Maksim Şevçenko: Azərbaycan ordusu ilə hesablaşmamaq olmaz
07.04.2016 [10:08]
“Rusiya Federasiyası həm Azərbaycan xalqı ilə, həm də erməni xalqı ilə sıx bağlıdır və biz qan tökülməsini istəməzdik. Hərçənd, cəmiyyətimiz parçalanıb - hər birimizin azərbaycanlılar arasında da dostumuz var, ermənilər arasında da. Mənim dostlarım arasında azərbaycanlılar da var, ermənilər də. İstəyirəm ki, bütün siyasi məsələlər sülh yolu ilə həll edilsin”.
Rusiyalı məşhur jurnalist, Rusiya Federasiyası Prezidenti yanında Vətəndaş cəmiyyətinin inkişafı və insan hüquqları şurasının üzvü Maksim Şevçenko bu sözləri AZƏRTAC-a müsahibəsində deyib.
O xatırladıb ki, belə məsələlərin dinc yolla həllinin təməli Minsk deklarasiyası ilə qoyulub. Bu deklarasiyanın əsas bəndləri belədir: “Erməni qoşunlarının Dağlıq Qarabağ hüdudlarından çıxarılması, qaçqınların qaytarılması və Dağlıq Qarabağın statusu haqqında referendumun keçirilməsi. Mənim fikrimcə, bu, çox ağlabatan platformadır. Bütövlükdə həmin platformanı Bakı da qəbul etmişdi, Yerevan da, lakin sonradan erməni tərəfin təqsiri üzündən bu məsələ pozuldu. Son hadisələrdən sonra mənə belə gəlir ki, Minsk platformasının sadəcə alternativi yoxdur”.
M.Şevçenko vurğulayıb: “Qarabağda döyüşlər gedən bu günlər göstərdi ki, uğurla başa çatacaq sülh prosesini ən yüksək səviyyədə təşkil etməyə qabil olan yeganə dövlət Rusiyadır. M.Şevçenkonun fikrincə, Azərbaycan ordusu ən müasir silahlardan istifadə etməklə ən mürəkkəb məsələləri həll etməyi bacarar”.
Rusiyalı jurnalist deyib: “Pilotsuz uçan zərbə qurğuları Rusiya Federasiyasının silahları arasında da çox deyil. İsraildə istehsal edilmiş pilotsuz uçuş qurğuları çox müasir və yüksək texnologiyalara əsaslanan silahdır. Onların tətbiq edilməsi göstərdi ki, Azərbaycan ciddi hərbi məsələləri həll edə bilir, Azərbaycan qoşunları onilliklər boyu möhkəmlənmiş müdafiə xətti boyunca mövqelər tuta bildilər. Bu ordu ilə hesablaşmamaq olmaz”.
Lakin rusiyalı jurnalistin fikrincə, müasir şəraitdə uzun sürən müharibədə hərbi uğurlar qazanmaq mümkün deyil. M.Şevçenko deyib: “Dağlarda müharibə isə həmişə uzun sürür. Mənim fikrimcə, bir-birini əldən salmaq məqsədi güdən müharibə nə Azərbaycanın xeyrinədir, nə də Ermənistanın. İndi diplomatiya dövrüdür və əminəm ki, Rusiya Qarabağ məsələsinin tənzimlənməsində mühüm rol oynayacaq”.
Jurnalist son hadisələrin Rusiya KİV-lərində qərəzli şəkildə işıqlandırılması barədə sualın cavabında deyib: “Rusiyada müxtəlif KİV-lər var. Jurnalistlər arasında ermənilər də var, məşhur azərbaycanlılar da. Bəzi insanlar bu və ya digər səbəblər üzündən bu və ya digər tərəfə rəğbət bəsləyir. Etnik azərbaycanlılardan və ya ermənilərdən öz tarixi vətənlərini dəstəkləməmələrini tələb etmək çətindir. Təəssüf ki, beynəlmiləlçilik dövrü keçmişdə qalıb, bu gün siyasətin trendləri başqadır. Ümid edirəm ki, həm Azərbaycanda, həm də Ermənistanda bu hadisələri məhdud perspektivli etnik təbliğat baxımından deyil, qlobal proseslər baxımından qiymətləndirən insanlar tapılacaq. Bu, asan məsələ deyil, lakin bunu kim edə bilsə, gələcək onundur”.
Xəbər lenti
Hamısına baxDünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25

