/ / Ulu öndər Heydər Əliyevin siyasi kursu milli-mənəvi dəyərlərimizin qorunmasının ən böyük təminatçısıdır
Ulu öndər Heydər Əliyevin siyasi kursu milli-mənəvi dəyərlərimizin qorunmasının ən böyük təminatçısıdır
29.04.2009 [16:42]
Müasir dünya sivilizasiyası nə qədər inkişaf etsə nə qədər böyük elmi kəşflərə imza atsa da, mənəvi dünyanın əsas lokomotivi hər zaman dini-mənəvi dəyərlər sayılıb. Dini dəyərlərlə müasirliyin tendensiyası bəşəri tərəqqinin ən əsas ünsürlərindən biri hesab edilir. Bu vəhdət cəmiyyətin siyasi, sosial və mədəni inkişafında, münasibətlərin formalaşmasında zəmin rolu oynayacaq qədər böyük əhəmiyyət daşıyır.
1918-ci ildə yaranan Azərbaycan Demokratik Cümhuriyyəti müasirliklə mənəvi dəyərlərin vəhdətini dövlətin təməl bazasında birləşdirmişdisə, cəmisi 23 aydan sonra onların devrilməsi ilə hakimiyyətə gələn Sovet İttifaqı bu vəhdətin bir tərəfini tam sıradan çıxarmaq arzusunda idi. Mənəvi dəyərlərə, dini baxışlara tam radikal mövqedən yanaşan “Qırmızı Ordu”nun əsas missiyası millətin milli dəyərlərini əllərindən almaq, keçmişini unutdurmaq və inanclarını tam bir qaranlığa istiqamətləndirmək idi. Sovet İttifaqının yarandığı ilk illərdə, demək olar ki, bu fəaliyyət bir missiya olaraq geniş spektrdə aparılırdısa, müəyyən dövrdən sonra bu prosesdə bir qədər zəifləmə baş verdi. Səbəb isə xalqın öz milli-mənəvi dəyərlərini nəyin bahasına olursa-olsun unutmaması, inancına qarşı çıxmaması və hətta gizlin də olsa bu rituallara əməl etməsi idi.
Azərbaycan XX əsrin sonunda ikinci dəfə öz müstəqilliyini elan etməklə bütün stereotipləri sındırdı, təkcə dövləti anlamda deyil, həm də mənəvi sferada bir azadlıq əldə etdi. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gələn, parçalanmış Azərbaycanı birləşdirmək missiyası kimi böyük bir yükü çiyinlərinə götürən ümummilli liderimiz Heydər Əliyev yaranan gərginliklərin, baş verən mürəkkəb və ziddiyyətli proseslərin fonunda xalqın dini-mənəvi dəyərlərinin yenidən bərpası istiqamətində böyük və çox önəmli işlər gördü. Bu mövqe xalqımızın əsrlərlə formalaşdırdığı zəngin mədəni və dini-mənəvi irsdən bəhrələnməklə yanaşı, zamanın ruhu və tələbləri ilə səsləşən prinsipləri özündə əks etdirirdi.
Azərbaycanın ən ağır günündə yenidən millətinin və dövlətinin xilasına yeganə ümid işığı olan ulu öndərin mövqeyi məhz bu prioritetə söykənirdi. Dövrün gərginliyinin tələbi baxımından uğurlu, düşünülmüş, uzaqgörən siyasi strategiya müəyyənləşdirməklə yanaşı, ümummilli liderimiz Heydər Əliyev xalqın sahib olduğu milli-mənəvi dəyərlərin qiymətləndirilməsinə, bu irsin qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə zəmin yaratdı, vasitəçi oldu.
