“Kommersant”: Bakılılar ilk çağırış üzrə müharibəyə getməyə hazır olduqlarını bildirirlər
07.04.2016 [10:16]
“Azərbaycanın paytaxtı döyüş əməliyyatları xəttindən uzaqda yerləşir. Lakin burada vətənpərvərlik əhval-ruhiyyəsi ölkənin münaqişə zonası ilə həmsərhəd rayonları ilə müqayisədə heç də aşağı səviyyədə deyil. Bakıya gəldim və Dağlıq Qarabağ uğrunda müharibəyə getmək arzusunda olan könüllülərin yürüşünə qoşuldum”.
Bu sözləri Rusiyada çıxan “Kommersant” qəzetinin Bakıya ezam edilmiş müxbiri Kirill Krivoşeyev yazır.
Rusiyalı jurnalist Azərbaycan paytaxtında gördüklərini belə təsvir edir: “Qarabağda döyüşlər getdiyini yerli kafelərdə göstərilən telereportajlara, avtomobillərin arxa şüşələrinə yaxın yerləşdirilmiş və ya balkonlarda asılmış bayraqlara görə başa düşmək olar. Bu günlərdə kişilər inzibati binaların yaxınlığında toplaşaraq cəbhəyə çağırılmalarını tələb edirdilər. Hakimiyyət bu tələblərə rədd cavabı verib. Orduda könüllülərə ehtiyac yoxdur - kifayət qədər şəxsi heyət var”.
Qəzet yazır ki, həm tələbələr, həm də yaşlı Bakı sakinləri “Ali Baş Komandan əmr verən kimi” dərhal müharibəyə getməyə hazır olduqlarını deyirlər. Nərimanov rayon İcra Hakimiyyətinin yaxınlığında keçirilən aksiyada təxminən 100 nəfər toplaşmışdı. Bakı sakinləri bu vətənpərvər ruhdan imtina etməyə hazırlaşmır.
“Kommersant”ın müxbiri tələbələrin keçirdiyi aksiyalarda iştirak edib: “Münaqişə zonasında döyüş əməliyyatları yenidən başlandığı gündən bu cür aksiyalar keçirilir. Gənclər kiçik qruplar halında şəhərdə gəzir, sonra Azərbaycan xalqının qəhrəman övladlarının, o cümlədən Qarabağ uğrunda müharibədə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanındakı əbədi məşəlin yanında toplaşırlar. Belə qrupların birində təxminən 25 nəfər vardır. Onlardan biri rus dilində yaxşı danışır. Soruşuram ki, bu gənclər haçansa ermənilərlə görüşüblərmi? Cavab verirlər ki, görüşməyiblər. Maraqlanıram: əgər Dağlıq Qarabağ Azərbaycana keçərsə, onların fikrincə, ermənilərlə necə rəftar etmək lazımdır. Deyirlər ki, dinc sakinlərlə yola getməyə hazırdırlar.
Gənclər Əbədi Məşəlin yaxınlığındakı baxış meydançasına qalxaraq yenə şəhərə dağılışır. Onlar uca səslə şüarlar söyləmir, mahnı oxumur, sadəcə gəzirlər, hərdən fotoşəkil çəkirlər. Aksiya iştirakçıları tərəddüd etmədən, günü sabah cəbhəyə getməyə hazır olduqlarını bildirirlər.
1990-cı illər müharibəsinin veteranı, hərbi ekspert İlham Ağalarov deyir: “Heyfsilənirəm ki, 1994-cü ildə biz bu münaqişəni dondurduq, indi bu yük övladlarımızın çiyinlərinə düşüb. İndi kim müharibəyə getmək istəyir? Hər kəs!”, - deyən İlham çayxanada qonşu masanın arxasında əyləşən oğlanı göstərir. O razılaşır: hazıram.... İlhamın oğlu artıq ordudadır. Hazırda təmas xəttindədir. Döyüşlər gedən günlərdə İlham özü döyüş əməliyyatları zonası ilə həmsərhəd rayonda olub. O deyir: “Orada çoxları müstəqil şəkildə cəbhəyə düşməyə çalışır, lakin polis blok-postlarında onları buraxmırlar. Yerli hərbi komissarlıqda da eyni sözləri deyirlər: müharibədə sizə ehtiyac yoxdur, ordu özü onların öhdəsindən gələcək”.
Müsahibim döyüş əməliyyatlarının yenidən başlanması barədə fikirlərini bildirir: “Biz bunu 22 il gözləmişik və yaxşıca hazırlaşmışıq. Ordumuzun hər şeyi var. Hətta yaralılar üçün qana da ehtiyac yoxdur - kifayət qədər qan ehtiyatı var, amma qan vermək istəyənlər çoxdur”.
Qarabağın gələcəyi məsələsinə gəldikdə isə, İlhamın fikrincə, Qarabağda Azərbaycan bayrağı dalğalanmalı, amma bu bölgəyə geniş muxtariyyət statusu verilməlidir.
İlham ən ülvi duyğularını bölüşür: “Mənim ən böyük arzum son döyüşdə ölməkdir. Əgər biz torpağımızı sülh yolu ilə qaytara bilməsək, onu hərbi yolla qaytaracağıq. Lakin indiki döyüş sonuncu deyil, bu bir qığılcımdır. Bu qığılcım problemi həll etməyəcək, amma bizim qəti əzmimizi Yerevana göstərəcək”.
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

