Ermənistan silahlı qüvvələri mülki əhaliyə qarşı kimyəvi silahlardan istifadə edir
12.05.2016 [09:54]
Tərtərin Əskipara kəndində Ermənistan ordusunun atdığı ağ fosfor bombası aşkarlanıb
Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutmağa davam edir. Daha da dəqiqləşdirsək, Ermənistan silahlı birləşmələri yenə də atəşkəsin tələblərini və beynəlxalq hüquq normalarını pozaraq mülki əhaliyə qarşı cinayət tərkibli hərəkətlərə yol verirlər. Yeri gəlmişkən, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 142 dəfə pozub. Ermənistanın İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Dovex və Şavarşavan, Berd rayonunun Mosesqex kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Kəmərli və Fərəhli, Tovuz rayonunun Ağdam kəndlərində, Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq, düşmənin mövqelərinə və səngərlərinə 144 dəfə atəş zərbəsi endirib.
Ermənistan qoşunlarının təxribatçı hərəkətlərindən daha çox əziyyət çəkən isə yenə də cəbhə bölgəsində yaşayan mülki əhalidir. Əlbəttə, düşmən tərəfin bu cür hərəkətlərinin başlıca səbəblərindən biri Azərbaycanı təxribata çəkməkdir. Amma işğalçı Ermənistan unudur ki, Azərbaycan dövləti, onun ordusu qüdrətlidir və istənilən təxribatçı hərəkətlərin qarşısını almaq iqtidarındadır. Bundan öncə törədilən təxribatlarının qarşısının məharətlə alınması bunu əminliklə söyləməyə əsas yaradır. Bütövlükdə isə, bütün bunlar ermənilərin hansı xislətə malik olduğunu bir daha bütün dünyaya nümayiş etdirir. Yeri gəlmişkən, Müdafiə Nazirliyinin kimya xidmətinin zabiti Müstəcab Niyarov AZƏRTAC-a açıqlamasında bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə və mülki əhalisinə qarşı törədilən təxribatlar zamanı beynəlxalq konvensiyalarla istifadəsi qadağan edilmiş hərbi sursatlardan istifadə olunur. M.Niyarov deyib ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən mayın 10-da Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində aşkar olunmuş partlamamış mərmi beynəlxalq konvensiyalarla istifadəsi qadağan edilən hərbi sursat növünə aid olan, daxilində 3,6 kiloqram P-4 (ağ fosforun kimyəvi kodu) kimyəvi tərkibli olan D-4 (tüstülü mərmi) tipli 122 millimetrlik top mərmisidir. Bu tip mərmilər partlayan zaman 15-20 metr radiusda ətrafa səpələnir və zəhərli ağ tüstü buludu yaradır. Həmin tüstü buludu bütün canlı orqanizmlər üçün ciddi təhlükə mənbəyidir. Küləyin sürəti və istiqamətindən asılı olaraq, bu radius daha da arta bilər.
Nazirliyin kimya xidmətinin zabiti qeyd edib ki, ağ fosfor bərk, mumşəkilli, zəhərli maddədir (onun 0,1 mq-ı insan üçün öldürücü dozadır). Fosfor havada öz-özünə alışır və böyük miqdarda kəskin zəhərli ağ tüstü buraxaraq yanır. Fosforun alışma temperaturu 34 dərəcədir, yanan zaman isə 900-1200 dərəcəyədək istilik verir.
Plastitləşdirilmiş ağ fosfor sintetik kauçukdan və ağ fosfor zərrəciklərindən ibarət kütlə şəklindədir, saxlama zamanı çox dayanıqlıdır, partlayış baş verərkən tədricən yanan böyük hissələrə parçalanır. Yanan fosfor insan bədəninə düşən zaman ağır, ağrılı, uzun müddət sağalmayan yanıqlar əmələ gətirir. Plastitləşdirilmiş ağ fosfor artilleriya mərmilərində, minalarda, aviabombalarda, əl qumbaralarında istifadə olunur.
Erməni silahlı bölmələri bu tip mərmilərdən təkcə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutduqları zaman deyil, həmçinin yaşayış məntəqələrinə və mülki əhaliyə qarşı da istifadə edirlər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34

