəuyğunluğu vurğulanıb.
Komitənin sədri bu layihənin Azərbaycanın qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının potensialının artırılması, eləcə də bazar infrastrukturunun institusionallaşdırılması və optimallaşdırılması baxımından əhəmiyyətini qeyd edib, benefisiarların ekspertlərin verəcəyi faydalı tövsiyələrdən yararlanacağına ümid etdiyini bildirib.

Paylaş:
Baxılıb: 1190 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31