Müstəqillik əldə olunan zaman ölkəmizdə 20-yə yaxın məscid var idi. Ulu öndər Azərbaycanın müqəddəs məkanlarına, İslam dininə inancı və ehtiramı özündə ehtiva edən ocaqlara dövlət qayğısını sərgiləməklə Azərbaycanın, o cümlədən, özünün İslam dininə münasibətini nümayiş etdirdi. Qeyd edək ki, Bibiheybət məscidində yenidənqurma və əsaslı təmir işləri başlandı. Dünyanın bir çox yerlərindən gələn müsəlmanların ziyarətgahına çevrilmiş məscid sovet əsgərləri tərəfindən 1933-cü ildə partladılıb dağıdılmışdı. VII əsrin yadigarı olan Bibiheybət ziyarətgahı əsrlər boyu insanların inanc və ibadət yeri olub və Azərbaycan xalqı tərəfindən qorunub. XIII əsrdə burada Şirvanşahlar tərəfindən məscid tikilib. Milli-mənəvi dəyərlərin təbliğ olunması, milli ənənələrimizə qayıdış prosesi ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra yenidən vüsət aldı. Ulu öndərin səyləri nəticəsində ölkədə sabitlik yarandı, quruculuq, inkişaf dövrü başladı. Həmin dövrdə dövlət büdcəsinin olduqca aşağı olmasına baxmayaraq Bibiheybət məscidinin bərpası üçün ümummilli liderimiz 1994-cü ildə qərar imzaladı. Bundan başqa, 1994-cü ildə Qurban bayramında ulu öndər Heydər Əliyev məscidi ziyarət etdi və binasının tikilməsi üçün göstəriş verdi. 1997-ci ildə İslam peyğəmbəri Həzrəti Məhəmmədin mövludu günündə Heydər Əliyevin iştirakı ilə məscidin bünövrəsi qoyuldu.
Sovet İttifaqının dağılması regionda dini dözümlülük ənənələri üçün əsl sınağa çevrildi. Bu proseslərin nəticəsində keçmiş müttəfiq respublikaların xalqları müstəqilliklə yanaşı əsl dini etiqad azadlığı da əldə etdilər. Azərbaycandakı mövcud tolerantlığın əsasları üçün ən böyük təhlükəni minlərlə dinc sakinin ölümünə və bir milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsinə səbəb olan erməni təcavüzü yaradırdı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dini zəmində baş verməsə də, Ermənistanın dini lideri I Vazgen praktiki olaraq separatçı hərəkatı qızışdıran şəxslərdən biri oldu.
Müasir Azərbaycanda isə dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı dövlət respublikada yayılan digər dinlərə də qayğı göstərir.
Bununla yanaşı, Azərbaycanın bir müsəlman ölkəsi olması hər zaman ölkə başçısı tərəfindən xüsusi olaraq vurğulanır. Bu baxımdan Prezident İlham Əliyev dini bayramların qeyd olunması, müqəddəs məkanlara ziyarət problemlərinin ortadan qaldırılması istiqamətində bir sıra mühüm addımlar atıb. Artıq hər il Azərbaycandan minlərlə zəvvar müqəddəs Kəbəni, Məkkəni, Mədinəni ziyarət edə bilir. Bundan başqa, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə Təzəpir məscidi, Əjdərbəy (Cümə) məscidi əsaslı təmir olundu, dindarların ixtiyarına verildi. Bu məsələlər Azərbaycanda davamlı şəkildə icra olunacaq. çünki ümummilli liderimiz Heydər Əliyevin həm siyasi, həm də mənəvi varisi olaraq Prezident İlham Əliyev ulu öndərin apardığı işləri davam etdirir. Prezident İlham Əliyev bu məsələyə toxunaraq qeyd edib: “Bütövlükdə Azərbaycanda dini abidələrə, onların qorunmasına, onların bərpasına çox böyük diqqət göstərilir. Mənim istəyim ondan ibarətdir ki, bizim üçün, Azərbaycan xalqı üçün, Azərbaycan müsəlmanları üçün müqəddəs olan yerlərdə dünyanın ən yüksək texnologiyaları tətbiq olunsun, ən gözəl ustalar işləsin və ən gözəl materiallardan istifadə olunsun. Azərbaycan vətəndaşları çox dözümlüdürlər, çox tolerantdırlar. Azərbaycanda yaşayan bütün xalqlar, bütün dinlərin nümayəndələri özlərini çox rahat hiss edirlər. Mən bunu bilirəm, çünki milli azlıqların yaşadıqları bölgələrdə tez-tez oluram, onların vəziyyəti ilə maraqlanıram, lazımi göstərişləri verirəm və elə etmək istəyirəm ki, Azərbaycanda yaşayan bütün insanlar millətindən, dinindən asılı olmayaraq, özlərini yaxşı, rahat hiss etsinlər. Bunu etmək üçün bizim imkanlarımız var və Azərbaycanın ildən-ilə artan iqtisadi gücü və potensialı burada yaşayan bütün insanların həyat səviyyəsinə müsbət təsir göstərir”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

