ADNA-da törədilmiş cinayətlə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir
05.05.2009 [14:44]
Daxili İşlər Nazirliyi və respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin birgə məlumatında deyilir ki, istintaq qrupu tərəfindən hadisə yeri və Dövlət Neft Akademiyasının 2-ci korpusu tam müayinə olunub, maddi sübut kimi cinayəti törətmiş şəxsin üzərində olan “Makarov” tapançası, habelə patron, giliz, qan nümunələri və digər maddi sübutlar götürülərək çoxsaylı ekspertizalar keçirilib.
Müəyyən olunub ki, cinayəti törətmiş Qədirov Fərda Əsəd oğlu 1980-ci ildə Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndində anadan olmuş, uzun müddət Rusiya Federasiyasında yaşayıb və 2008-ci ilin oktyabrında doğulduğu kəndə qayıdıb. 2009-cu il martın 12-də Marneuli-Bakı sərnişin avtobusunun sürücüsünün köməkçisi işləyən Marneuli şəhər sakini Qabulov Ariz Zahid oğlu ilə həmin şəhərdə görüşən Fərda Qədirov Bakıda kirayə mənzil axtardığını bildirib. Ariz Qabulov paytaxtın Nizami rayonunun çobanzadə küçəsində yerləşən, qardaşı - Marneuli şəhər sakini Arif Qabulova məxsus birotaqlı mənzili ona kirayəyə verməyə razılaşıb. Ertəsi gün onlar avtobusla Bakıya gəlmiş və Fərda Qədirov həmin mənzili təhvil alıb. Həmin ünvanda aparılmış axtarış zamanı mənzildən hər biri bir ədəd olmaqla 9 millimetr kalibrli patron, üzərində canavar təsviri olan sintetik materialdan hazırlanmış qara rəngli maska və istifadə olunmuş rezin tibb əlcəkləri aşkar edilib götürülüb. Ariz və Arif Qabulov qardaşlarının baş vermiş cinayətdə əlaqələrinin olub-olmaması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Aparılmış istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində Fərda Qədirovun köməkçisi qismində iştirak etmiş həmkəndlisi Əliyev Nadir Şirxan oğlu müəyyən edilərək istintaqa cəlb olunub. Araşdırmalar göstərib ki, Fərda Qədirov Qazax rayonunun Daş Salahlı kənd sakini Kazımov Mədət Qafur oğlunun adına sənədləşdirilmiş mobil telefonla Nadir Əliyevlə müntəzəm telefon əlaqəsi saxlayıb. Sonuncu martın 15-də Bakı şəhərinə gələrək Fərda Qədirovla mütəmadi görüşüb.
Nadir Əliyev yarana biləcək maneələri aradan qaldırmaq və planlaşdırılmış cinayətin həyata keçirilməsinə şərait yaratmaq məqsədilə aprelin 30-u saat 9.30 radələrində odlu silahla silahlanmış Fərda Qədirovla birlikdə Dövlət Neft Akademiyasının inzibati binasının qarşısına gələrək cinayətin törədilməsində iştirak edib. Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Nadir Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayəti törətmiş Fərda Qədirovla qohumluq əlaqələri olan və hadisədən əvvəl onunla müntəzəm əlaqə saxlamaqla martın 12-də Bakı şəhərinə gəlmiş Marneuli rayonunun Şulaveri qəsəbəsinin sakini Amirov Cavidan Fərman oğlu da davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilərək istintaqa cəlb olunub. Onun yaşadığı mənzildə aparılmış axtarışla “AKM” avtomatına və “Makarov” tapançasına aid 12 ədəd patron, habelə 5,04 qram həşiş qatranı aşkar edilərək götürülüb. Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Cavidan Amirov barəsində də məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun törədilmiş cinayətlə əlaqəsinin olub-olmaması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Prosessual araşdırmalar zamanı 300-dən artıq şahid, o cümlədən hadisəni mobil telefonlarının videokamerasına yazmış şəxslər müəyyən edilərək dindirilib və müvafiq videoçəkilişlər onlardan götürülüb.
Xüsusi qeyd edilməlidir ki, maddi sübut olan giliz və güllələrin ilkin tədqiqatı nəticəsində onların yalnız bir silahdan - “Makarov” tapançasından atıldığı müəyyən edilib, habelə hadisə yerində digər hər hansı silah və ya giliz aşkarlanmayıb. Tapılmış giliz və güllələrin Fərda Qədirovun üzərindən götürülmüş “Makarov” tapançasından atıldığı, eləcə də onun cinayətdə istifadə etdiyi məhz bu silahla gicgah nahiyəsinə bir atəş açmaqla özünü öldürməsi aparılmış ekspert müayinələri ilə sübuta yetirilib.
Hadisənin şahidləri və zərərçəkənlər Fərda Qədirovun tanınmaya təqdim edilmiş fotoşəkli əsasında cinayətin məhz onun tərəfindən törədildiyini birmənalı olaraq göstəriblər. Həmçinin bu qanlı cinayəti törədənin atası Rusiya Federasiyasında yaşayan Əsəd Qədirov da tanınma üçün təqdim edilmiş meyitin oğlu Fərda olduğunu təsdiqləyib.
Bütün bunlara baxmayaraq, son günlər, sözügedən cinayətlə əlaqədar bəzi kütləvi informasiya vasitələrində bir çox hallarda peşə davranışı qaydalarına riayət olunmadan, bəzən də hadisə barədə insanlarda yanlış fikirlər, cəmiyyətdə çaşqınlıq yaradan və reallığa söykənməyən məlumatlar yayılır. Qərəzli şəkildə və ya bilməyərəkdən ortaya çıxan belə məlumatlar bu ağır cinayətdə bəzi xarici qüvvələrin iştirakının olub-olmaması fərziyyəsinin yoxlanılıb əsl həqiqətin müəyyən edilməsinə maneçilik törədən zərərli cəhdlər kimi qiymətləndirilir.
O da qeyd olunmalıdır ki, məhkəmə-ballistik ekspertiza ilə Fərda Qədirovun üzərindən götürümüş “Makarov” tapançasından Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, mərhum general-leytenant Rail Rzayevin qəsdən öldürülməsində istifadə olunması təsdiqlənməyib.
Hazırda cinayətin təşkilatçılarının, təhrikçilərinin, digər iştirakçılarının və törədilmə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri intensiv şəkildə davam etdirilir.
Müvafiq cinayət işi ilə əlaqədar istintaq-əməliyyat qrupunun müəyyən etdiyi digər zəruri məqamlar barədə ölkə ictimaiyyətinə əlavə məlumat veriləcək.
Xəbər lenti
Hamısına baxDünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26

