Ermənistan silahlı birləşmələri yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edir
29.04.2016 [10:01]
Aprelin 5-də Azərbaycan ilə Ermənistan arasında atəşkəs rejiminin bərpa olunması ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, aprelin 26-27-də erməni silahlı birləşmələri iriçaplı silahlardan, “Qrad” qurğusu, top və tanklardan istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini, habelə qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini intensiv atəşə tutublar.
AZƏRTAC yerli icra hakimiyyəti orqanlarına istinadla xəbər verir ki, aprelin 27-də saat 23.00-dan aprelin 28-də saat 04.00-dək Ermənistan silahlı qüvvələri cəbhə boyu bütün istiqamətlərdən iriçaplı silahlardan yaşayış məntəqələrini şiddətli atəşə tutublar. Nəticədə Tərtər rayonunun 10 yaşayış məntəqəsində 58 evə, iki kənd məktəbinə və digər qeyri-yaşayış obyektlərinə ciddi ziyan dəyib.
Ağdam rayonunun Çəmənli kənd sakini, 1966-cı il təvəllüdlü Mustafayev Famil Əli oğlu həlak olub, 4 mülki şəxs ağır, 4-ü isə yüngül yaralanıb. Rayonun 4 yaşayış məntəqəsində 10 ev tamamilə dağıdılıb, 40 evə ziyan dəyib. Atəşlər nəticəsində bəzi qeyri-yaşayış obyektləri, əhalinin mülkiyyəti yararsız hala düşüb, fərdi təsərrüfatlara ciddi ziyan vurulub.
Ağcabədi rayonunda 1 ev yanıb, 2 evə, 1 yardımçı tikiliyə, əhalinin mülkiyyətinə və təsərrüfatına ciddi ziyan dəyib.
Aprelin 2-dən başlayaraq, Ermənistan silahlı birləşmələrinin iriçaplı silahlardan intensiv atəşləri nəticəsində çoxlu sayda yaşayış məntəqəsinə, əhalinin mülkiyyətinə və təsərrüfatına ciddi ziyan vurulub, dinc sakinlər həlak olub və ya yaralanıb. Ümumilikdə, 34 yaşayış məntəqəsinə 97 mərmi düşüb. Tərtər rayonunda 3, Ağdamda 2 mülki şəxs öldürülüb, 34 nəfər isə xəsarət alıb. Onların 18-i Ağdam, 8-i Tərtər, 6-sı Goranboy, 1-i Füzuli, 1-i isə Ağcabədi rayonlarının sakinləridir. O cümlədən 16 nəfər aprelin 5-də atəşkəs barədə razılaşma əldə olunduqdan sonra Ermənistan silahlı birləşmələrinin açdığı atəşlər nəticəsində yaralanıb.
Ağdamda 109, Tərtərdə 259, Goranboyda 85 olmaqla, ümumilikdə 457 tikiliyə ziyan dəyib ki, onlardan da 412-si evdir. Ziyan dəymiş evlərin 82-si Ağdam, 248-i Tərtər, 79-u Goranboy, 3-ü isə Ağcabədi rayonlarının ərazisində yerləşir. Həmçinin 26 ev tamamilə dağıdılıb, digərlərinə isə ciddi ziyan dəyib. Həmçinin atəşkəs barədə razılaşmadan sonra 98 evə ziyan vurulub, 12 ev tamamilə dağıdılıb.
Müəyyən edilib ki, ermənilərin atəşləri nəticəsində məktəblər, səhiyyə müəssisələri, uşaq bağçaları, mədəniyyət evləri və s. daxil olmaqla, 18 qeyri-yaşayış obyektinə, həmçinin 27 yardımçı tikiliyə ciddi ziyan vurulub. Əhaliyə məxsus 309 baş mal-qara tələf olub.
Bundan başqa, Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarının qoşunların təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqələri istiqamətində əkin sahələrinə, həmçinin kommunal obyektlərə - elektrik, su, yol, rabitə təsərrüfatına, qaz xətlərinə ciddi zərər vurulub.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

