/ / Sergey Markov: Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin günahı Ermənistan rəhbərliyindədir
Sergey Markov: Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin günahı Ermənistan rəhbərliyindədir
19.04.2016 [09:51]
Aprelin 18-də “Sputnik Azərbaycan” portalının Multimedia mətbuat mərkəzində Rusiya Federasiyası İctimai Palatasının ictimai diplomatiyanın inkişafı və xarici ölkələrdəki həmvətənlərin dəstəklənməsi üzrə komissiyası sədrinin birinci müavini, politoloq Sergey Markovun iştirakı ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransı Azərbaycan-Rusiya qarşılıqlı münasibətlərinin cari vəziyyətinə, inkişaf perspektivlərinə, habelə Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin kəskinləşməsi probleminin müzakirəsinə həsr olunub.
Politoloqun fikrincə, Azərbaycan rəhbərliyinin yürütdüyü xarici siyasi kurs düzgün seçilib və çox dəqiq yerinə yetirilir. Bunu dövlətimizin dünya məkanında qazandığı uğurlar, müxtəlif dövlətlər, o cümlədən Rusiya ilə möhkəm dostluq münasibətlərinin sürətlə inkişafı təsdiq edir. Azərbaycan özünü etibarlı və güclü siyasi və iqtisadi tərəfdaş kimi təsdiq edib. S.Markov deyib ki, dünyanın heç də sadə olmayan siyasi durumu ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsi üçün əlavə stimuldur. O, turizm sektorunu və rusiyalılarda məhz Azərbaycan kurortlarına marağın artdığını qeyd edib.
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan politoloq bildirib ki, bu problemin uzun müddət davam etməsinin əsas günahı BMT-nin müvafiq qətnamələrində əks olunmuş beynəlxalq hüquq normalarına və Dağlıq Qarabağ üzrə “Madrid prinsipləri”nə əməl etməyən Ermənistan rəhbərliyindədir. Cəbhədə son hadisələr dondurulmuş danışıqları hərəkətə gətirdi və tezləşdirdi, Azərbaycana öz ordusunun qüdrətini və cəmiyyətin ictimai-siyasi həmrəyliyini nümayiş etdirmək imkanı verdi. Politoloqun fikrincə, döyüş əməliyyatlarının bu dərəcədə tez dayandırılması da ölkə rəhbərliyinin siyasi gücünün göstəricisidir, çünki vəziyyətə tam nəzarət olunduğunu və münaqişəni danışıqlar masası arxasında həll etmək istəyini göstərir.
Xəbər lenti
Hamısına baxDünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26

