/ / Karin Ştrenz: Dağlıq Qarabağda günahsız insan ölümlərinin qarşısının alınması üçün beynəlxalq hüquq tətbiq edilməlidir
Karin Ştrenz: Dağlıq Qarabağda günahsız insan ölümlərinin qarşısının alınması üçün beynəlxalq hüquq tətbiq edilməlidir
08.04.2016 [09:36]
Almaniya parlamentinin deputatı və Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrenz, qrupun həmsədri, deputat Yohannes Kahrs Dağlıq Qarabağ regionunda yaranmış və son günlər ən yüksək şiddət dərəcəsinə çatmış silahlı toqquşmalarla bağlı açıqlama veriblər. Bu barədə AZƏRTAC-a Avropa Azərbaycan Cəmiyyətindən məlumat verilib.
Açıqlamada bildirilir ki, hadisələrin hərbi qarşıdurma müstəvisində irəliləməsi qısa müddət ərzində dayandırılmalıdır. Bu münaqişənin səbəb olduğu hər bir silahlı atışma, hər bir yaralanma və insan ölümü hallarına yol verilməməlidir.
Almaniya bu il ATƏT-ə sədrlik edir. Deputatlar ATƏT və ona aid Minsk qrupu çərçivəsində lüzumsuz insan ölümlərinin qarşısını almaq üçün danışıqların davam etdirilməsini tələb edirlər. Almaniya bu il münaqişə regionunda dramatik vəziyyətin yumşaldılması və aradan qaldırılması üçün öz məqsədyönlü töhfəsini vermək üçün böyük şansa malikdir. Baş vermiş son dağıdıcı döyüşlər bunun mütləq lazım olduğunu göstərdi. BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələr (822, 853, 874 və 884 saylı) beynəlxalq hüquq normalarının pozulmasının başa çatdırılmalı olduğunu əks etdirir.
Karin Ştrenz deyib: “Hazırkı vəziyyət beynəlxalq hüququn tələblərinə uyğun deyil və kəskin şəkildə pislənilir. Parlament işçi qrupu Cənubi Qafqaz regionunda zorakılığa son qoyulması üçün bu qətnamələrin icrasını dəstəkləyir. Danışıqlar masasına qayıtmaq üçün tam atəşkəsin təmin edilməsi lazımi şərtdir.
Azərbaycan tərəfinin atəşi birtərəfli qaydada dayandırması bəyanatını müsbət qiymətləndirir və ümid edirik ki, bu, mövcud vəziyyətdə gərginliyin azalmasına gətirəcək. Atəşkəs rejiminə hər iki tərəfdən ciddi əməl edilməlidir”.
Yohannes Kahrs bildirib: “Əsas məqsəd odur ki, bu “dondurulmuş münaqişə” atəşkəs bərpa edildikdən sonra öz dayanıqlı həllini tapsın və Almaniya Xarici İşlər Nazirliyi və xarici işlər naziri Frank-Valter Staynmayer bunun üçün lazımi təşəbbüsü öz üzərinə götürsün”.
Bildirilir ki, Almaniya parlamentində Almaniya-Cənubi Qafqaz parlament qrupu dayanıqlı sülh danışıqları üçün həm münaqişə tərəflərinin nümayəndələri ilə, həm də beynəlxalq vasitəçilərlə danışıqların davam etdirilməsinin tərəfdarıdır. Müvafiq parlamentlərlə əməkdaşlığın davam etdirilməsi ilə yanaşı, Dağlıq Qarabağdakı vəziyyət parlament işçi qrupu üçün xüsusi əsas mövzunu təşkil edir.
“Biz sülh münasibətlərinin formalaşması prosesinin sürətləndirilməsi üçün öz səylərimizi göstəririk. Bu, şübhəsiz müstəsna çətinlikləri əhatə edir. Qəbuledilməz vəziyyətin aradan qaldırılması üçün yolların tapılması ATƏT-ə sədrliyimiz dövründə bizim mənəvi borcumuzdur”, - deyə açıqlamada bildirilir.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

