/ / “Zamanın çağırışları” saytı: Aviqdor Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini başa düşür
“Zamanın çağırışları” saytı: Aviqdor Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini başa düşür
24.05.2016 [10:05]
İsrailin “Zamanın çağırışları” analitik informasiya portalında “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qutun İsrailin siyasi həyatındakı son hadisələr, hökumət koalisiyasında dəyişikliklər, ölkənin yeni müdafiə naziri Aviqdor Liberman, İsrail ilə Azərbaycan arasında strateji qarşılıqlı münasibətlərin inkişafı və möhkəmlənməsi haqqında məqaləsi (http://isp-ngo.com/?p=2652) dərc olunub.
Məqalədə deyilir ki, İsrailin müdafiə naziri Moşe Yaalon Müdafiə Nazirliyində vidalaşma mərasimi keçirib və “İsrail Bizim Evimizdir” Partiyasının sədri Aviqdor Liberman artıq mayın 24-də İsrailin müdafiə idarəsinin başçısı kürsüsünə sahib olacaq. Bundan əvvəl hökumətin başçısı Binyamin Netanyahu və Aviqdor Liberman koalisiya müqaviləsinin bütün detallarını razılaşdırmağı planlaşdırırlar.
Məqalə müəllifi vurğulayır ki, İsrail siyasətində son hadisələr Aviqdor Libermanın sanbalına görə İsrailin ən nüfuzlu və səbatlı siyasətçilərdən biri olduğunu sübut edib. Arye Qut yazır: “Aviqdor sərt, amma çox praqmatik diplomat kimi tanınır. O, güzəştin nə olduğunu bilmir, buna baxmayaraq, həm dostları, həm də əleyhdarları arasında böyük hörməti var, çünki hər şeyi cəsarətlə öz adı ilə çağırır. Diplomatiyada quzğun, sosial məsələlərdə liberal olan bu insan son bir neçə gün ərzində İsrail siyasətinin landşaftını alt-üst edib”.
Aviqdor Libermanın İsrail dövlətinin maraqlarını müdafiə edən praqmatik siyasətçi olduğunu önə çəkən Arye Qut yazır: “O, İsrailin dostlarını həmişə düzgün seçib və onun Cənubi Qafqaz regionunda Azərbaycana istinad etməsi də özünü doğruldur. Azərbaycan İsrailin mühüm strateji enerji resursları təchizatçısıdır. Bu ölkə bizi başqa ölkələrin enerji asılılığından azad edib. Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və mehriban münasibət bəsləyir ki, bunun da dünyada presedenti yoxdur. Yəhudilərin Azərbaycan ərazisində yaşadıqları bütün dövr ərzində bu ölkədə heç vaxt antisemitizm olmayıb və yoxdur. Biz, əslən bu ölkədən olanlar də bu tolerantlıq və dini dözümlülük amili ilə fəxr edirik. Azərbaycan bu gün multikulturalizm və tolerantlıq siyasəti yürüdür və bütün dünyaya göstərir ki, ölkə ərazisinin 20 faizinin işğal edilməsi Azərbaycanın həqiqi sivilizasiyalararası dialoqun nümunəsi və bütün xalqların və konfessiyaların nümayəndələrinin dinc yaşadığı məkan olmasına mane olmur.
Azərbaycan-İsrail strateji tərəfdaşlığının həqiqi memarlarından birinin Azərbaycan Prezidenti İlham Əliyevlə bərabər, İsrail tərəfindən məhz Aviqdor Libermanın olduğunu desəm, heç də böyük sirrin üstünü açmaram. Məhz “İsrail Bizim Evimizdir” Partiyasının liderinin xarici siyasət konsepsiyası İsrailin xarici siyasət strategiyasında Azərbaycanı postsovet məkanındakı adi ölkədən İsrail Dövlətinin strateji tərəfdaşına çevrilib. Azərbaycanın regiondakı strateji əhəmiyyətini və geosiyasi mühümlüyünü məhz A.Liberman başa düşüb”.
Müəllifin fikrincə, Azərbaycan real surətdə sübuta yetirib ki, regionun lider dövləti mövqeyində tam möhkəmlənib, onun iştirakı olmadan Cənubi Qafqazda heç bir layihəni həyata keçirmək mümkün deyil. O yazır: “İsrail Azərbaycanı neft-qaz, telekommunikasiya və kənd təsərrüfatı sahələrində ən qabaqcıl texnologiyalarla təchiz edən mühüm strateji tərəfdaşdır. İsrail hərbi sənayenin yaradılmasında və inkişafında Azərbaycanla qarşılıqlı fəaliyyət göstərir. Mən iki il əvvəl Aviqdor Libermandan müsahibə götürən zaman İsrail XİN-in yeni və eyni zamanda köhnə başçısı demişdi ki, İsrail ilə Azərbaycanın unikal və bənzərsiz strateji tərəfdaşlıq əlaqələri var. İsrail Azərbaycanın simasında İslam dünyasının mayakı olan ölkəni, Cənubi Qafqaz regionunda Avropa dəyərlərinə malik mühüm geosiyasi amili görür”.
A.Qutun fikrincə, Azərbaycanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə obyektiv və ardıcıl mövqeyinə görə Aviqdor Libermanın şəxsiyyətinə böyük ehtiramla yanaşırlar. Bu yaxınlarda - aprel ayında Azərbaycan, ərazisinin 20 faizini işğal altında saxlamağa davam edən Ermənistan silahlı qüvvələrinə sarsıdıci zərbə endirən zaman Aviqdor Liberman çıxış edərək, bu ölkənin haqq işini açıq şəkildə dəstəkləyib. O bildirib ki, qoşunların təmas xəttində baş verən provokasiyalar beynəlxalq hüquq normalarının və razılaşmaların pozulması deməkdir. A.Liberman ümidvar olduğunu bildirib ki, Ermənistan baş verənlərin ciddiliyini tam başa düşəcək, hərəkətlərini ölçüb-biçəcək, özünü hüquq normaları çərçivəsində təmkinli aparacaq. A.Liberman deyib: “Mən çox ümid bəsləyirəm ki, ilk növbədə beynəlxalq birlik, indiki halda isə ATƏT-in Minsk qrupunun iştirakçıları məhdud birtərəfli maraq və siyasi faydadan deyil, obyektiv olaraq faktlardan çıxış edəcəklər”.
Arye Qut məqaləsini belə yekunlaşdırır: “İsrail siyasətinin bu “ağır çəkili” nümayəndəsi və praqmatik lideri bir neçə gün sonra İsrail Dövlətinin strateji baxımdan ən mühüm nazirliklərindən birinə başçılıq edəcək ki, bu da istər regionda, istərsə də dünya miqyasında İsrailin mövqeyinin daha da möhkəmlənməsinə gətirib çıxacaq”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35

