Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rusiyanın azərbaycanlı gəncləri xalqın kədərinə şərik olur

Rusiyanın azərbaycanlı gəncləri xalqın kədərinə şərik olur

05.05.2009 [14:46]

Rusiyanın azərbaycanlı gəncləri aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş qanlı faciə ilə əlaqədar xalqımızın kədərinə şərik olurlar. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) İdarə Heyəti Şurasının üzvü Emin Hacıyev bildirib ki, RAGT-nin sədri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə bütün ali məktəblərdə “Kədərinizə şərik oluruq” aksiyası keçirilir. Qanlı faciə qurbanlarının xatirəsi Azərbaycan gənclərinin təhsil aldığı bütün Moskva və regional ali məktəblərində anılır. Onun sözlərinə görə, RAGT-nin Azərbaycan klublarının fəaliyyət göstərdiyi Rusiyanın aparıcı ali məktəblərində - MDBMİ-də, MDU-da, RXDU-da, Tibb Akademiyasında, Vergilər Akademiyasında, Plexanov adına Universitetdə və digər ali təhsil ocaqlarında matəm mərasimləri keçirilib. Yaşıdlarının ölümü ilə nəticələnən bu qanlı faciə Azərbaycan gənclərini sarsıdıb. Onlar bütün Azərbaycan xalqına, həlak olanların yaxınlarına və qohumlarına başsağlığı verirlər. RAGT nəzarət-təftiş komissiyasının üzvü, Seçenov adına Moskva Tibb Akademiyasının aspirantı Samir Əliyev bildirib ki, akademiyanın RAGT-nin tərkibinə daxil olan Azərbaycan gəncləri klubu 50-dən çox tələbə və aspirantın, o cümlədən Qazaxıstan, özbəkistan, Suriya nümayəndələrinin iştirakı ilə matəm mərasimi keçirib. Faciənin günahsız qurbanlarının ruhuna ehsan verilib. Akademiyanın foyesində həlak olanların soyadı yazılmış stend quraşdırılıb, önünə güllər qoyulub.

Paylaş:
Baxılıb: 1159 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31